“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
03.03.21

“Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təsis toplantısı keçirilib.

Toplantıda “Təhsil”, “Altun”, “Hədəf”, “Parlaq İmzalar”, “Alatoran”, “Qələm”, “Qədim Qala”, “Ağıllı bala”, “Çapar”, “XAN”, “Çinar”, “BookZone” nəşriyyatlarlarının rəhbərləri iştirak ediblər.

İdarə Heyətinin yekdil qərarı ilə iclasda “Hədəf” Qrupun baş direktoru Şəmil Sadiq ANİB-in sədri, “Parlaq İmzalar” Nəşriyyatının direktoru Nurman Tariq isə sədrin müavini seçiliblər.

Birlik qarşıdakı üç ay üçün fəaliyyət planı hazırlayıb:

1. Birliyin sənədləri Ədliyyə Nazirliyinə təqdim ediləcək;

2. Mədəniyyət Nazirliyinə təqdim olunacaq təkliflər paketi hazırlanacaq;

3. Azərbaycanda fəaliyyət göstərən bütün nəşriyyatların birlik ətrafında birləşməsi məqsədilə müraciətlər hazırlanacaq;

4. Bu ilin mart ayında Türkiyədə keçiriləcək 6-cı İstanbul Beynəlxalq Nəşriyyatlar toplantısına (“2021 International Istanbul 6th Fellowship Program”) hazırlıq işləri görüləcək;

5. Periodik olaraq kitab sərgilərinin keçirilməsi üçün əlaqədar orqanlarla danışıqlar aparılacaq. Bu ilin sentyabrında Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgisinə hazırlıq görüləcək.

Ş.Sadiq açıqlamasında qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən bir qrup nəşriyyat sahibi bir ildən artıq müzakirələr aparıb və sonda "Azərbaycan Nəşriyyatları" İctimai Birliyinin yaradılması ilə bağlı təsis toplantısı keçirilib:

“Son illər ölkəmizdə bir çox sahələrlə yanaşı, nəşriyyat sektorunun da inkişafı göz önündədir. Yerli kitab bazarında canlanma artdıqca meydana çıxan problemlərin birgə həll olunmasına ehtiyac yaranmışdı. Nəşriyyatların birgə fəaliyyətini şərtləndirən problemlər bir deyil, iki deyil: daxili bazarda piratçılıqla mübarizə, müxtəlif informasiya platformalarında kitab təbliğinin, respublikanı əhatə edən vahid kitab satış şəbəkəsinin yoxluğu, bölgələrdə yaşayan oxucularla nəşriyyatlar arasında qopuqluq, müstəqil kitab mağazalarının azlığı, kitab sərgiləri, satış yarmarkalarının paytaxt və bölgələrdə vaxtlı-vaxtında təşkil olunmaması, yerli müəlliflərin dünya kitab bazarına çıxmasında yaşanan çətinliklər, tərcümə, redaktə, korrektə sahəsində birgə fəaliyyətin olmaması, eləcə də digərməsələlər nəşriyyatların birgə fəaliyyətini zəruri etməkdədir”.

Sədr vurğulayıb ki, Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verən səviyyəyə çatması, yazıçı-naşir-kitab satış şəbəkəsi və oxucu münasibətlərində ardıcıllığa nail olunması, ümumilikdə nəşriyyatçılıq etikasının formalaşması, müəlliflik hüququ məsələləri, habelə beynəlxalq kitab şəbəkəsinə qoşulmaq üçün yerli nəşriyyatların birlikdə fəaliyyət göstərməsinə ehtiyac yaradıb.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.