Nizami Cəfərov - "Leyli və Məcnun"un türk dünyası - Araşdırma
27.07.21

"Sirlər xəzinəsi"ndən, "Xosrov və Şirin"dən fərqli olaraq "Leyli və Məcnun" mövzusu etibarilə imkan verməyib ki, Nizami özünün türkçülük təəssübkeşliyini bu və ya digər dərəcədə geniş əks etdirsin. Lakin məhz həmin əsərdə iki elə mühüm məsələyə toxunmuşdur ki, dahi şair-mütəfəkkirin etnik mənsubiyyəti barədə kifayət qədər aydın təsəvvür yaranır.

Birincisi odur ki, Şirvanşah şairə məktubunda "Leyli və Məcnun" mövzusunu qələmə almağı sifariş verərkən onu da məsləhət görür ki, "fars və ərəb dili bəzəyi ilə bu təzə gəlini bəzəyəsən! Bilirsən ki, mən söz sərrafıyam, təzə beytləri köhnəsindən ayıra bilirəm... Bir bax gör ki, təfəkkür mücrüsündən kimin həmayilinə inci düzürsən! Türkçülük bizə vəfalı olmağın sifəti (əlaməti) deyil, türkəvara deyilmiş söz bizə layiq deyil. O adam ki yüksək nəsəbdən doğulmuşdur, ona yüksək söz lazımdır".

Məmməd Mübariz Əlizadə "nizamişünaslıq üçün böyük əhəmiyyət"i olduğunu söylədiyi bu mülahizələri belə şərh edir:

"Bütün əsərlərin şahı" adlandırdığı "Leyli və Məcnun" dastanını türkcə deyil, fars və ərəb ziynəti ilə bəzəməyi şairdən tələb edən Şirvan şahı Axsitanın məktubundan nəzmə çəkilən sözlər heç bir şübhəyə yer qoymur ki, Nizami öz ana dilində də əsərlər yazırmış. Belə  olmasaydı, şah sifariş verdiyi əsərin dili barədə xüsusi tapşırıq verməzdi".

Görkəmli nizamişünas onu da əlavə edir ki, "buradan aydın olur ki, "Yeddi gözəl"də "bu həbəşdə mənim türkcəmi almırlar, mütləq yaxşı (dadlı) dovğa yemirlər", - deyə şair kimləri nəzərdə tuturdu".

Ancaq maraqlıdır ki, Nizami şahın türklüyə (və türkcəyə) qarşı aşağılayıcı münasibətini onun öz dili ilə necə varsa, o cür deyir, ancaq qeyri-adi bir ağayanalıqla söhbəti ayrı istiqamətə yönəldir: "Elə ki şahın halqası qulağıma keçirildi (şahın məni öz qulu saydığını bildim), huşum ürəkdən beynimə vurdu. Nə həddim var idi ki, əmrdən boyun qaçıram; nə gözüm görürdü ki, xəzinəyə yol tapam? Ömrümün süstlüyü, halımın zəifliyindən başımı itirib nə edəcəyimi bilmədim. Məhrəm bir adam yox idi ki, sirrimi deyim..." Və şairin oğlu Məhəmmədin müdaxiləsilə söhbət o yerə gəlib çatır ki, mövzu hər nə qədər "sevinc və nazdan (şuxluqdan)" uzaq, "dəhlizi təng (darısqal)" olsa da, "bu dörd min beyt, bir az da çox" Nizami qələmi ilə "dörd aydan da az müddətdə" ərsəyə gəlir. Yəni Nizami türkcə yazmağın müəyyən əhəmiyyət kəsb etdiyini Axsitanın onun nəinki gözünə soxur, əksinə, ona deyir ki, "düşmən Fərasiyab (Əfrasiyab, yəni yağış köpüyü) olsa belə, təkcə sənin zərbən günəş kimidir". Türklərin xətrinə dəyə biləcək mübaliğəni Nizami kimi dahi mütəfəkkir heç zaman boş- boşuna işlədə bilməzdi...

 

İkinci mühüm məsələ Nizaminin öz ata-anası barədə verdiyi məlumatlardır ki, onların içərisində aşağıdakı sözlər müəyyən mübahisəyə səbəb olmuşdur: "Əgər mənim kürd rəisəsi anam ana kimi qarşımda öldüsə, yalvararaq kimi imdada çağırım ki, onu (anamı) fəryadla mənim yanıma gətirsin?!"

Məhəmməd Əmin Rəsulzadə yazır:

"Şairin əsl adı İlyasdır. Atası Müəyyəd oğlu Yusifdir. Anası, özünün də "raiseyi-kürd" deyə  qeyd etdiyi kimi, Azərbaycan kürdlərindəndir. Gəncədə yaşamış bulunan bir ailənin qızıdır. Adı məlum deyildir".

"Azərbaycan şairi Nizami"nin müəllifi bununla kifayətlənməyib əlavə olaraq qeyd edir ki, burada "rəisə" Nizaminin anasının adı deyil, "rəiseyi-kürd"ün "kürd əşrəfindən" mənasına alınması daha məntiqli olacaqdır. Kürd rəis  və ya rəisəsi olmaq eyni zamanda,  tarixdə misalları olduğu kimi, bəhs edilən adamın mütləq kürd olduğunu da isbat etməz, çünki kürd əşirətlərinə rəislik etmiş bulunan türklərin varlığı bilginlərə məlumdur".

Əlyar Səfərlinin fikrincə isə, "Nizami onun kürd olduğunu yox, igid olduğunu yazmışdır:

Gər maderi-mən Rəiseyi-qord
Madər sefatane pişe-mən mord

(Mənim anam igid Rəisə Ana sifətində qarşımda öldü).

 

...Nizami anasının igidliyi ilə anasayağı ölməsini qarşılaşdıraraq təzad yaratmışdır".

Əlbəttə, Məcnuna türk demək, onun hər hansı hərəkətini türklüklə müqayisə etmək olmazdı. Nizami hətta "fars oğlu fəsahətli (şirindil) dehqan"ın "ərəbin əhvalı"nı şərh etməyə girişməsinə də yumorla yanaşır: "Oğlunu bada vermiş o qoca - Yusifindən ayrı düşmüş Yəqub elə ki Məcnunu qəlbi ürkmüş (divanə) gördü, onun ram olacağından ümidini üzdü. İşgəncə ilə ahlar çəkir, ömrünü yenə ümidlə keçirirdi".

Lakin hər ehtimala qarşı, türksayağı bir şərh verməkdən də çəkinmir: "Məcnun ki qohumlarının nəsihətini dinlədi, öyüdün acılığından pərişan oldu. Əl atıb köynəyini parçaladı (dedi ki) bu ölü kəfəni neyləyir?.. Türk kimi evi tərk etdi, köç düşərgəsində oturdu... Divanə kimi hər məhəlləyə baş vurur, hər tərəfə (üz tutub) "Leyli, Leyli!" deyirdi".

Məcnunun bu cür "türkləşdirilməsi" ilə bağlı M.Əlizadənin maraqlı bir qeydi var: "Türkdilli qəbilələrin əksəriyyəti heyvandarlıqla məşğul olub köçəri həyat keçirirdilər. Nizami öz qəhrəmanını səhranişin olduğu üçün türkə oxşatmışdı".

Ərəb Məcnunu səhraya düşür, türk məcnunları çöllərə... Nə fərqi varmış ki?..

 

Ancaq dahi şair-mütəfəkkirin etnik zəmində daha bir təsirli metaforası var: Nofəlin təzyiqi ilə qızını Məcnuna vermək məcburiyyəti altında qalan qız atası - Leylinin atası onun "qızı gərək tez gətirəsiniz ki, bu qəbilədən razı qalım" təklifinin cavabında deyir: "Ey ərəblər (içində) alicənablıqda başçılığa və tacidarlığa layiq olan! Yaralıyam, qocayam, könlüm qırıqıdır. Səndən iraq, pis günə qalmışam. Ərəblərin istehzasına məruz qalıb özümə əcəmi ləqəb qoymuşam".

Ərəbliyini danıb əcəmi adı götürmək başına kül ələmək kimi bir şeydir...

Nizami əvvəlki əsərlərində olduğu kimi, "Leyli və Məcnun"da da etnonimlərin ideya-estetik enerjisini qarşısıalınmaz bir maraqla aşkarlayır: Üzünü göstərməkdə ərəb ayı idi, könül ovlamaqda əcəm türkü idi... O türk (gözəl) ki, onun ləng şikarıyam... O (zülfün) hindu (oğru) deyil, rüzgar kordur... Hindu (hindli) ona görə filin beynini döyəcləyir ki, o, bir də Hindistanı yada salmasın... Naz-qəmzə etdiyi zaman ərəbə də, türkə də hücum edirdi... Zənci yumaqla xütənli olmadı...

İstər "Sirlər xəzinəsi"ndə, istər "Xosrov və Şirin"də, istərsə də "Leyli və Məcnun"da özünü göstərən bu cür etnoloji həssaslıq çox dərinliklərə gedir:

"Leyli mənzilindən kənara çıxdı. Zülfünün uclarını hörmüş, qızılgülə (üzünə) bənövşədən bəzək vurmuşdu. O qəbilənin bal dodaqlılarından (qızlarından) gövhər kimi ətrafına bir dəstə düzülmüşdü. Adları Ərəbistanda yaşayan türklər idi. Ərəb əndamlı türk gözəl olar".

Və son olaraq deyək ki, "Leyli və Məcnun"da Nizami başqa bir gözəli - Zeydin aşiq olduğu Zeynəbi tərif edərkən gözlənilməz bir bənzətmə işlədir: Şəki alması kimi sadə (hamar) çənəsi (vardı)...  Burada söhbət hansı Şəkidən gedir? Doğrudanmı bizim Şəkidir?.. /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.