Fərid Hüseynin “Nizami söhbətləri” kitabı işıq üzü görüb

22.09.21

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseynin nizamişünas alimlərdən, şərqşünaslardan, eləcə də dahi ədibin yaradıcılığına bələd olan söz və fikir adamlarından aldığı müsahibələrdən ibarət “Nizami söhbətləri” kitabı “Nizami İli” çərçivəsində nəşr edilib. 

Kitab Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Azərbaycan” jurnalının layihəsi kimi işıq üzü görüb. Nəşr adı çəkilən jurnalın “Nizami İli”nə töhfəsidir. Sabir Rüstəmxanlı, İlqar Fəhmi, Məsiağa Məhəmmədi, Seyfəddin Rzasoy, Firudin Qurbansoy, Səadət Şıxıyeva, Zəhra Allahverdiyeva, Nəzakət Məmmədli, Əsəd Cahangir, Sərxan Xavəri və Əlimuxtar Muxtarovun dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqındakı ədəbi söhbətlərində dahi ədibin əsərlərinin ən müxtəlif istiqamətləri, məqamları təhlil olunur. Nəşrdəki müsahibələrin əksəri “Azərbaycan” jurnalında “Nizami söhbətləri” adlı rubrikada dərc edilib.

Nəşrin Ön sözün müəllifi və redaktoru “Azərbaycan” jurnalının baş redaktoru İntiqam  Qasımzadə, məsləhətçisi isə adı çəkilən jurnalın baş redaktor müavini Südabə Ağabalayevadır. Kitabın ön sözünü qələmə alan Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə yazır: “Azərbaycan zaman-zaman dünyaya söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən böyük sənətkarlar bəxş etmişdir. Bunların sırasında Nizami Gəncəvi yaradıcılığı möhtəşəmliyi, müdrikliyi və həyatiliyi ilə seçilir. Nizami o nadir sənətkarlardandır ki, dərin fəlsəfi məzmunu yüksək poetik dillə, özü də aydın, anlaşıqlı bir tərzdə oxucularına çatdıra bilmişdir. Elə ilk növbədə bu səbəbdən də yazıldıqları dövrdən doqquz əsrə yaxın bir vaxt keçməsinə baxmayaraq, onlar öz bədii dəyərini bu gün də itirməmişlər. Bəli, Nizami Gəncəvi Azərbaycanın qədim Gəncə şəhərində doğulub, ömrü boyu orda yaşayıb-yaratsa da, bütün dünyanı fəth edə bilib. Bu mənada o, fatehdir. Belə ki, onun əsərləri dünya xalqlarının danışdıqları əksər dillərə tərcümə olunub. Bu hələ hamısı deyil, bu xalqların təmsilçiləri olan böyük ədəbiyyatşünas alimlər, yazıçılar, tarixçilər Nizami Gəncəvi yaradıcılığının dərin məzmunu, sənətkarlıq xüsusiyyətlərini təhlil etməyə çalışmış, qiymətli əsərlər yazmışlar. Xüsusən ingilis, rus, alman, fransız alimləri və təbii ki, Şərqin tanınmış şərqşünasları çox qiymətli elmi əsərlər ortaya qoymuşlar. Böyük sənətkarın vətəni Azərbaycanda Nizamişünaslıq ədəbiyyatşünaslıq elminin həmişə xüsusi önəm verilən sahələrindən olub. Azərbaycan alimləri, yazıçıları, sənətşünaslar daim Nizami yaradıcılığına müraciət etmiş, ondan bəhrələnmiş və eyni zamanda, hər yeni nəsil onda özü üçün nə isə kəşf etmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan olunduqdan sonra nizamişünaslıqda yeni bir canlanma baş verdi və təbii ki, çoxlu sayda yeni məqalələr yazıldı. Nizami “Xəmsə”si tükənməz bir enerji mənbəyi kimi ona üz tutan hər kəsə götürə biləcəyi qədər pay verir. Nizami yaradıcılığı elə bir dəryadır ki, ora baş vuran əliboş qalmır. Bu mənada Fərid Hüseynin “Azərbaycan” jurnalı ilə birgə həyata keçirdiyi “Nizami söhbətləri” layihəsi çərçivəsində Nizami Gəncəvi yaradıcılığına bələd çağdaş söz və fikir adamları ilə apardığı söhbətlər, müsahibələr çox maraqlıdır, bugünkü Azərbaycanda Nizami Gəncəvi şəxsiyyətinə və onun əbədiyaşar sənətinə olan sonsuz maraq və məhəbbət barədə kifayət qədər təsəvvür yaradır. Şübhə etmirəm ki, bu yazılar böyük humanistin gələcək tədqiqatçıları qarşısında yeni üfüqlər açacaqdır”.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.