ANAİB-dən Ermənistanın son təxribatı ilə bağlı bəyanat

22.09.22

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) Ermənistanın 12 sentyabrda başlayan təxribatı barədə bəyanat yayıb.

ANAİB xəbər verir ki, bəyanatda deyilir:

“10 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistan Baş naziri tərəfindən imzalanmış atəşkəs bəyanatına görə, erməni silahlıları Azərbaycan torpaqlarından çıxmalı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.

Təəssüf ki, Ermənistan elan olunmuş birgə bəyanatın maddələrinə əməl etməməklə yanaşı mütəmadi şəkildə ölkəmizin Kəlbəcər, Laçın, Daşkəsən istiqamətlərində təxribatlar törədir, revanşist qüvvələrin bitmək bilməyən müharibə hərisliyi bölgədə arzulanan sülh və əmin-amanlığa təhlükə yaradır. Nəticədə, müsbət tendensiyaların qarşısı alınır, gələcək nəsillərin də müharibə təhlükəsi altına düşməsi riski yaranır.

Həmin qüvvələrin 12 sentyabr 2022-ci ildə Azərbaycan ərazilərinə şiddətli hücumu nəticəsində 80 hərbi qulluqçumuz şəhid olub. Düşmən cavab atəşi ilə susdurulub, şəhidlərimizin qanı yerdə qalmayıb.

Azərbaycan tərəfi 10 noyabr bəyanatından sonra sülhə sadiq olub. Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı təklif edilib, onlara hər cür humanitar dəstək göstərilib. Eləcə də onların Ermənistan ərazisinə rahat gediş-gəlişini təmin etmək məqsədilə Laçın rayonu ərazisində dəhlizə icazə verilib.

Halbuki Ermənistan tərəfi Zəngəzur dəhlizinin çəkilməsinə mane olur, tarixi məğlubiyyətləri ilə barışmaq istəməyib yenidən hücuma keçir. Qarabağdakı silahlı dəstələrin çıxarılması istiqamətində hansısa addım atmır.

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən aparılan cavab tədbirlərinin hüquq və ədalət prinsiplərinə uyğun olduğunu hesab edirik. Dövlət sərhədlərimizin təhlükəsizliyi Azərbaycan Respublikasının ən ümdə vəzifələrindəndir. Buna görə istənilən bütün təxribatların qarşısının sərt şəkildə alınması şərtdir.

İctimai birlik olaraq bu istiqamətdə atılan hərbi və diplomatik addımlarda Milli Ordumuzun və Ali Baş Komandanımız cənab İlham Əliyevin yanında olduğumuzu bəyan edirik”. https://www.pornid.name/busty-blonde-is-receiving-big-pecker-in-the-bedroom.html

Yenililklər
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.