“Mə’rifət inciləri” adlı rüblük ədəbi-irfani dərgi nəşrə başlayıb
31.01.22

AMİN (Azərbaycanın Milli İnkişafı Naminə) İctimai Birliyi “Mə’rifət inciləri” adlı rüblük ədəbi-irfani dərginin çapına başlayıb. Təsisçisi Seyyid Əsri, redaktoru Məhəmməd Nuridir.

Yalnız klassik ədəbiyyata dair məzmunları əhatə edən məcmuə öz yönündə təkdir. Hər nömrədə şərq klassiklərinin şeirlərindən öz vəznində tərcümə nümunələri verilir. Burada əski əlifbalı mətnlərə, əlyazma fotosurətlərinə, həmçinin ərəb, fars, çağatay, osmanlı və s. dillərdə olan ədəbi nümunələrə yer ayrılır.

Məcmuədə “Tərcümandur söz” adlı mənzum tərcümə nəzəriyyəsi, “Ver sözə ehya” adlı əski türk sözlərinin izahlı lüğətçəsi, “Şe’r bir zivərdür” adlı bəlağət fənləri, “Vəfa ədəbi məclisi” adlı müasir əruz şairlərinin yazdıqları nəzirə, təzmin, təxmis və s.-dən ibarət daimi bölmələr var.

Dərginin artıq 3 sayı nəşr olunub. İlk iki say ümumi olduğu halda, 3-cü say bütövlükdə Füzulişünas alim, qəzəlxan mərhum Hacı Mail Əliyevə həsr olunmuş xüsusi buraxılışdır ki, burada onun heç yerdə çap olunmamış şeirləri, Nəsimiyə şərhləri, haqqında xatirələr, əlyazmasının fotosurətləri və s. verilib.

2-ci sayda böyük mütəsəvvif Seyyid Yəhya Bakuvinin “Rümuz-ül-işarat” adlı risaləsi əsli və tərcüməsi birgə oxucuların ixtiyarına təqdim edilib. Gələcək saylarda təkcə şərqli müəlliflərdən deyil, ingilis, rus, alman və s. dillərdən də irfani-təsəvvüfi, elmi-ədəbi məqalələrin tərcüməsinə yer ayrılması nəzərdə tutulur. Məcmuə mütəxəssislər üçün əsaslı mənbə, söz xiridarları üçün isə yadigar olası töhfədir.

Dərgini əldə etmək istəyənlər kitab dükanlarına və ya AMİN İctimai Birliyinin sosial şəbəkə səhifələrinə müraciət edə bilərlər. Qeyd edək ki, yaxın günlərdə amin.az saytı da fəaliyyətə başlayacaq və burada birliyin yeni layihələri izləyicilərin xidmətinə təqdim ediləcək.

Avanqard.net

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.