Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr edilmiş nömrəsinin təqdimatı keçirilib
15.09.21

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr edilmiş nömrəsinin onlayn təqdimatı keçirilib.

Bu barədə Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq, Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından sonra akademiyada və institutda görülmüş işlər barəsində iştirakçıları məlumatlandırıb. O, Sərəncamın mahiyyətinə uyğun olaraq müstəqillik işığında Nizami Gəncəvinin Azərbaycan şairi kimi tədqiq və təbliğ olunmasına diqqəti yönəldib. Təəssüflə bildirib ki, bu gün də Nizaminin milli mənsubiyyəti ilə bağlı lazımsız fikirlər qalmaqdadır. Bu mənada “Qardaş qələmlər” dərgisinin bir nömrəsinin Nizami Gəncəviyə həsr olunması tarixi hadisədir. Bu, dünyada Nizami Gəncəviyə bütövlükdə həsr olunan ilk jurnaldır. Dərginin bu nömrəsində Əlyazmalar İnstitutunun alimlərinin, həmçinin türkiyəli müəlliflərin məqalələri yer alıb. Bu iş Nizami uğrunda birgə nəşrdir, nizamişünaslığa xidmətdir. Habelə institutun əməkdaşı Təhminə Bədəlovanın Nizami Gəncəviyə həsr olunmuş bu jurnal haqqında irihəcmli məqaləsi “Ədəbiyyat qəzeti”ndə çap olunub.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək birgə layihə olan bu nəşri çox mühüm hadisə adlandırıb. Əlavə edib ki, “Nizami Gəncəvi İli”ndə önəmli hadisələrdən biri də “Qardaş qələmlər” dərgisinin bir nömrəsinin Nizamiyə həsr edilməsidir. O, Türkiyədə çıxan bir dərgidə Nizaminin türk şairi kimi təqdim olunmasını uğurlu addım kimi dəyərləndirib.

Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Nüşabə Araslı bu nəşri türk xalqlarının, xüsusilə Türkiyə ictimaiyyətinin Nizamiyə töhfəsi kimi xarakterizə edib.

Türk Dünyası Ağsaqqallar Şurasının Türkiyə Təmsilçisi Mustafa İsen çıxışında Nizamini dünyaya lütf edilmiş bir dahi adlandırıb. Vurğulayıb ki, dünyada mininci, 880-ci il dönümünü qeyd edəcəyi dahisi olan xalqlar çox azdır. Türk xalqlarının isə Nizami Gəncəvi kimi kifayət qədər minillik tarixə malik dahiləri var.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli dərginin bu sayını Azərbaycanın Zəfərinin davamı kimi qiymətləndirib: “44 günlük savaş zəfərlə bitdi, bizim mənəvi savaşımız isə davam edir. Buna görə də biz həmişə türk qardaşlarımızla birlikdə olmalıyıq. Bu jurnal gələcək qələbələrin əsasını sanballı bir işlə qoyub”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Qardaş qələmlər” dərgisinin türk dünyasında və Azərbaycanda ədəbi-mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən söz açıb. Avrasiya Yazarlar Birliyinin, xüsusən onun rəhbəri Yaqub Öməroğlunun son onillikdə türk xalqları ədəbiyyatının təbliğində böyük işlər gördüyünü xatırladıb. Türk dövlətləri arasında yayılmış dərginin və onun baş redaktorunun Azərbaycana xüsusi münasibətinin olduğunu bildirib. Buna nümunə olaraq indiyədək Türkiyədə “Bengü” yayınlarında Azərbaycana məxsus 50-dən çox kitabın nəşr edildiyini qeyd edib.

Təqdimatda qonaqlardan Orxan Söyləməz, Aygün Babaşova, Nizamişünaslıq şöbəsinin əməkdaşlarından Zəhra Allahverdiyeva, Təhminə Bədəlova, Yelena Teyer, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi Pərvanə İsayeva, Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və başqaları da nəşrin xüsusi önəmindən bəhs ediblər.

Sonda Avrasiya Yazarlar Birliyinin başqanı, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu çıxış edib. O, dərginin ilk sayının nəşrindən bəri akademik İsa Həbibbəylinin dəstəyini daim hiss etdiklərini vurğulayıb, əlaqələrin daha da güclənməsi yolunda əməkdaşlığın davam edəcəyini diqqətə çatdırıb.

Yenililklər
16.10.21
"Cəbrayıl əfsanəsi" romanı çap olunacaq
14.10.21
"Ermənistan Qarabağda Azərbaycanın tarixi və mədəni irsini yer üzündən silmək istəyirdi"
14.10.21
Məhəmməd İqbalın “Seçilmiş əsərləri” nəşr olunub
12.10.21
“Ustad” dərgisi yeni formatda
07.10.21
Musa Yaqub haqqında kitab nəşr olundu - FOTO
06.10.21
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub
06.10.21
Şərqin Şekspiri qırğız dilində
06.10.21
“Fəryad-2” filminin çəkilişləri başa çatıb
05.10.21
Xalq artisti Vaqif Şərifov vəfat edib
05.10.21
Fərid Hüseyn nüfuzlu beynəlxalq ədəbi mükafatına layiq görülüb - FOTOLAR
01.10.21
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kino günləri”nin açılış mərasimi olub
01.10.21
Fadil Hoca: “Bir azərbaycanlı tələbə Avropaya gedib, orada türkcə təhsil almaq istəyərsə, o zaman biz onu dəvət edirik”
01.10.21
"Ulduz" jurnalının sentyabr sayı çap olunub
24.09.21
Elman Mustafa Cıvıroğlu - Panslavizm`in Özlemi
24.09.21
“Ölümü ömür seçənlər" kitabının təqdimat mərasimi keçirilib
23.09.21
Yazıçılar Birliyinin Şuşadakı qurultayı gələn ilə qalıb
23.09.21
"Leyli və Məcnun" operası nümayiş edilib
22.09.21
Fərid Hüseynin “Nizami söhbətləri” kitabı işıq üzü görüb
21.09.21
Pablo Pikassonun 9 əsəri Fransa hökumətinə bağışlanacaq
21.09.21
Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib
21.09.21
Tarixi abidələrin pasportları hazırlanıb
20.09.21
“Kopelhaus”da Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi açılacaq
20.09.21
“Qafqazda türk mətbuatı tarixinə dair materiallar” kitabı çap olunub
20.09.21
Olesya Dmitriyeva - Gəl mənə ilham ver, ey qoca rəssam
20.09.21
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilib
17.09.21
Türkiyənin Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
17.09.21
Mədəniyyət Nazirliyi teatrların açılması ilə bağlı təkliflərə münasibət bildirib
17.09.21

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub

16.09.21
Azərbaycan və Özbəkistan birgə filmlər çəkəcək
16.09.21
Anar Kərimov Özbəkistanda Beynəlxalq Mədəniyyət Forumuna qatılıb
16.09.21
“Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri” kitabı çap olunub
16.09.21
Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
15.09.21
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.21
Vidadi Babanlı: “Mirzə İbrahimov məni partiyadan çıxartdırmaq istəyirdi” - Müsahibə
15.09.21
Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr edilmiş nömrəsinin təqdimatı keçirilib
15.09.21
Beynəlxalq Müsəlman Filmləri Festivalına yekun vurulub
14.09.21
Əməkdar artist Yaqub Zurufçu vəfat edib
13.09.21
Həyat yoldaşı: “Yaqub Zurufçunun vəziyyətində heç bir dəyişiklik yoxdur”
13.09.21
Nüşabə Araslının “Nizami  Gəncəvi və türk ədəbiyyatı” kitabı nəşr olunub
13.09.21
Bakıda “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.