Qalib Şəfahət: “Elə bilirdim, şeir yazmışamsa, dünyanı fəth eləmişəm…”

15.05.21

Dünya yaranandan bəri insan ürəyinə yol sevgidən və sevgini ifadə eləyən sözdən keçir. Qonağımız həkim-kardioloq və şair kimi bütün ömrünü ürəyə həsr eləyən Qalib Şəfahətdir. Qalib Şəfahət Azərbaycan Yazıçılar birliyinin üzvü, bir neçə kitabın müəllifidir, əsərləri qardaş Türkiyədə və İranda dərc olunub.


–  Xoş gördük, Qalib müəllim! Sizi necə təqdim edək: həkim Qalib, yoxsa yazar Qalib?

– Siz necə görürsünüz, elə də təqdim edin.

– Öncə təxəllüsünüzdən başlayaq. “Şəfahət” həkimlikdən qaynaqlanır? Sizi Qalib Şəfahət edən nədir?

– Hə, çox maraqlı sualdı. Yəni bütövləşdirən. Bəlkə də indi bütövəm. Orta məktəbdə oxuduğum illərdə şeir yazırdım. Özüm haqqında böyük xəyallarda idim. Elə bilirdim ki, şeir yazmışamsa, dünyanı fəth etmişəm, bir təxəllüsüm kəmdi. Başladım özümə təxəllüs axtarmağa. Fikrim də həkim olmaq idi. Axtarışım nəticə verdi, “Şəfahət” təxəllüsünü seçdim. Yəni, şəfa verən, sağlamlıq bəxş edən mənasında. Həm həkim kimi, həm də yazar kimi bir-birini tamamlaması üçün.

– Maraqlıdır. Siz  kardioloqsunuz. Qalib həkim, ürəkləri müalicə etməklə yanaşı, qəlblərə yol tapmaq, ruhları oxşamaq sizin üçün çətin deyilmi?

– Qəlblə ürək eyni məna kəsb edir. Ona görə yolum asandır. Asan yol seçmişəm…

– Bu cavabdan hər iki işinizi də çox sevdiyinizi anladım. Gəlin, ömür yolunda bir az əvvələ qayıdaq. Siz bu istedadı ilk dəfə özünüzdə nə vaxtdan hiss etmisiniz? İlk qələm təcrübəniz yadınızdadırmı?

– Şeir yazırdım, amma, gizli saxlayırdım. Çalışırdım əvvəlcə mətbuatda görünüm. Hamı məni mətbuat vasitəsilə tanısın. Digər şeirlərin talehi o qədər də yadımda qalmayıb. İnsan özünü dərk etdikcə daha yaxşı tanıyır. İlk mətbu şeirim “Yollar məni” olub. Gədəbəy rayonunda çıxan “Tərəqqi” qəzetində çap etdirmişəm.

– Deməli, ilk addımlarınızı doğma torpağınızda atmısınız. Doğma el-obanızdan başlayıb, qardaş ölkələrə qədər yol getmisiniz. Qardaş Türkiyədə işıq üzü görən “Kırık merdiven” adlı nəsr toplusunun ön sözündə “şeirlərindən daşan üslubu nəsrə çevirən yazar” kimi təqdim olunmusunuz. Sizcə, yazarı nəzmdən nəsrə aparan səbəb nədir?

– Hə, hər şeyin başlanğıcını doğma torpaqdan götürmüşəm.  O uca dağların arasında  hər şey yaxın görünürdü. O ruhu, o gücü ordan almışam. hələ də o gücü ruhumda daşıyıram. Mənim həm şeirlərim, həm nəsr əsərlərim qardaş Türkiyədə və İranda işıq üzü görüb. Bir neçə kitabım çıxıb. Mən nəzmdən nəsrə, nəsrdən nəzmə keçmirəm. Özümü necə ifadə etməyi bacarıramsa, elə oyam. Əsas yaradıcılıq, bədii  mətndir.

– Gədəbəyin təmiz havasından, gözəl təbiətindən, sərin bulaqlarından süzülən saf mənəviyyat şeirlərinizdə və əsərlərinizdə öz əksini tapıb. Qalib bəy, əsərlərinizdə heç sizə görə ziddiyyətli bir obraz varmı? Yaxud, “bu obraz mənim üçün idealdır” deyə biləcəyiniz bir obraz? Belə bir əsəriniz varmı ki, orada özünüzü tapasınız?


– Bunu görmüsünüzsə, təşəkkür edirəm. Bütün şeirlərimdə və nəsr əsərlərimdə ziddiyyətlər olmalıdır. Ziddiyyət əsərin sujet xətti olmalıdır və o ziddiyyətlərdə yazar doğmalıq tapmalıdır. Əgər o əsəri mən yazmışamsa, orda mən özümü itirə də, tapa da bilərəm. Əsas odur, oxucu orda məni görə bilsin.

– Çox maraqlı cavabdır. Bəs Qalib bəy, gələcək planlarınız haqqında nə deyə bilərsiniz?


– Gələcək planlarım xoş ümid və arzu ilə irəliyə doğru addımlamaqdır.

– Biz də sizə bu yolda sağlam can, bol uğur və qələminizin iti olmasını arzulayırıq. Söhbət üçün təşəkkürlər.

– Mən də sizə və oxuculara təşəkkür edirəm, var olun.

Söhbətləşdi: Nəzakət Bağırova,
Bakı Slavyan Universiteti Beynəlxalq Münasibətlər və
Regionşünaslıq, Jurnalistika Fakultəsinin I kurs tələbəsi

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.