Azad Qaradərəli - Adı Arif olanın...

30.03.22

    Arifliklə həriflik yaxın anlayışlardır. Sadəcə bizim zamanımızda ikinci bir az mənfi çalar qazanıb, o qədər. Ariflik isə...
    O məşhur qəzəlde necə deyirdi: "Arif olananın sevgili cananı Vətəndir..."
    Hə, Ariflə biz elə bir zamanda doğulduq ki, Vətənimiz yadların zəncirindəydi, bizə kommunnizmə diframbalar əzbərlədirdilər. Kollektivləşmədən, elmi kommunizmdən, sənaye inqilabından dəm vuranlar axırda ac bir ölkə buraxıb getdilər ki, o da öz-özünə dağıldı. Nə yaxşı ki, o zaman aydınlarımız vardı və bizi zamanın sınaqlarına hazırlamışdılar.
    Tələbəlik illərimiz belə böhranlı illərdə keçdi. Ariflə yataqxanada bir otaqda qalırdıq və mən gecələr hekayə yazanda o da qaçıb şəhərin kinoteatrlarında gedən xarici filmlərə baxırdı...
    Hə, Arif elə o vaxtdan kinoman idi.
    Pedoqoji institutda oxusaq da, Arif kinonu seçmişdi. Kino da onu seçdi.
    Arifin gözəl avazla qəzəl deməyi vardı və kasıbyana məclis qurulanda Arifə hökmən Füzulidən bir qəzəl söylədərdik...

    ...Bu vüsalə yuxu əhvalı demək mümkün idi,
    Əgər olsaydı yuxu dideyi-giryanimizə...  

    Və ali məktəbi bitirəndən sonra Arifin kinoya gedişini eşidəndə təəccüblənmədim. (Pedoqoji İnstitutda oxuyanda Arif çox könlüsüz idi, hətta ali məktəbi atıb getməyəcən hallara düşərdi. Amma mənim, Rahidin təkidilə bu ani qərarını dəyişdi, sonacan oxudu və sonda yenə kinonu seçdi...)
    Arif kinoda inqilab-zad eləmədi. Sadəcə, orada rahat idi deyə, ora üz tutdu. Uşaqlıqdan, gənclikdən sevdiyi aktyorlarla, rejissorlarla bir yerdə olmaq onunçün ən böyük xoşbəxtlik idi.
    Arifin kinoda işi prodüsserlik olsa da, aktyorluğu yerə qoymayıb. Onun duzlu-məzəli danışığı, əzəmətli boy-buxunu əsl kinonun boyuna biçilib. Elə buna görə də bir çox filmlərdə epizodik rollara çəkilib, hətta baş rolla da.
    Kinoda Arifin rolları epizodik olsa da, həyatda o, əsl Arifdir.
    Və onun daha bir istedadı barədə də danışmaq istərdim.
    Tələbəlik illərində məclis quranda hərdən Füzulinin qəzəllərinin gözünə ayrı şeirlər də qatar, adamı məst eliyən səsi ilə söyləyərdi. Müəllifini soruşanda qımışar, “müəllifini unutmuşam” deyərdi. Çox keçmədi o unudulan müəllif üzə çıxdı: bu qəzəllər, ünvanlı şeirlər Arifin özünə məxsus imiş.
    Və təxminən 7-8 il əvvəl zəng vurdu ki, ay Azad, axı mənim 60 yaşım olur. Hərə bir şeylə təbrik edir, gəl sənə, sən də bu şeirləri kitab elə, həm itib-batmasın, həm də olsun sənin mənimçün yubley təbrikin.
    Toplayıb verdi mənə və şeirlərin içindən seçdiyim bu misra oldu kitabın adı: ”Tənha bir gecənin sakitliyində.”
    Fikrimi həmin kitabdan misralarla bitirirəm:
    
    ...Mən kam alıram həsrətinin qüssə-qəmindən,
    Onsuz da bütün nazlı gözəllər can alandır.

    Arif, özünü bəxtəvərə tay tuta bil sən,
    Bədbəxt yaşayıb ömrü məhəbbətsiz olandır...

    Arif bəxtəvər insandır. Niyə? Ondan ki, sənətini sevir, gözəl ailəsi var, gözəl dostları var...
    Bir də ki, Arifdi də...

                (“Məndən sonra” memuar romandan)
               
                 30.03.2022

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.