Almaxanım Əhmədli və sənət dostları İsveçdə konsert verib
26.12.22

  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İsveçin Malmö şəhərində fəaliyyət göstərən Vahid Azərbaycan dərnəyi tərəfindən bayram tədbiri keçirilib. İsveçdə yaşayan həmvətənlərimizdən aldığımız məlumat əsasında xəbər veririk ki,  tədbirin təşkilatçısı İsveçdəki Azərbaycan səfirliyi və Vahid Azərbaycan Dərnəynin rəhbəri Aya Coşğun olub. Tədbirdə  İsveçdə, Danimarkada, digər Avropa ölkələrində yaşayan  soydaşlarımız,  İsveçin müxtəlif şəhərlərindən gələn  qonaqlar, eləcə də səfirlik əməkdaşlarımız iştirak edib. 

Qeyd etdiyimiz kimi ölkəmizin İsveçdəki səfirliyinin əməkdaşları, Azərbaycan və türk diasporlarının, habelə yerli ictimaiyyət və KİV nümayəndələrinin iştirak etdiyi mərasim dövlət himnimizin səslənməsi ilə başlayıb.

Çıxış edən Aya Coşğun Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə həmyerlilərimizə təbriklərini çatdırıb. Aya xanım bu bayramın tarixinə nəzər salaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan olunması haqqında qərarın ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edildiyini bildirib.

Bu bayramın xaricdə yaşayan soydaşlarımızla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından önəmli olduğunu vurğulayan Malmödəki Vahid Azərbaycan Dərnəyinin rəhbəri qeyd edib ki, bu məqsədə nail olmaq üçün yaşadığı ölkədən asılı olmayaraq, hər bir azərbaycanlı birgə amal uğrunda işləməlidir.

Aztv-nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, “Qran-Pri” mükafatçısı Almaxanım Əhmədli və xanəndə Abgül Mirzəliyev  muğam, təsnif, bəstəkar və xalq mahnılarlndan ibarət musiqi çələngi ilə tədbirdə  çıxış ediblər.Gənc sənətçilərin ifası tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.Müğənniləri tarda Məsim İslamov, kamançada Elvin Novruzov, sintezatorda Vasif Məmmədov, nağarada Xəlqani Hüseynov müşayiət ediblər.

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.