Azərbaycanlı alim beynəlxalq elmi tədbirlərdə ölkəmizi təmsil edib
22.12.20

Azərbaycan Universitetinin professoru Asif Hacıyev Rusiya Federasiyasında keçirilən iki beynəlxalq elmi konfransda təşkilatçıların şəxsi dəvəti ilə iştirak edərək ölkəmizi uğurla təmsil edib. Rusiya fundamental tədqiqatlar fondunun dəstəyi ilə Volqoqrad Dövlət Sosial-Pedaqoji Universitetində keçirilmiş “Rus dili müasir onlayn təhsildə” adlı konfransda professor Hacıyev Azərbaycan Respublikasında rus dilinə münasibət, bütövlükdə rusdilli təhsilin vəziyyəti və miqyası, rus dili və ədəbiyyatının onlayn təhsil şəraitində tədrisinin elmi-metodik və filoloji məsələləri haqqında geniş məruzə ilə çıxış edib.

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dünyanın 11 ölkəsindən və Rusiyanın 18 şəhərindən 79 iştirakçının qatıldığı konfransda rus dilinin Azərbaycan cəmiyyətində geniş işləndiyi, respublikamızda sayı yüzlərlə ölçülən rusdilli təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirildiyi və təchiz edildiyi, yerli mütəxəssislərin hazırladığı tədris resursları ilə təmin olunduğu göstərilib. Eyni zamanda, məlum pandemiyanın reallıqları ilə əlaqədar onlayn təhsilin ölkəmizin orta və ali məktəblərində, o cümlədən rusdilli təhsil ocaqlarında və bölmələrində yüksək səviyyədə qurulduğu, onlayn formatda təhsilin gələcək inkişaf perspektivləri və müvafiq nəzəri-metodoloji və təcrübi-metodik meyarlar iştirakçıların diqqətinə çatdırılıb. Nüfuzlu beynəlxalq konfransın plenar iclasında çıxış edən professor Asif Hacıyev, eyni zamanda, konfransın materiallarının dərc edildiyi böyük həcmli elmi toplunun beynəlxalq redaksiya heyətinin üzvü kimi də fəaliyyət göstərib.

İkinci tədbir Moskva Pedaqoji Dövlət Universitetində gerçəkləşən ənənəvi “Sivilizasiyaların dialoqu və mədəniyyətlərarası əməkdaşlıq” silsiləsi çərçivəsində onlayn formatda təşkil olunan “Beynəlxalq təhsil və inteqrasiya: yeni çağırışlar və həllər” adlı seminardan ibarət olub. Bir sıra beynəlxalq və federal təşkilatların dəstəyi və yüzə qədər mütəxəssis və təhsil işçisinin iştirakı ilə keçirilən beynəlxalq seminarda professor Asif Hacıyev respublikamızdakı tolerant ictimai mühit, ölkəmizdə yaşayan bütün xalqların milli hüquqlarının tam təmin olunması, ana dillərində təhsilləri və mədəni inkişafı, dövlətçilikdə bərabərhüquqlu iştirakı barədə ətraflı məlumat verib. Azərbaycan multikulturalizm modelini səciyyələndirən Asif Hacıyev bunun parlaq təzahürü kimi, rus dilinin cəmiyyətdə və təhsildə geniş istifadəsi, rus dili və ədəbiyyatının orta məktəblərdə kütləvi tədrisi barədə konkret faktlara əsaslanan analitik məlumat verib. Azərbaycanda kütləvi xarakter daşıyan rusdilli və digər dillərdə tədrisin respublikamızda aparılan dövlət təhsil siyasətinin tərkib hissəsi olduğu, ictimaiyyətimizin tolerantlığından, mədəniyyətimizin polikultur səciyyəsindən, ölkəmizdə müxtəlif din mənsublarının və etnik qrupların vətəndaş həmrəyliyindən, Azərbaycan və rus xalqları arasında səmimi dostluq əlaqələrindən və ölkələrimizin sıx əməkdaşlığından qaynaqlandığı qeyd olunub.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.