Bursada “Azərbaycanın incisi Şuşa” adlı fotosərgi keçirilib
14.12.22

Bursada keçirilən Şuşa Günləri çərçivəsində dünyaca məşhur fotoqraf Reza Deqatinin Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” fotosərgisi açılıb.

Sərgi 2022-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Bursada keçirilən Şuşa Günləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Türkiyə Respublikasının mədəniyyət və turizn nazirinin müavini Serdar Cam, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, Bursa valisi Yakup Canbolat və digərləri sərgidə iştirak ediblər.

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu təşkilatın adından Reza Deqatiyə xatirə hədiyyəsi və təşəkkür plaketi təqdim edib.

Sərgidə fotoqrafçının Şuşada işğaldan əvvəl və sonra çəkdiyi 60 foto nümayiş olunub.

Qeyd edək ki, 1952-ci ildə Təbrizdə azərbaycanlı ailəsində anadan olan Reza Deqatinin 14 yaşında çəkdiyi ilk foto təhsil aldığı məktəbin nəşr etdirdiyi “Parvaz” jurnalında yayımlanıb. Fəaliyyətinə İran İnqilabı ilə bağlı şəkillər çəkməklə başlayan sənətkarın bu fotoları tezliklə dünyanın bir çox yerlərində nümayiş etdirilib. Fotoqrafın əsərləri 2000-dən çox jurnalın üz qabığında yer alıb. Onun dünyanın 115 ölkəsində çəkdiyi fotoşəkillərin sayı iki milyonu ötüb.
Sənətkar 40 kitabın müəllifi, bir çox mükafatın sahibidir.

Reza Deqati Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.

1987-ci ildən Azərbaycanla bağlı şəkillər çəkən fotoqraf 1992-ci ilin aprelində Şuşanın erməni qüvvələri tərəfindən işğal olunmasından bir neçə həftə əvvəl fotolarını çəkib. Reza Deqati 30 ildən sonra Şuşaya qayıdaraq şəhəri yenidən kamerasının yaddaşına köçürüb. Azərbaycanın füsunkar şəhərlərindən biri olan və erməni vandalizminə məruz qalan Şuşanın viran edilmiş vəziyyəti Reza Deqatinin müqayisəli fotoşəkilləri ilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.