Fərid Hüseyn haqqında
01.06.22

Fərid Hüseyn 1989-cu ildə Kürdəmirdə anadan olub. 1195-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbini bitirib. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin “Nəşriyyat işi və redakatəetmə” ixtisasına daxil olub. 2010-cu ildə isə ADMİU-nun "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisasının magistraturasına daxil olub. 2008-2010-cu illərdə Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsində təhsil alıb. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin nəznində faəliyyət göstərən “Gənc ədiblər məktəbi”ni bitirib. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və “Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri” mövzusunda elmi mövzu üzərində çalışır. Azərbaycan və Serbiya Yazıçılar Birliyinin üzvüdür.
Fərid Hüseyn 2019-cu ilin iyulundan Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının sədri, 2021-ci ildən isə AYB-nin katibliyinin və Üzvülüyə Qəbul Komissiyasının və “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvüdür.
2010 və 2021-ci illərdə Prezident təqaüdünə layiq görülüb. 2021-ci ildə Serbiya Respublikasının Semska Mitrovika - İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və adı Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub.
Şeirləri Türkiyə, qazax, özbək, qırğız türkcəsinə və  ingilis, rus, Belarus, Ukrayna, serb, gürcü, rumın dillərinə tərcümə edilərək dünyanın müxtəlif ölkələrinin mətbuat orqanlarında çap olunub. 

Azərbaycanda çap olunan kitabları

“Əlifba sırası” (şeirlər, 2009), “Dözmək üçün məşq” (şeirlər, esselər, 2013), “Qandalı görməsin” (memuar, 2013), “Bir də heç vaxt” (şeirlər, 2016), “Əlvida ağacları” (şeirlər, 2017), “Ömür – doğum günü hədiyyəmiz” (şair Fərhad Metenin həyat və yaradıcılığı haqqında, 2017), “Больше никогда” (стихи, 2017), “Landscape of the abyss” (poems, 2018), “Hər kəsin öz eşqi” (şairlərin həyat yoldaşları ilə müsahibələr, 2017), “Uçurum peyğəmbəri”, (məqalələr, 2020), “İntihar İlahəsi” (Anna Karenian romanı haqqında araşdırma, 2020), “Sevdiyim əsər” (dünya ədəbiyyatı haqqında 101 ədəbi söhbət, 2020), “Təkrarın tənhalığı” (şeirlər, 2020), “Yalan bayramı”, (şeirlər, 2020), “Tədəddüdün yaşıdı” (Musa Yaqubun həyat və yaradıcılığı” haqqında), “Nizami söhbətləri” (N.Gəncəvi yaradıcılığı ilə bağlı müsahibələr, 2021), “Bəyaz ləkə” (şeirlər, 2022).

Xarici ölkələrdə çap edilən kitabları:

Amerikada “Studying a butterfly”, (“Kəpənək dərsi”, 2018), Türkiyədə “Yalan bayramı” (2020), “Hafıza yılanı” (2021),2019-cu Özbəkistanda “Camarkand devoni” (“Səmərqənd divanı”, 2019),Serbiyada “Часови васпитања духа“ (“Qəlbin tərbiyə dərsləri”, 2019) Moldovada  ““İnchinare memoriei” (“Yaddaşın vəfa borcu” 2021) adlı  kitabları nəşr edilib. 

İştirak etdiyi beynəlxalq tədbirlər: 

F.Hüseyn London, Qahirə, Budapeşt, Praqa, Peterburq, İstanbulda keçirilən beynəlxalq kitab-sərgilərində iştirak edib. O həmçinin İstanbul Şeir Festivalı, Sapanca Şeir Festivalı, Tiflis Poeziya Festivalı, Moldovada Avropa Şairlər Baharı Festivalı, Dünya Yazarlarının Belqrad Görüşləri Tatarıstanda “Ana dili bayramı” və Abdulla Tukay Poeziya günlərində, Özbəkistanda Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı günləri və IX Babil Şeir Festivalında ölkəmizi təmsil edib. 

Mükafatları:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” (2017), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “İlin gənc şairi” (2018) mükafatlarını qazanıb. Nəsimi – Şeir, İncəsənət və Mənəviyyat Festivalının (2018) laureatlarındandır. O həmçinin 2021-ci ildə Dünya Yazarlarının Belqrad Görüşü adlı poeziya tədbirində Balkan və ətrafı ölkələrdə böyük nüfuza malik olan "Povelja Morave" beynəlxalq ədəbi mükafatına, bundan başqa Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvi – 880”, medalına, Vaqif Səmədoğlu Mərkəzinin “Vaqif Səmədoğlu” medalına, TÜRKSOY-un Məhdimqulu Fəraği medallarına layiq görülüb.

Azərbaycan türcəsinə uyğunlaşdırdığı etdiyi əsərlər:

Orxan Pamuk “Yeni həyat” (2009, roman),  “Bəyaz qala” (roman, 2009). 
Orxan Kamal “Nazim Hikmət ilə üç il yarım həbsdə” (“Xan” nəşriyyatı, 2019)
Tərcümə etdiyi əsərlər (poeziya): Sunay Akın “Yastığındakı çuxur” (Şeirlər 2021)

Şeir və hekayələrini tərcümə etdiyi xarici müəlliflər:

Luiza Qlük, Frans Kafka, Alber Kamyu, Vasili Şukşin, Mario Benedetti, Yuliana Veliçkovskaya, Əli əl-Şalah, Nina Smiç, Aqi Mişol, Meyr Veyselter, Əmir Or, Ronni Somek, Kokis Kristos, Nagy Hajnal Csilla, Əhməd Zəkəriyyə, Najvan Dərviş,Linda Hestinq, Svetlana Boym, Mahmud Dərviş və sair.

“Eşq” kitab seriyası

Fərid Hüseyn “Eşq” kitab seriyasını təsis edib. Onun rəhbəri olduğu kitab seriyasından “Məmməd Oruc “Oyun havası” (povest, 2012), Eldar Baxış “Sərçə balası” şeirlər, 2012), İsi Məlikzadə “Qırmızı yağış” (roman, 2013), Asif Atanın “İnam və şübhə” (2015), Serkan “İtkin gül” (roman, 2011) Tuğrul Tanyol “Sən əlimdən tutanda” (şeirlər, 2019), Adnan Özerin “Kasıbın eşq nəğməsi” (şeirlər, 2019), “Gjeke Marinajın “Sevginin 24 saat” (şeirlər, 2018), “Koman Şova “Sevginin izi ilə”(şeirlər, 2020) nəşrləri işıq üzü görüb.

Yenililklər
24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.