“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun hüquq və məqsədləri açıqlanıb
02.07.21

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun hüquq və məqsədləri açıqlanıb.

Məlumatına görə, Qoruğun əsas hüquq və məqsədləri aşağıdakılardır: Ərazisində yerləşən tarix-mədəniyyət abidələrini və təbii landşaftı qoruyub saxlamaq; Qoruğun ərazisində Dövlət Turizm Agentliyinin razılığı olmadan görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına qadağa qoymaq; Qoruq ərazisində dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını Qoruqları İdarəetmə Mərkəzini məlumatlandırmaqla təmin etmək; Qoruğun mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsini müvafiq qanunvericiliyə əsasən Dövlət Turizm Agentliyinin razılığı ilə həyata keçirmək; mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər vermək; müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etmək; Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsinə, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasına, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştiraka dair Qoruqları İdarəetmə Mərkəzinə təkliflər vermək və müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə etmək.

Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədilə Elmi Şura yarada bilər. Elmi Şuranın tərkibi Qoruğun təklifi və Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilir.

Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb. /APA/

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.