Azad Qaradərəli - Camalın ağ kitabı
01.08.22

(Dostumun ağ kitabı  haqqında ağ kəlmələr)

Dostum Camal Yusifzadə ilə ilk dəfə işlədiyi “Ədəbiyyat və incəsənət” qəzetində görüşəndə çaşıb qalmışdım: Camal Yusifzadə, yəni mənim oxuduğum Camal, o şeirləri yazan Camal - bu fağır, sakit, çox astadan danışan adammıdır? Axı biz görmüşdük ki, şairlər qışqırar, nərə çəkər, nalə təpər...

            Camalsa çox sakit səslə “hekayəni oxuduq, xoşumuza gəldi, həmişə belə aydın yaz, rahat yaz, bir də bildiyini yaz...” demiş və ustad Sabir Əhmədliyə işarəylə, “yaxşısın o kişi bilir” deməyi də unutmamışdı. Bizi, deyəsən, elə Sabir müəllim özü tanış eləmişdi. Çayxanaya gedəndə də “Sabirin bərəsindən hər adam keçməz ha” demiş, sonra da bir xeyli bilmədiyim şeylərdən məni agah etmiş, “amma İsini çox oxu, onda təbii şeylər hədsizdi, İsi ayrı aləmdi” - əlavə etmişdi.

            O gün Camalın mənə bağışladığı  “Atlılar, qanadlılar”, bir də kitab mağazasından aldığım İsi Məlikzadənin “Küçələrə su səpmişəm” kitablarını oxumağa başlamışdım...

            Camal fərqli yazırdı. O qədər fərqli ki, ilk baxışda gözümüz o misralara alışa bilmirdi. Bir xeyli sonra anladıq bu sirri. Camalın misraları sanki piano dilləri idi və o dillərdən qalxan musiqili səslər ahəngə dönüb beynimizi döyəcləyir, nələrsə bizə izah etməyə çalışırdı. Nələri?

            Bunun ən yaxşı cavabını böyük Əli Kərim veribmiş:”Camalda nə xoşuma gəldi? Onun elmə, savada, həyata dərin meyli. Camal, sözün yaxşı mənasında, təmkinli şairdir, bu onun misralarını yersiz hay-küydən, pafosdan, obraz ədasından təmizləyir. Adətən, təmkinli sözü ilk baxışda, laqeydlik, quruluq, soyuqluq assosasiyası kimi səslənir. Mən xoşagəlimlik, necə olursa-olsun ürəyə yol tapmaq məqsədi güdən yalançı davranış təmkinini yox, istiqanlı, kövrək təmkini nəzərdə tuturam...” (Əli Kərim “İntellekt və poeziya” məqaləsindən.)           

            Gəlini köynəkdən keçməyən anam,
            Toyuma al paltar biçməyən anam,
            Kətan köynəyinin yaxası yaşmı? – 

deyən Camalda qəfil peyda olan sözə bir şimşək münasibəti var: “Kətan köynək nazik bədən” deyən xalqa birdəncə “Kətan köynəyin yaxası yaşmı?” sualını vermək qədər ustalıq, zərgərlik məharəti tələb olunur şairdən. Sonrakı misralarda daha amansız cavab var: 

            İblis köynəyindən keçən adam var –
            ...Kətan köynəyini düymələ barı... 

            Camal şeirimizə bir akustika gətirdi. Oxunmayan sözlərin eşidilməsi akustikası. Sözün alt qatında yatan, illərdir mürgü döyən sözləri oyatmaq, onların çıxmayan səsini çıxartmaq, əks-səda kimi eşidilməyən qulaqlara yönəltmək... 

            Mənim yaşımda
            Heç kim məhəbbətdən
                                   Ölməyib hələ,
            Mən də ölmərəm
            Ölmərəm ancaq
            Görünür, yaşamaq çətin olacaq... 

            Sonuncu misrada nələr yoxdur? Nələr gizlənməyib? 37-də yəqin ki, buna görə Camalı güllələyərdilər, 77-də isə Camala güllə atmasalar da,  yazıçıların evlərinə daşınan o dəstərxan-dəstərxan pullardan (biri danışırdı ki, bir kitabıma görə bir dəstərxan arası pul almışdım), o ad-sanlardan, o maşın-muşunlardan Camalı uzaq tutdular, çox, eeeeee, lap çox uzaqda saxladılar...

            Camal da Camal idi. Gözünün ucu ilə də baxmadı o pullara, xalq-malq şairi adlarına, mükafatlara, ad batıran ad-sanlara...

            Əli Kərimin dediyi kimi, hay-küysüz poeziyası ilə gəldi, nəğməsini oxudu və getdi...

            Yox, getmədi Camal. Gedən cismi idi, torpağa verdik. Sevdiyi torpağa.

            Bir kitabı, pir kitabı - son kitabı var ki, onun haqqında ayrıca danışacam. Orda mənə yazdığı avtoqrafda da o TORPAQ var:”Azad bəy, bizim də ucalmağa zirvəmiz, cücərməyə torpağımız olacaq! Vətən Sənə dar gəlməsin!

                                     Camal...”

            Bu o günlər idi ki, mənim torpağım yox idi, yurdum talan-tarac olmuşdu, ocağımın külü soyumuşdu... Buna, bu külü soyumuş ocaq yerinə də Camalın öz yanaşması var axı! 

            …Qapıda soyumuş bir əl yeri var,
            Həyətdə qurumuş ayaq yeri var,
            Alça ağacının sol tərəfində
            Külü laxtalanmış ocaq yeri var;
            Ay qonşu, bu evin yiyəsi hanı? 

            Bu şeir Camalın mənə bağışladığı, yuxarıda yazdığı sözlərin yer aldığı ağappaq rəngli “Poeziya” adlandırdığı 490 səhifəlik bir cildliyindəndir. Bu AĞ KİTAB sanki Camalın taleyinin – poeziya və həyat taleyinin rəmzidir. Bu kitabda Camalın ürək ağrılarından qidalanan fövqəladə şeirləri toplanıb. Camalın ürəyi xəstə idi. Bu adi ürək xəstəliyi deyildi. Bu ağ kitabdakı şeirlər onun venasına oturmuş, ordan qan əmir, boy atır, şah misralara çevrilirdi: 

            LƏNKƏRAN 

            Gözü yaşlı,
            Buludu kövrək,
            Yatağı nəm,
            Mənim
            İslanmış,
            Yaşıl,
            Zərif nənəm. 

            Yaxud başqa bir missal: 

            Salam, salam,
            Mənim səfil həsrətim.
            Sən hara, bura hara?
            Harda idin, ay avara?
            Ay mənim dəcəlim,
                        Sənə nə deyim…
            O vaxt sən yox idin… 

            Əlbəttə, şeirin ardı var. Zira oxucu onun ardını oxumasa da, onu nələrin gözlədiyini yaxşı bilir. Təkcə bu bəsdi elə:”O vaxt sən yox idin…”

            Bu ağ kitabda şairin bu dünyanın qara üzünə uyuşmayan, dünyamızı ağ-aydın, günlü-gündüzlü görmək istəyən böyük bir insana – Elçibəyə həsr etdiyi şeir də var. Mən o şeiri Camaldan heç eşitmədim. Yazıb, ürəyində saxlayıb. Onun ürəyindən qan soran şeirlərdəndəndir. Sevə-sevə yazıb, sevə-sevə kitabına salıb. İlk misranı oxuyanda elə bil cərəyan vurdu məni. “Ümid yaşıldı hələ…”

            Ümidlərin hər zaman yaşıl olma ehtimalı varkən, bu şeiri yazanın, bu şeirin yazlanının yaşılı nə oldu bəs?! Bizim insanımız o “yaşıllara” haçan dönəcək?

            Gəlin ürəyində qoruduğu, ağ kitabında saxladığı o müqəddəs şeirdən misralara baxaq:

                        Ümid yaşıldı hələ,
                        İnanmakı eşq ölə.
                        Nifrət eşqlə hamilə -
                        Zamana ehtiyac var.           

                        Haqqa dirənib ölkə,
                        Min paradı bir tikə,
                        Dost da düşməndi bəlkə?
                        Gümana ehtiyac var.

                        Ağrı gərək od tökə,
                        Nifrət gərək qıy çəkə,
                        Yağı gərək diz çökə,
                        Yamana ehtiyac var. 

                        Güllə tuşlanıb sözə,
                        Torpaq dirənib dizə,
                        Ağı çəkilib gözə,
                        Yumana ehtiyac var. 

                        …Düşmən qəvi, dərində,
                        Yiyəsi var şərin də,
                        Sən TANRI qənşərində,
                        Zamana ehtiyac var!
                        Zamana ehtiyac var! 

            Ağ kitab söhbətini burda bitirərdim, zira bu misraları gözüm almasaydı(siz mənim belə kövrəlib asi-kafir olmağıma baxmayın, Camal təpədən dırnağa ümid, başdan-ayağa inam, içi ləbələb həyat dolu bir adamdı; aşağıda oxuyacağınız misraları Camal yazmayıb – namərd dostlar, üzvü olduğu birlik, daha nə bilim, kimlər, kimlər yazdırıb şairə):
 

                        ADAMDAN qorxasan gərək, qardaş,
                                               Qorxasan gərək!
                        İllah ki, çiy süd iyi gələn adamdan,
                        İllah ki, adama oxşayan adamdan,
                        İllah ki, dostdan,
                        İllah ki, ömrün payız çağında!.. 

            …Camalın 70 yaşı tamam olurdu. Özümə borc bildim ki, şair dostum haqqında bir yubiley yazısı yazım. “Uşaqlıqdan xoşlamıram ovalı” adlı yazı bir neçə saytda, o vaxtın qəzetlərində yayımlandı.

(https://kulis.az/index.php/xeber/edebi-tenqid/xeber____________________________________-17009)
 

İşlədiyimiz idarənin həmkərlar təşkilatı gücü çatan qədər qeyd etdi bu əlamətdar günü. Biz də dostlarla yığışıb bir yüngün süfrə qurduq şairə.

            Həmin günlərdə çox kədərli idi. Elə bildim 70 yaşın kədəridir. Bir az söhbətə çəkəndən sonar qəmli-qəmli dedi: “Bilirsən, sənə haq verməyə başlamışam. Yadındadı, sənə təkid edirdim ki, ərizə yaz, biz də zəmanət verək, gir İttifaqa?.. Sən isə bunu etmədin… İndi mən o İttifaq üzv olmaqda günah eləmişəm… Bircə dəfə çağırıb demədilər ki, ay Camal, nə yaxşı 70 il yaşamısan?!”

            Dedim ki, bəlkə unudublar, bir eşitdir, kimlərsə yadlarına salsınlar?

            Acı-acı güldü. “Sənin yazını neçə qəzet verib, neçə sayt tirajlayıb… Məgər görmürlər?! Yaxşı bilirlər… Sadəcə…”

            Əlini yelləyib getdi.

            O, bir gün isə bu dünyaya əlini yellədi. Özünəxas ironiya ilə gülüb getdi…
 
                        Yazbaşı…
                        Yazbaşının göz yaşı…
                        Ümid yaşıl,
                          Kədər yaş.
                        Uzaq bir yurd yerində
                        Çatlayıb, göyərdi daş…
 
                                                                                                          29.07.2022.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.