Ermənilərin alban məbədlərinə iddialarının əsas səbəbləri nədir?
17.11.20

Azərbaycandakı alban kilsələri hər zaman Azərbaycan xalqına məxsus olan abidələr olub. Ermənilərin alban məbədlərinə iddialarının əsas səbəbləri bizim öz xristian tariximizi qabartmamağımızdır.

Bunu AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri Bayram Quliyev deyib.

Onun sözlərinə görə, yüzillikdə qədim Azərbaycan dövləti olan Albaniya ərazisində Alban çarı Urnayrın zamanında xristanlıq dövlət dini kimi qəbul edilib və Albaniya ərazisində məbədlər açıq fəaliyyət göstərməyə başlamışdı. Albaniyada ərəb işğalları nəticəsində İslam dini yayıldığı zaman bu ərazilərin şimalında yaşayan və xristian dininə etiqad edən albanlar (azərbaycanlılar) öz dinini qoruyub saxlamağa cəhd edirdi. Belə bir vaxtda Azərbaycan ərazisinə ticarət vasitəsi ilə gəlib gedən ermənilər azlıqda qalmış xristian albanları öz təsirinə salmaq üçün bütün vasitələrdən istifadə edirdi. Belə vasitələrdən biri də Azərbaycana məxsus olan alban kilsələrinin erməniləşdirilməsi oldu.

B.Quliyev qeyd edib ki, orta əsrlər dövründə alban kilsələrinin erməniləşdirilməsi prosesi ilə bir o qədər də qarşılaşmasaq da, 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi ilə ermənilər Azərbaycanın qərb hissəsi və Qarabağın dağlıq hissəsinə köçürüldükdən sonra Azərbaycanda yerləşən alban məbədlərinin kütləvi surətdə erməniləşdirilməsi başladı:

"XX əsrin 80-ci illərində Kəlbəcərdə tədqiqat aparan iki alimimiz belə bir hadisə ilə qarşılaşırlar. Orada yerləşən Gəncəsər monastrında divarlardakı dəvə və dəvə karvanı şəkilləri ermənilər tərəfindən bərpaetmə adı ilə silinir, yerinə anlaşılmaz şəkillər (çox güman ki, erməni əlifbası ilə yazılar) çəkilirdi. Çox təəssüf ki, 80-ci illərin sonu olduğu üçün ermənilər bərpaetmə işlərini əsaslandıraraq alimlərimizi həmin əraziyə yaxın buraxmayıblar. Bunun kimi yüzlərlə belə fakt var".

Tarixçi alim hesab edir ki, Azərbaycanda İslamdan əvvəl xristianlığın mövcud olması bizim tariximizə xələl gətirmir:

"Əksinə, bizim öz tariximizi olduğu kimi qəbul edib, araşdırıb və dünyaya tanıtdırmaq lazımdır. Bu halda ermənilərin alban kilsələri ilə bağlı iddiaları üçün əsas yaratmamış və buna yer buraxmamış olacağıq. Alban məbədlərin bizə aid olduqlarını sübut edəcək onlarla memarlıq özəllikləri var və onlardan sadəcə birini vurğulamaq istərdim. Azərbaycanda Yeddi Kilsə monastrı var. Yeddi rəqəmi Azərbaycan Türklərinin müqəddəs rəqəmdir. Xristianlığı qəbul edən Alban Türkləri Tanrıçılıq ənənələri ilə xristianlığı birlikdə yaşatdılar. Və ya Xocavənd ərazisində yerləşən Mohranisa məbədində yerləşən mehrab at nalı formasındadır. Ən qədim zamandan azərbaycanlılar atçılıq ilə məşğul olmuş, dünyanın ən qədim at sümükləri məhz Azərbaycan ərazisindən – Əliköməktəpədən tapılmışdır. Demək ki, mehrabın at nalı formasında olması heç də təsadüfi deyil. Ermənilər sadəcə monastrları dağıtmırlar və ya erməniləşdirmirlər. Bizim bütün növ tarixi abidələrimiz bu aqibətlə qarşılaşır. Misal üçün, Azıx mağarasında Azərbaycandan icazəsiz tədqiqat aparılıb və oradan tapılan sümük London muzeylərinin birinə satılıb".

Tarixçi hesab edir ki, bu hadisə bizim tariximizə xələl gətirmir. Əksinə, bizim öz tariximizi olduğu kimi qəbul edib, araşdırıb və dünyaya tanıtdırsaq, ermənilərə iddia edəcəkləri yer buraxmamış olacağıq.

Trend.az

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.