“Ölümü ömür seçənlər" kitabının təqdimat mərasimi keçirilib
24.09.21

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı və Kürdəmir Regionl Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş 39 kürdəmirli Vətən fədaisinin qısa, lakin şərəfli həyatından, döyüş yolundan bəhs edən 721 səhifəlik oçerklərin yer aldığı "Ölümü ömür seçənlər" adlı kitabın təqdimat mərasimi keçirildi.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı.  

Tədbirdə öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ruhlarına dualar oxundu.

Təqdimat mərasimini giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti əvəz edən Ağəli Kərimli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu qeyd etdi. Eyni zamanda o, çıxışında  sentyabrın 27-dən  başlayaraq cəbhə xəttində işğalçı Ermənistan ordusunun  təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusunun  qısa zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurmasını, 44 gün davam edən İkinci Vətən müharibəsində qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək, onları 27 il işğal altında saxladıqları torpaqlarımızdan qovmasını vurğuladı.

Milli Məclisin deputatı Əminə Ağazadənin köməkçisi Namiq Ağayev çıxış edərək qeyd etdi ki, bu Vətən müharibəsində də Birinci Qarabağ savaşında olduğu kimi – Ali Baş Komandanın səfərbərlik haqqında Sərəncamından sonra Kürdəmir rayonunun yüzlərlə vətənpərvər gənci cəbhəyə yola düşərək, ön cəbhədə əsl şüsaət göstərmiş, yağı düşmənə qarşı mərdliklə döyüşmüşlər. Vətən müharibəsində əldə etdiyimiz Qələbənin təmin olunmasında zabitlər, həqiqi hərbi xidməti yerinə yetirənlər, səfərbərlik çağırışı ilə Milli Ordumuza çağırılanlar və könüllü cəbhəyə gedən yüzlərlə kürdəmirlilər əsl qəhrəmanlıq göstərmişlər. Onlar erməni işğalçılarının neçə-neçə canlı qüvvəsini məhv edərək, onlarla döyüş texnikasını ələ keçirmiş, torpaqlarımızın azad edilməsində əsl şücaət göstərərək yeni şanlı tarix yazmışlar.

Tədbirə monitor vasitəsilə qoşulan kitabın redaktoru, tarix elmləri doktoru, professor Habil Məmmədov çıxışında Qəhrəman şəhidlərimizin adları əbədiləşdirilməsinin, büstlərinin  qoyulmasının, adlarına bulaqlar açılmasının, şəhid məzarlarının ziyarətgaha  çevrilməsi,hər biri bir qəhrəmanlıq dastanı olan şəhidlərin həyat tarixçəsinin qan yaddaşına köçürülməsinin Şəhidlər qarşısında vətəndaşlıq borcu olmasından söz açaraq, istedadlı qələm sahibi Yaqut xanımın oxuculara təqdim olunan kitabının şəhidlərin unudulmaması və gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacağını vurğuladı.    

Təqdimat mərasiminə Xarkov şəhərindən monitor vasitəsilə qoşularaq münasibətini bildirən  Dövlət İdarəetmə Elmləri doktoru, professor, “Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti”nin fəxri üzvü Azad Ömərov qeyd etdi ki, “Ölümü ömür seçənlər” kitabının Vətən yanğısını söndürməyə gedən oğullardan bəhs edən  kitabın oxunaqlı olmağına səbəb müəllifin gördüklərinə, eşitdiklərinə, oxuduqlarına, igid şəhidlərimizin valideynləri, müəllimləri, qohum-əqrabalarının söylədiklərinə şərik olan yazıçı təxəyyülünün məhsuludır. Müəlifin bəzən bədiləşdirdiyi səhnələrin də öz koloriti ilə kitabı daha həyacanla oxumağa vadar edir.Bununla yanaşı, müəllifin təqdim etdiyi bu kitab yeniyetmələrə, gənclərə vətənpərvərlik ruhu aşılayır və gələcəkdə qəhrəmanlıq, vətənpərvərlik, anaya sevgi, saf məhəbbət, dosta sədaqət və s. haqqında yazılacaq əsərlərdə bir məlumat mənbəyi kimi istifadə oluna bilər.

Rayonun din xadimləri Füzuli Cəfərov, Aqil Əliyev, şəhid baş leytenat Fərrux Hüseynovun atası Baxış Hüseynov, şəhid gizir Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, şəhid Ziyadxan Əliyevin anası Müşgünaz Həziyeva, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəsisi Faiq Xudanlı, Vətən müharibəsi qazisi Fariz Əzizov, dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva çıxış edərək bildirdilər ki, Kürdəmir şəhidləri haqqında yazılan “Ölümü ömür seçənlər” kitabı onların xatirələrinin əbədiləşdirilməsi uğrunda atılan təqdirəlayiq addım olmasını və hərbi vətənpərvərlik ruhunun aşılanması üçün vacibliyini vurğuladılar və müəllifə qısa zaman ərzində belə dəyərli kitabı ərsəyə gətirdiyinə görə şəhid ailələri adından minnətdarlıqlarını bildirdilər.

Tədbirdə şəhidlərimizə həsr olunan foto slayd nümayiş edildi.
Məktəblilər “Ölümü ömür seçənlər” kitabından hazırladıqları kompazisiyanı tədbir iştirakçılarına təqdim etdilər.

Təqdimat mərasiminin sonunda kitabının müəllifi Yaqut Bahadurqızı onun əməyinə göstərilən diqqətdən məmnunluğunu  ifadə etdi və tədbirin iştirakçılarına öz minnətdarlığını bildirdi. “Ölümü ömür seçənlər” kitabı şəhid ailələrinə hədiyyə edildi.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.