“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.20

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində cari ilin mart ayında elan edilən “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq sulu boya festivalının birinci mərhələsində keçirilən müsabiqə başa çatıb və sərgidə nümayiş ediləcək əsərlərin qəbuluna başlanılıb.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqə suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilib.

28 May – Respublika Gününə həsr edilən festivala dünyanın 20-dən çox ölkəsindən 350-yə yaxın rəssam 500-dən çox əsər göndərib. Əsərlərdə ölkəmizin mətbəxi, maddi və mənəvi abidələri, sənət və sənətkarlıq nümunələri, geyim tərzi və qəhrəmanlıq nümunələri təsvir edilib. 19 ölkədən (Azərbaycan, Avstraliya, Belarus, Boliviya, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Ekvador, Fransa, Hindistan, İran, Malayziya, Nepal, Polşa, Rusiya, Serbiya, Tailand, Türkiyə, Ukrayna) 100 rəssamın hər birinin bir əsəri festivalda sərgilənmək üçün seçilib.

Qeyd edək ki, birinci mərhələdə müsabiqənin iştirakçılarının əl işləri Azərbaycan və xarici ölkələrin münsiflər heyətinin üzvləri tərəfindən dəyərləndirilib və mükafatçılar müəyyənləşib.

Festivalda sərgilənmək üçün seçilən xarici ölkələrdən çoxsaylı iştirakçılar öz əsərlərini yekun sərgidə nümayiş etdirmək üçün artıq Bakıya göndərməyə başlayıblar. Sərgidə nümayiş ediləcək iştirakçıların əsərlərinin qəbulu davam edir.

Müsabiqənin yekun sərgisinin keçirilməsi ilə bağlı təşkilatı məsələlərə pandemiya ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirləri bitdikdən sonra baxılacaq və kataloq çap olunacaq. /Azərtac/

Yenililklər
24.09.21
Elman Mustafa Cıvıroğlu - Panslavizm`in Özlemi
24.09.21
“Ölümü ömür seçənlər" kitabının təqdimat mərasimi keçirilib
23.09.21
Yazıçılar Birliyinin Şuşadakı qurultayı gələn ilə qalıb
23.09.21
"Leyli və Məcnun" operası nümayiş edilib
22.09.21
Fərid Hüseynin “Nizami söhbətləri” kitabı işıq üzü görüb
21.09.21
Pablo Pikassonun 9 əsəri Fransa hökumətinə bağışlanacaq
21.09.21
Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib
21.09.21
Tarixi abidələrin pasportları hazırlanıb
20.09.21
“Kopelhaus”da Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi açılacaq
20.09.21
“Qafqazda türk mətbuatı tarixinə dair materiallar” kitabı çap olunub
20.09.21
Olesya Dmitriyeva - Gəl mənə ilham ver, ey qoca rəssam
20.09.21
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilib
17.09.21
Türkiyənin Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
17.09.21
Mədəniyyət Nazirliyi teatrların açılması ilə bağlı təkliflərə münasibət bildirib
17.09.21

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub

16.09.21
Azərbaycan və Özbəkistan birgə filmlər çəkəcək
16.09.21
Anar Kərimov Özbəkistanda Beynəlxalq Mədəniyyət Forumuna qatılıb
16.09.21
“Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri” kitabı çap olunub
16.09.21
Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
15.09.21
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.21
Vidadi Babanlı: “Mirzə İbrahimov məni partiyadan çıxartdırmaq istəyirdi” - Müsahibə
15.09.21
Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr edilmiş nömrəsinin təqdimatı keçirilib
15.09.21
Beynəlxalq Müsəlman Filmləri Festivalına yekun vurulub
14.09.21
Əməkdar artist Yaqub Zurufçu vəfat edib
13.09.21
Həyat yoldaşı: “Yaqub Zurufçunun vəziyyətində heç bir dəyişiklik yoxdur”
13.09.21
Nüşabə Araslının “Nizami  Gəncəvi və türk ədəbiyyatı” kitabı nəşr olunub
13.09.21
Bakıda “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılacaq
13.09.21
“Metafizika” jurnalının 2021/3-cü sayı işıq üzü görüb
13.09.21
Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamı
10.09.21
“Suğra və oğulları” filmi dünya premyerasına hazırlaşır
10.09.21
Serbiyada keçirilən iki ədəbiyyat festivalında ölkəmiz də təmsil olunur
09.09.21
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
09.09.21
Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir keçirilib
09.09.21
Növbəti “Qızıl şir” mükafatı Ceymi Li Kertisə verilib
08.09.21
Bakı növbəti dəfə Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək
08.09.21
Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbuluna başlanılıb
08.09.21
“Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı kitab işıq üzü görüb
07.09.21
Gənc Tamaşaçılar Teatrı: "Biz bütün tələblərə uyğun fəaliyyət göstərməyə hazırıq"
07.09.21
Alen Delon: “Mən tamamilə ruh düşkünlüyü içindəyəm”
07.09.21
Rahid Uluselin “Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” kitabı çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.