Küyülü Nəccari Səid - Atam

16.12.21




Hekayə

Yuxudan oyandım. Pərdənin arasından ışıq zolağı gözümə düşmüşdü. Elə bil çox yatmışdım. Başımda bir az ağırlıq var idi. Dünən gecə yatanda atamın oxuduğu mahnını açıb yatağa girdim. Mahnını dinləyə-dinləyə yatdım. 


***
"Bu dağı bağ eylərəm, 
Ay bülbüllər, 
Yanını çardaq eylərəm, 
Ay bülbüllər, 
Desələr yarım gəlir, 
Ay bülbüllər, 
Yolunu çıraq eylərəm, 
Ay bülbüllər..." 


***
Çoxdan idi atamın səsinə qulaq asmamışdım. Atam "Ay Bülbüllər" mahnısını çox sevirdi, sazlı-sözlü qohumlar arası yığıncaqlarımızda elə onu oxuyardı. Mən də onu uşaqlıq illərindən öyrənməyə, oxumağa başladım. 
Cib telefonumu atama zəng etmək üçün götürdüm. O tezdən oyanırdı. Hələ səsim yuxuluydu. Səsimi eşitcək deyəcəkdi: 
"Yuxudan təzə durubsan?!" 
Mən də, "yooox, bir az olar!" deyə cavab verəcəkdim. 
Sonra atam, "hə, düz deyirsən! İnanmayan daşa dönsün!" deyib, qaqqıltıyla güləcəkdi. 
Cib telefonumda atamın şəklinə toxundum, siqnal səsi gəldi, gözlədim, açan olmadı. Bəlkə telefonu yanında götürməmişdi. Axı, hərdən onu evdə unudurdu. 
Bir azdan atam zəng etdi. Telefonu açdım. Tutqun bir səs danışdı:
"Salam, o nömrədən mənə zəng eləmişdilər. Mənimlə işiz var idi?" 
Tanımadığım, yad bir kişinin səsiydi. 
"Salam..." dediyimdə birdən atamın bildir öldüyü yadıma düşdü. "Yooox, bağışlayın, yanlışlıqla sizə zəng eləmişəm," deyib telefonu kəsdim. 
Necə olmuşdu Atamın öldüyünü büsbütün unutmuşdum?! Onun telefon nömrəsini silməmişdim, saxlamışdım, amma öldüyü gündən bəri heç bir dəfə də zəng etməmişdim.
Atamın nömrəsini başqa birinə satmışdılar! 


***
Dünən gecə yatmamışdan qabaq atamın ən yaxın yoldaşı, Kərim Əmi mənə zəng etdi. Atamın ölümü onu çox üzmüşdü. 
Kərim Əmi, "Əhməd'in ölümünü sindirə bilmirəm. Bilirsən, o mənim ən yaxın yoldaşım idi. Hər sözümü ona deyə bilirdim." deyib, telefon arxasında bir az duruxdu. 
"Bilirəm, Kərim Əmi." 
Yenidən danışmağa başladı. Səsi bir az tutqunlaşmışdı. 
"Rəhmətlik çox vaxt dükana gələrdi, oturub danışardıq. Bilirsən də, biz uşaqlıq yoldaşı idik, məhəllələrimiz birbirinə yaxın idi. Elə birlikdə böyüdük. Analarımız da yoldaş idi." 
"Atam da sizi özünə lap yaxın yoldaş bilirdi. Sizdən bizə çox danışardı." 
Kərim Əmi köksünü ötürdü, sonra boğazını arıtdı.
"Hə, bilirəm. Mən heç kimə deyə bilmədiyim sözləri Əhməd'ə deyərdim. O da hər sözümü hövsələ ilə dinləyərdi." 
Telefondan kibrit çırıltısı gəldi, sanıram Kərim Əmi siqaret alışdırırdı. Sonra piləmək səsi eşidildi, ardından səssizlik oldu. 
"Allah sizə uzun ömür versin. Mən də atamla yoldaşdım, onunla çəkinmədən danışardım," deyib səssizliyi pozdum. 
Bir az udqundum. Artıq, nə deyəcəyimi bilmirdim. Kərim Əmi də susmuşdu. Sanıram siqaretini bitirmək istəyirdi. Nəfəslərinin səsini eşidirdim. 
"Ürəyim sıxılanda Əhməd'in qəbri üstə gedirəm. Oturub onunla danışıram, dərdləşirəm. Başının üstündə də bir heyva ağacı əkmişəm," deyib güldü. "Əhməd heyvanı çox istərdi. Atan gedəndən sonra tək qalmışam, sirdaşım yox, ürək sözümü heç kimə deyə bilmirəm. Mən çox..." 
Kərim Əmi hıqqıldadı, hönkürə-hönkürə ağlamağa başladı. Mənim də boğazımı qəhər tutdu. 
"Ağlama, Kərim Əmi," deyə onu ovundurmağa çalışdım, ancaq o hıçqıra-hıçqıra telefonu kəsdi. 
Atamın ölümü yenidən canlandı gözlərimin önündə, ona Kərim Əmi'nin ağlamaları da qarışdı, gözlərim yaşardı. Atamın duvardakı şəklinə baxdım, uzaqlara baxırdı, üzündə gülüş var idi. 
Yatağa uzandım. Cib telefonumdakı oxuduğu mahnını açıb, gözlərimi yumdum. Atam oxumağa başladı: 

"Bu dağı bağ eylərəm, 
Ay bülbüllər, 
Yanını çardaq eylərəm, 
Ay bülbüllər, 
Desələr yarım gəlir, 
Ay bülbüllər, 
Yolunu çıraq eylərəm, 
Ay bülbüllər..." 

Mahnını dinləyə-dinləyə gözlərim ağırlaşdı. Atam elə oxuyurdu sanki heç ölməmişdi. 

Yenililklər
12.05.22
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib
11.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
10.05.22
Gülnar Səma - Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
01.05.22
Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram
30.04.22
"Ulduz"un aprel sayı çap olunub
26.04.22
Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
25.04.22
Azad Qaradərəli - Fikir bölüşmək cinayətlərin ən yüngülü kimi
22.04.22
Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22
Habil Yaşar -  “CinemaPlus”da
22.04.22
Yetmiş dörd yaşın şeiri
20.04.22
Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
19.04.22
“Oxu Günü-8” keçiriləcək
13.04.22
“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22
Hacı Zeynalabdin Tağıyevin haqqında “Xeyirxahlıq mücəssəməsi” adlı kitab  çap olunub
13.04.22
"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
06.04.22
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
04.04.22
Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22
Kərbəlada Füzulidən alınan halallıq-REPORTAJ
01.04.22
Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22
Gənc yazar Nemət Mətnin kitabı Türkiyədə çap olunub
01.04.22
"Ulduz" jurnalının mart sayı nəşr olunub
30.03.22
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
30.03.22
Azad Qaradərəli - Adı Arif olanın...
30.03.22
Azad Qaradərəli - Oljas Süleymenov fenomeni
30.03.22
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?
30.03.22
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb
19.03.22
“Kəlniyyət” və “Məşəl” jurnalları transfoneliterasiya edilərək nəşr edilib
18.03.22
Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” kitabı çap olunub
18.03.22
“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
17.03.22
Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub
16.03.22
“Ustad”ın Novruz sayı çap olunub
16.03.22
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib
16.03.22
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
14.03.22
“Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı çap olunub
14.03.22
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.03.22
Azad Qaradərəli - Onun sarı bənizi
10.03.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
05.03.22
“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.