Akademik Musiqili Teatra baş rejissor təyin olunub
13.07.21

Tanınmış rejissor Cavid İmamverdiyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Teatrdan verilən məlumata görə, təyinatla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Teatr kollektivinə “Zoom” vasitəsilə keçirilən geniştərkibli onlayn görüşdə Akademik Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev məlumat verib və eyni zamanda yeni təyin olunmuş baş rejissora uğurlar arzulayıb və öz tövsiyələrini çatdırıb.

O, teatrın yaradıcı heyətinin son dönəmdə pandemiya və digər səbəblərdən yaranan bütün çətinliklərə baxmayaraq, yeni-yeni layihələr üzərində daha da əzmlə işlədiyini vurğulayıb, teatrın yaradıcılıq yolunun baş rejissorun rəhbərliyi ilə uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.

C.İmamverdiyev ona göstərilən etimada görə öz təşəkkürlərini bildirib: “Bu təyinat mənə olan inam və etibarın nümunəsidir, üzərimə düşən məsuliyyətimi daha da artırır. Göstərilən bu etimadı doğruldacağıma, çalışdığım kollektivlə birgə səylərimizi əsirgəməyəcəyimə söz verirəm. Bu gün Akademik Musiqili Teatr ailəsinin bir üzvi kimi özümü çox xoşbəxt hiss edirəm. Burada işlədiyim son bir ildə teatr rəhbərliyinin diqqət və qayğısını bütün kollektivin üzərində hiss etmişəm. Mən də o prinsipllərə sadiq qalacağıma və başladığımız işləri müvəffəqiyyətlə başa vuracağıma inanıram. Təşəkkür edirəm”.

Qeyd edək ki, İmamverdiyev Cavid Sudeyf oğlu 28 iyun 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin “Filologiya” fakultəsini, daha sonra Moskvada ali rejissor kursunu bitirib. O, “Парни из Баку” (“Bakılı oğlanlar”) komandasının yaradıcılarından biridir və bu sahədə uğurlu fəaliyyəti nəticəsində 1995-ci il Çempionlar Kubokunun sahibi və 2000-ci ildə XX əsrin çempionu olub. 2007-2020-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Yaddaş” Sənədli Filmlər Studiyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışıb.

C.İmamverdiyev eyni zamanda, ssenari müəllifi və rejissor kimi çox sayda yubiley, xatirə gecələri və konsert proqramlarına, ölkəmizdə keçirilən bir çox Beynəlxalq Kinofestivalların açılış mərasimlərinə, o cümlədən “Şərq-Qərb” Beynəlxalq Kinofestivalına, Azərbaycan incəsənət xadimlərinin müxtəlif ölkələrdə keçirilən konsert proqramlarına və başqa onlarla kütləvi tədbirlərə quruluş vermiş, Mədəniyyət Nazirliyinin tapşırığı ilə Azərbaycan tərəfindən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmiş filmlərin əksəriyyətinin çəkilişlərində rejissor və prodüser kimi iştirak etmişdir. Kuba, Meksika (2010-cu il) və ABŞ-da (2011-ci il) keçirilən Azərbaycan Mədəniyyət Günlərinə həsr olunmuş tədbirlərin quruluşçu rejissoru olmuşdur.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində tamaşaya quruluş vermiş, eyni zamanda, bu teatrda hazırlanan tamaşalarda videoinstalyasiya rejissoru kimi çalışmışdır.

1997-ci ildən bu günə qədər Bakı Müəllif Mahnıları Klubunun Prezidenti və 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Müəllif Mahnıları və Poeziya Festivalının təşkilatçısıdır.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə mədəniyyət sahəsində nəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

Ayrı-ayrı vaxtlarda “Humay” Milli mükafatına layiq görülüb. /Report/

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.