ANAİB media nümayəndələri ilə görüş keçirdi 
21.07.22

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib. 

Birliyin idarə heyətinin sədri Şəmil Sadiq media nümayəndələrini Mətbuat Günü münasibətilə təbrik edib. Daha sonra birliyin ikiillik fəaliyyəti haqqında məlumat verib, ANAİB-in fəaliyyətinin işıqlandırılmasında medianın dəstəyini vurğulayıb.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli ANAİB-in fəaliyyətini yüksək qiymətləndirdiklərini və ölkədəki lokal sərgilərin keçirilməsinin birliyə həvalə olunmasını arzuladıqlarını vurğulayıb. 
Mədəniyyət Nazirliyinin elan etdiyi satınalma müsabiqəsinin nəticələrinə əsasən, nəşriyyatlardan beş yüz min manatlıq kitabın satın alındığını qeyd edən Akif Marifli gələcəkdə bu rəqəmin daha da artacağını diqqətə çatdırıb. 
ANAİB-in sədr müavini Nurman Tariq çıxışı zamanı ölkədə ən çox oxunulan kitabların kateqoriyalaşdırılması və statistikasının aparılması məqsədilə oxucular arasında keçirilən onlayn sorğunun statistikasını təqdim edib. İdxal olunan kitabların daha çox rəğbət görməsinin səbəblərini izah edən Nurman Tariq yerli nəşriyyat sektoruna qayğının artırılmasının zəruriliyini bildirib. 
Daha sonra birliyin koordinatoru Fizzə Məmmədova ikiillik fəaliyyəti əhatə edən slaydı təqdim edib, ANAİB-in bu günə qədər həyata keçirdiyi layihələrdən söz açıb.
“Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, Əməkdar jurnalist Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, şair, ədəbiyyatşünas Qismət Rüstəmov, “Çapar” nəşriyyatının baş redaktoru Dilqəm Əhməd, “Türküstan” qəzetinin baş redaktoru Aqil  Camal öz çıxışlarında nəşriyyat və media sahələrinin bir-biri ilə əlaqəli olmasından, eləcə də atılmalı addımlardan, müsbət və mənfi tendensiyalardan bəhs ediblər.  
Görüş müzakirə formatında davam edib.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.