“Sonuncu korifey” – Ədəbiyyatımızın “Don Kixot”u
19.12.22

Səxavət Sahilin “Sonuncu korifey” – Ədəbiyyatımızın “Don Kixot”u" adlı yazısını təqdim edirik.

Şair və tərcüməçi Mahir N. Qarayevin “Sonuncu korifey” romanı haqqında hələ neçə il əvvəl özündən eşitmişdim. Dost məclislərində ara-sıra öz əsərindən danışan Mahir bəy romanın fərqli bir tərzdə olduğunu deyir, 90-cı illərdən üzü bəri baş verən təlatümlü proseslərin və getdikcə sönükləşən ədəbi mühitimizi əks etdirdiyini bildirirdi. Məni iki sual düşündürürdü: Birinci sual budur ki, Mahir N. Qarayev necə olub ki, roman yazmaq eşqinə düşüb. Onu roman yazmağa vadar edən əşhədü ehtiyac nədir? Əsl sənətkar yazmağa başlayanda hər şeydən əvvəl içində yaranan istəyi reallaşdırır, ürəyinin səsiylə masa arxasına keçib, dünyadan əl üzüb öz aləmində olur.

Müxtəlif versiyalar ağlıma gəlirdi: Mahir bəy həmkarlarına tamam başqa bir istiqamətdə roman anlayışının da olduğunu göstərib, bu cür yazmağın mümkünlüyünü ortaya qoyurdu. Və ya dünya ədəbiyyatının yaxşı bilən müəllif Azərbaycan oxucusuna dünyəvi bir roman modeli təklif edir ki, bu modeldə təkcə ədəbi sənətkarlıq yox həm də dövrün ictimai-siyasi və sosyal prosesləri çılpaqlıqla əks olunsun. Bütün bunlarla yanaşı bir versiya da ağlıma gəlirdi: 90-cı illərdən bəri mətbuatın və ədəbiyyatın qaynar qazanında olan Mahir bəy gördüyü, eşitdiyi, bildiyi hadisələri və təəsürütlarını şeirlə ifadə edə bilmir, ona görə də roman janrına keçməyə məcbur olub.

İkinci sual isə romanın peşəkarlığı, üslubu və mövzusuyla bağlı idi. Mahir N. Qarayev şeir, tərcümə və redaktə janrında öz sözünü demiş sənəkardır. Bəs romanda necə olacaq? Yəni öz həmkarların kimi roman yazmaqdansa, yazmamaq daha münasib görünür məncə. Palaza bürün, elnən sürün düşüncəsiylə yazanların “əl işləri” ortada olduğu halda, palaza bününməyə nə hacət?! 60 yaşını keçən, üstəlik də digər janrlarda usta olan sənətkar bu gündən belə romana keçibsə onu nə gözlədiyini təbii ki, hamıdan yaxşı bilməlidir.

Romanı oxumağa başlayanda Mahir N. Qarayevi sanki yanımda hiss elədim. Hansısa cümləni, sözü təkrar oxuyanda elə bilirdim ki, müəllif bunları mənə izah edir. Mahir bəy sadə, izahlı və danışdığı kimi də yazıb. Səmimi, heç bir pafos olmadan yazıb. Onun yerli-yerində olan cümlələri, ifadələri sadəliyi və aydınlığı ilə oxucu kimi mənə zövq verirdi.

“Sonuncu korifey”i oxuduqca tez-tez Migel de Servantesin "Don Kixot"unu xatırlayırdım. Amma "Don Kixot"la bu romanın əlaqəsini tapa bilmirdim. Müxtəlif ipuclarım varıydı, lakin ortaq məntiq tapıb aydınlaşdırmaqda çətinlik çəkirdim.

Romanı bitirəndə beynimdə yaranan suallara aydınlıq gəldi. Müəllifin heç kimin yazmadığı tərzdə və
mövzuda ortaya çıxardığı bu əsər məni həm ədəbiyyat adamı həm də oxucu kimi sevindirməyə bilməzdi. “Sonuncu korifey” romanı loru dildə desək, əlinə keçən hər şeylə, hamıyla “məzələnirdi”. İroniyanı mövzu və üslubla birləşdirmək zənnimcə yüksək ustalıq tələb edir. Müəllifin özünə ironiyasını da nəzərə alsaq ustalığa şübhə yeri qalmır. Əsəri oxuyub bitirəndən sonra onun “Don Kixot”la əlaqəsinin özüm üçün müəyyən elədim. Özünə qədər və özünün də yazdığı əsərlərə ironiya edən müəllif əslində ədəbiyyatımızın Don Kixotunu yazıb. Hesab edirəm ki, müasir ədəbiyyatımızın Don Kixotu Mahir N. Qarayevin “Sonuncu korifey” romanıdır.

Hər şeyin dəyişdiyi bu dünyada yaxşı nəyinsə qalması insanlar üçün təsəlli, gələcəyə inamın, inanıb yaşamağın ümid göstəricisi sayıla bilər. Lakin dəyərlərin itdiyi, mənəviyyatın arxa plana keçdiyi, madiyyətin önə çıxdığı bu dünyada insan necə yaşamalıdır?! Yazıçını düşündürən bu məsələlər modern insanın yaşantıları, təəsüratlarıdır.

Amerikalı filosof Marşal Bermanın “All That Is Solid Melts into Air” (Bütün bərk şeylər havaya buxarlanır) əsərində modern insanın həyatının dünyanın hər yerində eyni olduğunu yazır. İnsanlıq sahib olduğu hər şeyi məhv edir. Müasir olmaq coğrafi, etnik, sinfi və milli, dini və ideoloji sərhədlərdən çıxmaq deməkdir. Bu mənada müasirlik bəşəriyyəti birləşdirir. Düzdür, modern insanın imkanları daha genişdir lakin bu imkanları məhdudlaşıran elə müasirliyin özüdür, insan getdikcə tənhalaşır. Berman modern olmağı Karl Markısın düşüncəsiylə ifadə edir: İnsan bərk olan hər şeyin havaya buxarlandığı dünyanın bir hissəsidir.

“Sonuncu korifey”in qəhrəmanı da yazmaq istədiyi əsəriylə inqilabi yenilik edəcəyi düşüncəsindədir, ironik görünsə də “Nobel” almaq iddiasındadır. Müasir yazıçının son hədəfinin “Nobel” olması əslində heç də pis fikir deyil. Amma necə?! Sual yaranır ki, nəynən Alış? Yaşadığı ölkənin ədəbi mühitinin bir parçası olan romanın qəhrəmanı ali ədəbi mükafat iddiasına düşəndə Bermanın dediyi kimi modern insana çevrilir. Bu çevrilmə həm də onun məhvinə gətrib çıxarır, çün ki, modern insan olmaq bütün dəyərlərin məhv olduğu dövrdə yaşamaqdır, üstəlik də yaxşı nə varsa havaya buxarlanıb.
Təbii ki, Mahir N. Qarayev öz əsərini Marşal Bermanın bu kitabı əsasında yazmayıb. Lakin Bermanın həqiqətindən qaçmaq mümkün deyil. Müasir insan dünyanın hər yerində eynidir.

Romanı bitirəndə ilk ağlıma gələn bu fikirlər oldu: Müəllif Azərbaycan ədəbiyatında yeni bir iş görüb, dünyanı bizə bir addım da yaxınlaşdırb. Həm düşüncəsi, həm də yazı üslubu ilə təzə bir istiqamət olduğunu göstərib. Azərbaycan ədəbiyaında “Sonuncu korifey”ə qədər bu cür nəsr nümunələrinə rast gəlmək mümkündür. Lakin bu roman öz tərzində istinad etməyə daha çox əsas verir.

Əsərdə diqqətimi cəlb edən nüanslardan biri də romanın başlanğıcında bəzi cümlələrin və təsvirlərin təkrar verilməsidir. Təkrarlıq bəzi oxucularda müəyyən darıxdırıcı hisslər yarada bilər. Gərək bu məsələni kitabın redaktoru, əziz dostumuz Fəxri Uğurlu ilə aydınlaşdıram. Bəlkə bu təkrarlıq üslubun bir hissəsidir (?).

Digər məsələ isə müəlliflə bağlıdır. Mahir bəy dost-tanış məclislərində, söhbətlərində kimdən bəhs etdiyini, yəni romanın özünü geniş mənada realizə edə bilməyən mərhum bir yazarla bağlı olduğunu bildirir. Bunu başa düşmək olar, lakin roman artıq müstəqil əsərə çevrilib və müəllifindən ayrılıb. Oxucu fikirini bir istiqamətə yönəltmək müəyyən çaşqınlıq yarada bilər. Düşünərm ki, əsəri bir adamla məhdudlaşdırmaq ədəbi baxımdan o qədər də məqbul sayıla bilməz. Əsərdə kimin və kimlərin obrazının olması ədəbiyyat faktdı deyil, oxucunu tamam ayrı mətləblər düşündürməlidir. /Kulis.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.