“Dünya‌ ‌ədəbiyyatı”nın‌ ‌yeni‌ ‌sayı‌ ‌nəşr‌ ‌olunub

24.01.21

DƏRGİNİN BU SAYI BÜTÜNLÜKLƏ ƏDƏBİ SÖHBƏTLƏRDƏN İBARƏTDİR

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı”  dərgisinin növbəti sayı çapdan çıxıb.

Bu, dərginin ötən il üçün 2-ci, ümumilikdə isə 17-ci sayıdır. Dərginin baş redaktoru Seyfəddin Hüseynli bildirib ki, “Dünya ədəbiyyatı”nın 220 səhifəlik yeni sayı bütünlüklə ədəbi söhbətlərdən ibarətdir. Bu saydakı ilk mətn - “Poeziyanın hakimiyyəti” - məşhur şairlər, Nobel mükafatçıları İosif Brodski ilə Derek Uolkottun Səlim Babullaoğlunun tərcüməsində təqdim olunan söhbətidir. "Miloş öz şübhələrini, içindəki tərəddüdləri söndürə bilmirdi..." başlığıyla Səlim Babullaoğlunun polyak yazar Aqneşka Koşinska ilə söhbəti verilib. Argentinalı yazıçı Silviya Zimmermann Del Kastillo ilə S.Babullaoğlu və Cavanşir Yusifli söhbətləşib. Tanınmış İran ədibi Mustafa Məstur ilə S.Babullaoğlu və Fərid Hüseynin söhbətinin ardınca S.Babullaoğlunun italiyalı şair Laura Qaravaqlia ilə söhbəti dərc olunub. Nobel mükafatçıları olan məşhur nasirlər Markes ilə Lyosanın "Latın Amerikasında roman" söhbəti Seyfəddin Hüseynlinin tərcüməsində verilib.  Türkiyəli romançı və ədəbiyyatşünas İskəndər Pala və israilli yazıçı Etqar Keret ilə söhbətləri də S.Hüseynli çevirib.
 
“Fantastik ədəbiyyat və elmi fantastika”, "Qum kitabı", “Təqlidçilər ölkəsi”, “Liberalizm və nasionalizm”, “Stoisizm”, “Siyasət və mədəniyyət" kimi bölümlərdən ibarət olan “Borxes ilə söhbətlər”i Qismət Rüstəmov tərcümə edib.  Onun çevirdiyi növbəti mətn isə müasir dünya ədəbiyyatının tanınmış nümayəndələri Xuan Qabriel Vaskes ilə Xavier Serkasın söhbətidir.
 
F.Hüseynin türkiyəli şairlər Tuğrul Tanyol, Heydər Ergülən, Adnan Özər və Cenk Gündoğdu ilə, həmçinin tatarıstanlı yazıçı Danil Salihovla söhbətləri də dərginin bu sayındakı mətnlər sırasındadır.

Trumen Kapote, Qrem Qrin və Rebekka Vest ilə söhbətlər İlahə Əkbərin tərcümələridir.  

Xuan Qabriel Vaskes ilə Lyosanın söhbətıni Günel Məmmədova, Donjelina Barrosonun Joze Saramaqo ilə söhbətini isə Nuranə Bəşirzadə çevirib.  

2020-ci ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Luiza Qlük ilə söhbət Elcan Salmanqızının tərcüməsində dərc olunub. Onun çevirdiyi digər mətnlər Con Eşberi, Henrix Böll, Qore Vidal və Amin Maaluf ilə söhbətlərdir.  

Ukraynalı ədəbiyyatçılar Olena Matuşek və Natalya Yevstafyeva ilə söhbətləri Xanım Aydın çevirib.
Dərginin “Söhbətlər” sayının üz qabığı çağdaş britaniyalı rəssam Conatan Uolstenholmun "Canlanmış kitablar" silsiləsindən olan rəsm əsəri əsasında tərtib edilib. /525.az/

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.