Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı olub
30.08.21

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.

Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.

Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.

Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb.

Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.

Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.

Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınıb, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlib və divarlar çöküb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.

Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub.

Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.

Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

Yenililklər
16.10.21
"Cəbrayıl əfsanəsi" romanı çap olunacaq
14.10.21
"Ermənistan Qarabağda Azərbaycanın tarixi və mədəni irsini yer üzündən silmək istəyirdi"
14.10.21
Məhəmməd İqbalın “Seçilmiş əsərləri” nəşr olunub
12.10.21
“Ustad” dərgisi yeni formatda
07.10.21
Musa Yaqub haqqında kitab nəşr olundu - FOTO
06.10.21
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub
06.10.21
Şərqin Şekspiri qırğız dilində
06.10.21
“Fəryad-2” filminin çəkilişləri başa çatıb
05.10.21
Xalq artisti Vaqif Şərifov vəfat edib
05.10.21
Fərid Hüseyn nüfuzlu beynəlxalq ədəbi mükafatına layiq görülüb - FOTOLAR
01.10.21
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kino günləri”nin açılış mərasimi olub
01.10.21
Fadil Hoca: “Bir azərbaycanlı tələbə Avropaya gedib, orada türkcə təhsil almaq istəyərsə, o zaman biz onu dəvət edirik”
01.10.21
"Ulduz" jurnalının sentyabr sayı çap olunub
24.09.21
Elman Mustafa Cıvıroğlu - Panslavizm`in Özlemi
24.09.21
“Ölümü ömür seçənlər" kitabının təqdimat mərasimi keçirilib
23.09.21
Yazıçılar Birliyinin Şuşadakı qurultayı gələn ilə qalıb
23.09.21
"Leyli və Məcnun" operası nümayiş edilib
22.09.21
Fərid Hüseynin “Nizami söhbətləri” kitabı işıq üzü görüb
21.09.21
Pablo Pikassonun 9 əsəri Fransa hökumətinə bağışlanacaq
21.09.21
Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib
21.09.21
Tarixi abidələrin pasportları hazırlanıb
20.09.21
“Kopelhaus”da Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi açılacaq
20.09.21
“Qafqazda türk mətbuatı tarixinə dair materiallar” kitabı çap olunub
20.09.21
Olesya Dmitriyeva - Gəl mənə ilham ver, ey qoca rəssam
20.09.21
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilib
17.09.21
Türkiyənin Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
17.09.21
Mədəniyyət Nazirliyi teatrların açılması ilə bağlı təkliflərə münasibət bildirib
17.09.21

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub

16.09.21
Azərbaycan və Özbəkistan birgə filmlər çəkəcək
16.09.21
Anar Kərimov Özbəkistanda Beynəlxalq Mədəniyyət Forumuna qatılıb
16.09.21
“Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri” kitabı çap olunub
16.09.21
Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
15.09.21
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.21
Vidadi Babanlı: “Mirzə İbrahimov məni partiyadan çıxartdırmaq istəyirdi” - Müsahibə
15.09.21
Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr edilmiş nömrəsinin təqdimatı keçirilib
15.09.21
Beynəlxalq Müsəlman Filmləri Festivalına yekun vurulub
14.09.21
Əməkdar artist Yaqub Zurufçu vəfat edib
13.09.21
Həyat yoldaşı: “Yaqub Zurufçunun vəziyyətində heç bir dəyişiklik yoxdur”
13.09.21
Nüşabə Araslının “Nizami  Gəncəvi və türk ədəbiyyatı” kitabı nəşr olunub
13.09.21
Bakıda “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.