Səfər Rzasoylu - Tanrının əsirgədiyi zaman
21.02.22

Bir yay gecəsində, bacım, ölümündən on-on beş gün sonra quyu başında məni çağırdı. Qəfil yuxudan oyanıb həyətimizə, quyu başına qaçdım. Bacımı görmədim. Səssiz qaranlıq üstümə gəlirdi , - bəlkə o çağırışa mən gecikmişdim.
Əhmədin ölümündən sonra da oxşar halı yaşadım - bir axşam onun məni çağırdığını eşitdim. Diksinib sevinsəm də, hər yan sonsuz bir boşluğun ağuşunda idi. Qəribə fikirlər gəlir başıma; mənə elə gəlir ki, Bu dünyadan, O dünyadan başqa Üçüncü bir dünya var. Və bəzi adamlar hərdən bu dünyaya qayıdır? Onları görməyə gözlərimizin gücü çatmasada, onları eşitməyə gücümüz çatır.
    …Əhmədin ölümü Yoxluq allahını yaratdı. O Yoxluq allahı küləklərin,  yağışların səsini kəsir, ulduzların,  ayın, günəşin ışığını qaranlığa bükür, torpağın üstünü torpağın altına çevirirdi. Mən sadəcə olaraq yaşamaq formulunu itirmişdim, təzədən yaşamaq düsturunu axtarırdım. Mən Dostumu itirmişdim,   qalanları dostlarımidi. Birdə Əhməd boyda dostum olacaqmı. Bilmirəm. Bəlkə də.
Amma təzədən o boyda dostu tapmaq üçün zaman və Gənclik, əvvəlki şövq, çılğınlıq lazımdır. Amma Cənclik də Əhməd qədər dönməz bir uzaqlıqdadır…
   Bizi 1988-cı ildə Murad Köhnəqala tanış etmişdi… 1991- cı ildən bizim dostluğumuz başladı. 13 Noyabrda çiskinli bir havada Əhməd məni həyətə çağırdı. Həmən gün öz ad gününə məni çağırmadığına görə bəlkə də. Yaman kövrəlmişdi. Anası, öz doğma yurdu yadına düşmüşdü.
Ən çox analarımızdan danışdıq. (Mən anamı 42 yaşında, o isə təqribən 50 yaşında itirmişdi). Analarımız o dünyadan bizim dostluğumuza xeyir-dua verdilər…
  Əhməd dünyada gözəl nə vardısa mənə vermək, mənimlə bölüşmək istəyirdi. Yadımdadı, o çox çətinliklə də olsa, Əməl Sayının video kasetini tapıb mənə gətirmişdi. O zaman bu, çox çətin idi. Rusiyada olduğum zaman, gecə ikiyə qalmış, qəfil gələn telefon zəngini heç unuda bilmərəm - Əhməd Alim Qasımova sevgilərimi bildiyi üçün, hansısa bir toydan sonra məni tanımayan sənətkarla birlikdə mənə zəng etmişdi. Bakıya gələndə, məclislərə girəndəməni Əhmədin dostları böyük sevgiylə qarşılayırdılar.
…Kommendant saatı dövründə təyyarə vağzalından bir restorana getdik. Vaxtımızın bitməsinə az qalmış (saat 22-00) bizə daha nə lazım olduğunu soruşdular və həmçinin vaxtın bitməsinə az qaldığını xatırlatdılar.  Əhməd özünəməxsus səsi və gülüşüylə “bizə biraz Vaxtverin” dedi. Qəribədir, o xahiş elə deyilmişdi ki, bütün qapıları bağlayıb bizə gizlicə, qorxa- qorxa vaxt verdilər. Bizdən vaxtı əsirgəmədilər. Amma Əhməd hələ yaşamalıydı. Hətta öz amansız xəstəliklə belə. Hər şey qəfiloldu. Tanrı həmin vaxtı Əhməddən əsirgədi. Amma bilirəmki, insanoğlu min ildə yaşasaydı, yəqin yenə deyərdi: Dünya fani, Ömürsə çox qısadır…
Bizəsaat 18-20 radələrində - axşam largələrdi. İndi də həmən vaxtda qapı döyüləndə, səksənirəm, sevinirəm, bəlkə Əhməddi. Yoox, daha o yoxdu. Kim bilir, bəlkə də qardaşım qızı-on doqquz yaşında dünyadan köçən Pərvanəyə yazdığım kimi, - Bəlkə o darıxır, durub gözləyir,
Bizi o dünyanın yolları üstə.
Bəlkədə Əhməd məni gülə-gülə qarşılayıb deyəcək:Bu Dünyan Xeyir –Sabahın xeyir-deyirmiş kimi!!!

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.