Anar Məcidzadə -  Gecələri göz yaşı, qaranlıq olur səhər
24.01.22

Nəyini sevmişik qoca dünyanın?

Əvvəli dünyanın sakit, həlimdi,
Sonu ayrılıqdı, bil ki, ölümdü,
Axan göz yaşıdı, qəmdi, zülümdü;
Nəyini sevmişik qoca dünyanın?

Bitmir qovğaları, nə qalmaqalı,
Hər gün də dəyişir kefi, əhvalı.
Zəhərə dönübdü şəkəri, balı;
Nəyini sevmişik qoca dünyanın?

Qorxusu, təlaşı, hürküsü vardır,
Aslanı, pələngi, tülküsü vardır.
Ürəyə sancılan süngüsü vardır;
Nəyini sevmişik qoca dünyanın?

Qəlbləri buz edər, daşa döndərər,
Arzunu, diləyi quşa döndərər,
Bahar həyatını qışa döndərər;
Nəyini sevmişik qoca dünyanın?

Anar, həyat ki var, gəldi - gedərdi,
Ne etsən, əbəsdi, onsuz hədərdi.
Bu dünya ən böyük dərdi, kədərdi;
Nəyini sevmişik qoca dünyanın?



İlahi ədalət

İnanıram ki, əlbət,
Var İlahi ədalət!
Qapına daş atanlar,
Qapını döyəcəklər.
Ayağından çəkənlər,
Sənə baş əyəcəklər.



Bir ömür yaşayım səninlə qoşa

Sən mənim həyatda sevdiyim adam,
Sənsiz bu dünyaya ögeyəm, yadam.
Səninlə açılar sabahım mənim
Səninlə sevincli, səninlə şadam;
Dönməsin məhəbbət gözümdə yaşa,
Bir ömür yaşayım səninlə qoşa.

Gecə də, gündüz də səni aradım,
Sən oldun istəyim, arzum, muradım.
Gözümdə nurumsan, sinəmdə ürək
Səninlə bağlıdır taleyim, adım;
Sevgimiz dəyməsin amandır, daşa,
Bir ömür yaşayım səninlə qoşa.

Mən sənin qismətin, naxışın olum,
Görən gözün olum, baxışın olum.
Səhərlər Günəşin, gecələr Ayın
Əsən mehin olum, yağışın olum.
Gözəlim, bir olaq, verək baş-başa,
Bir ömür yaşayım səninlə qoşa.




Həsrət yanğısı


Hicrana dözənmirəm,
Həsrətini çəkdiyim.
Dünya boyda dərd olub,
Tənhalığım, təkliyim.

Mən ki tənha qalmışam,
Yoxluğunla baş-başa.
Mən yaşayan acını,
Sən də bircə gün yaşa.

Bilərsən həsrət nədir,
O, min əzabdan betər.
Gözlərdə həyat eşqi,
Ürəkdə sevinc itər.

Gecələri göz yaşı,
Qaranlıq olur səhər.
Bu əzaba, möhnətə,
Ürək dözür birtəhər.

Ayrılıq ağrısını,
Ürəyimdə saxladım.
Bi gözümlə güləndə,
Bir gözümlə ağladım.

Hicrana dözənmirəm,
Həsrətini çəkdiyim.
Dünya boyda dərd olub,
Tənhalığım, təkliyim.




Biz rast gəlməyəydik

Ömür bağçam saraldı,
Bircə xatirən qaldı.
Ağlımı başdan aldı,
Səndə olan o göz, qaş;
Biz rast gəlməyəydik kaş.

Bilsən necə sevmişdim,
Sənə könül vermişdim.
Yolunda gül əkmişdim,
Səninsə ürəyin daş;
Biz rast gəlməyəydik kaş.

Bitib söhbətim, sözüm,
Qalmayıb daha dözüm.
Bir qələmdir, bir özüm,
Qəlbdə hicran, gözdə yaş;
Biz rast gəlməyəydik kaş.

Qəm verdin bu Anara,
Sinəmə vurdun yara.
Bilmirəm gedim hara?
Başım da qalıbdı çaş;
Biz rast gəlməyəydik kaş.

Yenililklər
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.