AYB-də Fərid Hüseynin gənc yazarların yaradıcılığına dair məruzəsi dinlənilib
18.02.22

AYB GƏNCLƏR ŞURASININ SƏDRİ FƏRİD HÜSEYNİN MƏRUZƏSİ MÜSBƏT QİYMƏTLƏNDİRİLİB

Fevralın 16-da Azərbaycan Yazıçılar Birliyində (AYB) gənc yazarların 2015-2021-ci illərdəki ədəbi fəaliyyətinə həsr olunmuş məruzə dinlənilib, məruzə ilə bağlı müzakirə aparılıb.

AYB-nin sədr müavini Rəşad Məcid tədbiri açıq elan edərək qurultaylararası hazırlanan məruzələrin dövrün ədəbi icmalını əks etdirməsi baxımından vacib olduğunu diqqətə çatdırıb: “Bu, qarşıdakı qurultay ərəfəsində dinləniləcək üçüncü məruzədir. İndiyə qədər AYB-nin katibi, yazıçı Elçin Hüseynbəylinin nəsrbarədə, dramaturq Firuz Mustafanın isə dramaturgiya ilə bağlı məruzəsi dinlənilib. Bu gün məruzə edəcək Gənclər Şurasının sədri Fərid Hüseynə və digər gəncyazarlara yeni uğurlar arzu edir və hər kəsi məruzədən sonrakı müzakirədə fəallığa səsləyirəm”.

F.Hüseyn qeyd edib ki, müasir ədəbi proseslə yaxından tanışdır və məruzəni hazırlamaq üçündövri mətbuatı, fərqli nəşrləridiqqətlə izləyib: “Bu ərəfədə 150-yə yaxın əsərə nəzər salmışam. Eyni zamanda, Azərbaycanda və xaricdə yerli müəlliflərin dərc edildiyi almanaxları, antologiyaları nəzərdən keçirmişəm. Hazırkı məruzədə 40 müəllif haqqında xüsusi qeydlərim, habelə dövrün ümumi mənzərəsi haqqında düşüncələrim yer alıb”.

Məruzəçi ədəbi prosesdəki problemlərdən söhbət açaraq hazırkı keçid mərhələsində bu sahədə bəzi axsamaların mövcudluğunu qeyd edib. Buna rəğmən, müsbət tendesiyaların, maraq doğuran ədəbi hadisələrin, forma və məzmun baxımından təqdirəlayiq, yeni ruhlu əsərlərin var olduğunu da vurğulayıb. 

AYB-nin gənc yazarlarla bağlı gördüyü işləri sadalayan məruzəçi bildirib ki, gənclərə xüsusi mükafatların verilməsi, müxtəlif layihələr çərçivəsində əsərlərinin tərcümə və nəşr olunması, hər il gənc yazarlar üçün nəzərdə tutulmuş Prezident təqaüdlərininverilməsi yeni ədəbi nəsliyaradıcılığa həvəsləndirir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin də gəncləri diqqətdən kənarda qoymadığını qeyd edən F.Hüseyn bildirib ki, bütün bunlar gənc yazarlara dövlət qayğısının bariz nümunəsidir.

AYB-nin Gənclər Şurasının fəaliyyətinə də toxunulan məruzədə qeyd edilib ki, şura üzvlərinin əsərləri müxtəlif dillərə tərcümə olunub, Birliyin sədri, Xalq yazıçısı Anarla görüşləri reallaşıb. Bu görüşlərdə səsləndirilən təkliflərlə bağlı aidiyyatı qurumlara məktublar ünvanlanıb. 

Məruzəçi deyib ki, Mədəniyyət Nazirliyi və AYB-nin birgə layihəsi olan “Gənc ədiblər məktəbi” ədəbi mühitin inkişafına böyük töhfələr verib. O, “Gənc ədiblər məktəbi”nin yeni formatda, daha dinamik şəkildə yenidən fəaliyyətə başlayacağını xəbər verib.

F.Hüseyn gənc imzaların tanınmasında çap və elektron medianın rolunun əvəzsiz olduğunu bildirərək qeyd edib ki, “Azərbaycan”, “Ulduz” jurnallarının, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet” və digər mətbu orqanlarda mütəmadi gənclərə yer verilir və bu, oxucu kütləsi ilə yazarları daha da yaxınlaşdırır.

Məruzəçi 40 müəllif haqqında xüsusi qeydlər aparıb, təsvirçilikdən daha çox, müqayisəli təhlilə, xüsusi yanaşmalara üstünlük verib,müəlliflərin yaradıcılıqlarının spesifik cəhətlərini qeyd etməklə yanaşı, onlardan sitatlar da gətirib. Müəlliflərin üslub, mövzu problemlərindən bəhs edərək müsbət və mənfi məqamları ortaya qoyub.

Məruzə əhatə dairəsi genişliyinə görə də diqqətçəkən alınıb. Əsasən, ədəbi tənqidə cəlb olunan, ədəbi mühit və digər oxucular tərəfindən maraqla qarşılanan, yeni tendensiya ilə ayaqlaşan əsərlər, onların ideya tutumu barədə fikirlər məruzədə öz əksini tapıb.

F.Hüseynin məruzəsindən belə məlum olub ki, gənc yazarların yaradıcılığı çoxşaxəlidir, onlar bədii yaradıcılıqla yanaşı, yeni yaranan əsərlərə münasibətdə də çevik reaksiya ortaya qoyurlar. 

Rəşad Məcid bu əhatəli, dolğun məruzəyə görə Fərid Hüseyni təbrik edərək, müzakirəyə start verib.

AYB-nin mətbuat katibi, şair Xəyal Rza zəngin məruzəyə görə minnətdarlığını bildirməklə yanaşı, bir sıra məsələlərin məruzədən kənarda qaldığını, bəzi layihələrin qeyd olunmadığını təəssüflə vurğulayıb.

“Qobustan” jurnalının baş redaktoru, yazıçı Pərvin məruzəni təqdirəlayiq hesab edib. Ədəbiyyatdakı bir sıra problemləri dilə gətirən yazıçı bəzi gənc yazarların sənətin digər növlərindən xəbərsiz olduqlarını, dünyagörüşlərindəki kasadlığı, ədəbi düşüncələrinin formalaşmamasını mənfi hal kimi qeyd edib.

Yazıçı Kəramət Böyükçöl də məruzəçinin işini təqdir edərək, ədəbi prosesin ləngliyindən,mühitdə səssizliyin hökm sürməsindən gileylənib. Bunda məxsusi hansısa qurumu günahlandırmağın yersiz olduğunu vurğulayan K.Böyükçöl qeyd edib ki, ədəbi mühiti canlandırmaq birbaşa qələm adamlarının üzərinə düşən vəzifədir. 

Şair Fuad Cəfərli bir neçə imzanın məruzəyə əlavə olunmasının zərurliyini bildirib, nöqsanlı bildiyi cəhətlər barədə fikirlərini bölüşüb.

Şair və nasir Sərdar Amin məruzədə hansısa imzanın olub-olmamasını ciddi problem saymadığını deyərək, F.Hüseynin işini müsbət qiymətləndirib.

Bəsti Əlibəyli, Narıngül Nadir, Tapdıq Öztürk, Şahanə Müşfiq, Ayxan Ayvaz və digər qələm adamları da məruzə barədə fikirlərini bölüşüblər.

Sonda AYB sədri Anar məruzə və digər məsələlərlə bağlı fikirlərini səsləndirib: “Fəridin məruzəsi öz üslubi cəhətləri, rəvanlığı ilə xoş təəssürat bağışladı. Bu da ondan irəli gəlir ki, Fərid şairdir. Məruzəyə görə ona minnətdarlığımı bildirirəm. O ki qaldı ad çəkmək məsələsinə, zənnimcə, bu, vacib məsələ deyil. Yazıçının adının məruzədə çəkilib-çəkilməməsi onu narahat etməməlidir. O, yazdığı əsərlər barədə düşünməli, onların taleyi ilə maraqlanmalıdır. Qalan hər şey öz yerini tapacaq”.

Gənclərə tövsiyələrini verən Xalq yazıçısı onlara uğurlar arzulayıb.

Qeyd edək ki, məruzə “Ədəbiyyat qəzeti”nin növbəti buraxılışında dərc olunacaq.

Nadir YALÇIN, 525.az

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.