Fadil Hoca: “Bir azərbaycanlı tələbə Avropaya gedib, orada türkcə təhsil almaq istəyərsə, o zaman biz onu dəvət edirik”
01.10.21

Şimali Makedoniyanın “Beynəlxalq Vizyon Universiteti”nin rektoru, professor Fadil Hoca və prorektoru Abdülməcid Nurəddin Bakı səfəri çərçivəsində “Yeni Müsavat” Media Qurupunun qonağı olub. Media Qurupunun rəhbəri Rauf Arifoğlu ilə keçən görüşdə Fadil Hoca rəhbəri olduğu universitet haqqında ətraflı məlumat verib:

“2000-ci ildə Şimali Makedoniya, Balkan türkləri olaraq öz ana dilimizdə universitet qurmağı düşündük və 2015-ci ilə qədər bu barədə mücadilə edərək, haqqımızı qazandıq və ən nəhayət Makedoniya dövləti Nazirlər Kabinetinin qərarı ilə “Beynəlxalq Vizyon Universiteti” adı altında 2014-cü ilin noyabrında qeydiyyatdan keçdik. Beləliklə, Osmanlı imperiyasının Balkanlardan çəkilməsinin 100-cü ildönümündə Balkan türkləri öz ana dilində ali təhsil ocağına sahib oldular. Ona görə də universitetimizin sloqanlarından biri bu cürdür: "Vizyonla bir əsrə atılan imza!" Yəni 1 əsr sonra Balkanlarda tarix təhsil sahəsində təkərrür edib (təkrarlanıb).
Beləliklə, 2015-ci ildən etibarən universitetimiz fəaliyyət göstərməyə başladı. Universitetimiz Qostivar şəhərinin mərkəzində, Vardar çayı sahilinin yaxınlığında yerləşir. Onu da qeyd edim ki, universitetimizin texniki təchizatı yüksək səviyyədə təşkil olunub.

Bütün proqramlarımız bakalavr və magistatura səviyyəsindədir. Universitetimizdə 5 fakültə var. Bunlar Hüquq, Psixologiya, İnformatika, Memarlıq, İqtisad fakültələridir. Xüsusilə qeyd etmək istəyirəm ki, universitetimizdə həmçinin Klinik Psixologiya üzrə doktorantura ixtisası var və bu ixtisas bütün Balkanlarda yalnız bizdə mövcuddur.

“Beynəlxalq Vizyon Universiteti” yeganə universitetdir ki, Makedoniya sərhədlərindən kənarda Avropada təmsilçiliyi var. 2018-ci ildən etibarən Avstriyanın paytaxtı Vyanada da fəaliyyət göstəririk. Makedoniyada təhsil türkcə, Vyanada isə türk və ingilis dilində tədris olunur. Lakin onu qeyd edim ki, Vyana məlum olduğu kimi bahalı şəhər olduğu üçün oradakı təhsil ödənişi də nisbətən bahadır.

Hazırda 62 universitet ilə əməkdaşlığımız var ki, onlardan da 42-si Türkiyənin dövlət universitetləridir. Balkan, Orta Asiya və Cənub Şərq Avropa universitet birliklərinin üzvüyük. Baxmayaraq ki, universitetimiz yeni yaranıb, 2020-ci ildə Cənub Şərq Avropa universitetlər birliyinin rəhbərliyi məhz bizim universitetə həvalə olundu. Bizim istiqamətimiz Avropa təhsil sisteminədir. Müəllimlərimiz əsasən Şimali Makedoniyadan, Balkanlardan və Türkiyədən olan mütəxəssislərdir".

Xəbərin bu bölümündən sonranı sual-cavab janrında təqdim edirik:

- Universitetinizin tələbələri hansı ölkələrdəndirlər?

- Universitetimizin hazırda 1076 tələbəsi var. Tələbələrimiz də əsasən Makedoniya, Kosova, Bosniya-Hersoqovina, Türkiyə vətəndaşlarıdır.

- Azərbaycandan da tələbələriniz varmı?

- Azərbaycandan tələbələrimizi məmnuniyyətlə gözləyirik. Ötən gün Qarabağa, Ağdama getmək imkanımız oldu və erməni vandalizmini, vəhşiliyini öz gözlərimizlə gördük. İstərdik ki, Qarabağ şəhid ailələrindən olan 5 tələbəyə ödənişsiz təhsil verək. Bu şəkildə can Azərbaycan qardaşlarımıza sahib çıxmaq istəyirik. Həmin tələblər universitetimizin bütün imkanlarından istifadə edə biləcək. Hansı ki, Türkiyədən olan şəhid ailələrin övladları da universitetimizdə pulsuz olaraq təhsil alırlar.

 

- Universitetinizin diplomları Avropada tanınırmı?

- Universitetimiz tam Avropa universitetidir, ona görə də diplomlarımız Avropa ölkələrində verilən diplomlarla eyni hüquqa malikdir.

- Məsələn, bir azərbaycanlı tələbə sizin universitetinizin məzunu olduqdan sonra Avropada iş tapa biləcəkmi?

- Əlbəttə. Bizim universitetimiz Avropada kifayət qədər tanınır.

- Bəs universitetin təhsil üçün ödənişləri nə qədərdir?

- Sərfəlidir. Lakin qeyd etdiyim kimi, Vyanada qiymətlər bir qədər bahadır. Əlbəttə ki, Makedoniyada və yaxud Vyana şöbələrinin hansında oxumaq istəyi tələblərin öz seçimidir.

- Azərbaycan universitetləri ilə də əməkdaşlıq etməyi düşünürsünüzmü?

- Bəli. Bakıda İqtisad Universiteti ilə əməkdaşlığımız var. Hətta 2019-cu ildə universitetimizin 5 tələbəsi qonaq qismində İqtisad Universitetinə gəldi. Qarşılıqlı olaraq Bakıdan tələbələr universitetimizə gəlməli idi, lakin pandemiya səbəbindən bu proses dayandırıldı. Bundan sonra Bakıdan tələblərin gələcəyi gözlənilir.
Bir azərbaycanlı tələbə “mən Avropaya gedib, orada türkcə təhsil almaq istəyirəm”, deyərsə o zaman biz onu dəvət edirik. Hətta ingilis dilini bilməsə belə problem yoxdur, tam türkcə təhsil ala bilər. Eləcə də Vyanada istərsə türkcə, istərsə ingilis dilində təhsil ala bilər”.


/Musavat.com/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.