Şərqin Şekspiri qırğız dilində
06.10.21

Azərbaycan ədəbiyyatının əfsanəvi klassiki, nəhəng humanist şair, romantik dramaturq və müdrik filosof Hüseyn Cavidin əsərlərindən ibarət toplu ilk dəfə qırğız dilində nəşr edilib.

Qırğız Respublikasının kütləvi informasiya vasitələrində kitabın çap olunması böyük əks-səda doğurub. Qırğızıstanın “NEXT TV”, “ELTR” televiziya kanallarında, ən məşhur “Veçerniy Bişkek”, dövlət “Slovo Qırğızıstana” (Qırğızıstanın sözü), ictimai və siyasi “Barometr” qəzetlərində, "Kabar" Milli İnformasiya Agentliyində, “01.kg”, “Today.kg”, “Akmedia.kg” informasiya portallarında və digər KİV-də kitab barəsində geniş məlumat verilib.

Hüseyn Cavidin “Əsərləri” adlı kitaba görkəmli şairin "Xəyyam", "Topal Timur", "İblis" dramları, həmçinin “Çiçək sevgisi”, “Solğun bənövşələr”, “Sevinmə, gülmə, quzum!”, “Mənim tanrım”, “Görmədim”, “Kometa”, “Şeyx Sənan”, “Pənbə çarşaf”, “Get!”, “Qaçqın” adlı şeirləri daxil edilib.

Toplu Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucovun "Şərqin Şekspiri" adlı “Ön söz”ü ilə açılır. Nəşrin iki qardaş ölkə xalqlarının mədəni qarşılıqlı zənginləşməsinə xidmət edəcəyi bildirilir.

Görkəmli Azərbaycan dramaturqunun əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. "Çox şadam ki, bu gün bu ölməz əsərlər böyük Manasın, eləcə də qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun dilində nəşr olundu", - deyə səfir qeyd edib.

“Ön söz”də deyilir: “Hüseyn Cavid Azərbaycan və Şərq poeziyasının dəyərlərini daha da artıran və türkçülük ideyalarını ora daxil edən görkəmli sənətkardır. Məhz romantizmin banisi, milli ədəbiyyatda poetik dram və faciə janrının kəşfçisi odur.

Sözün qüdrətli sənətkarının mənəvi zənginliyi ilə seçilən əsərləri bir çox nəsillərin estetik zövqünü formalaşdırmışdır. Onun fəlsəfi lirikası Ulu Tanrıya sevgi və gözəllik, yaxşılıq və pislik, işıqla qaranlıq qüvvələr arasındakı mübarizə, rəğbət, humanizm və xeyriyyəçilik kimi yanan problemlərə, vacib və əbədi mövzulara toxunur.

Sağlığında şöhrət qazanan bənzərsiz şairə Şərqin Şekspiri adı verilməsi təsadüfi deyildi. Onun bütün əsərləri dərin fəlsəfi məna daşıyır və hansı dilə tərcümə olunmasından asılı olmayaraq oxucunu biganə qoymur. Cavidin yaradıcılığı bu gün də aktuallığını qoruyub saxlayır”.

İstedadlı şair və mütəfəkkir çox parlaq, lakin faciəli həyat yaşadı. O, Azərbaycan ədəbiyyatında və dramında yeni bir səhifə açdı və milli teatrın inkişafına güclü təsir göstərdi. Hüseyn Cavid zəngin bir bədii irs qoyub getdi. İstedadının qiymətli bəhrəsi əsl milli sərvətə çevrildi.

Tanınmış şair Kozogeldi Kulteginin, eləcə də filoloq-türkoloq Kalmamat Kulamşayevin böyük zəhməti sayəsində qırğız oxucuları Azərbaycanın ən yaxşı və dünya şöhrətli şairlərindən birinin yaradıcılığı, həm də zəngin daxili dünyası və dərin fəlsəfi düşüncələri ilə daha yaxından tanış olacaqlar.

Kitab “Turar” nəşriyyatında yüksək poliqrafik səviyyədə, ən keyfiyyətli rəngli illüstrasiyalarla nəşr olunub. /Azərtac/

Yenililklər
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.