Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Fil.üf.d., dos. Qətibə VAQİFQIZI
 
“SAZ GÖTÜRÜB DASTAN YAZAN” AŞIQ ŞAKİR ​
 
Azərbaycan xalqı saysız tanınmış elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri yetirmiş, bu böyük söz-səs ustadlarının timsalında dünya mədəniyyəti xəzinəsinə dəyərli incilər bəxş etmişdir. XX əsrdə Azərbaycan xalqının, Şirvan elinin yetişdirdiyi ustad aşıq, sözdən söz yoğuran, quru sözü dürr dənəsinə çevirən Aşıq Şakir öz nəğmələri, aşıq dili ilə desək, lirik havacatları ilə yanaşı, oxuduğu şux və oynaq ritmli mahnılarla da xalqın hafizəsində, ədəbi yaddaşında yaşayır. “Kəndimiz”, “Maral”, “Telli sazım”, “Nə bağ bildi, nə də bağban”, “Şirvan şikəstəsi”, “Döymə Kərəm”, “Bakı”, “Bala nərgiz” havaları xalqımızın milli-mənəvi sərvəti kimi unudulmazlar xəzinəsinə daxil olmuşdur.  Muğam sənətinin mahir bilicisi və ifaçısı, mənsubu olduğu qədim sənətə yeni nəfəs gətirən Aşıq Şakirin məlahətli səsi, təkrarolunmaz ifası bu gün ehtiram, böyük məhəbbət və sevgiylə xatırlanır. Aşıq Şakirin nəvələri – dosent Qətibə Mahmudova və Qəmər Mahmudovanın redaktorluğu ilə XX əsrdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri arasında orijinallığı və fərdi ifaçılıq keyfiyyətləri ilə fərqlənən görkəmli saz-söz ustadı Aşıq Şakirin 100 illik yubileyi münasibətilə “Yolun düşsə bu dünyaya bir də gəl” adlı kitabı işıq üzü görmüşdür. Xatirələrdən, elmi məqalələrdən ibarət olan kitabda Azərbaycanın görkəmli alimlərinin, tanınmış sənət adamlarının, mədəniyyət və ictimai xadimlərin qələmə aldığı bir-birindən dəyərli və maraqlı yazıları yer almışdır.

Kitabda respublikamızın elm və sənət adamlarının sənətkar haqqında xatirələri, mərhum sənətkarın həyat və yaradıcılığından, ifaçılıq xüsusiyyətlərindən ətraflı bəhs olunan məqalələri öz əksini tapmışdır. Xatirələrdə təkcə ustad aşığın poeziyası, həyat və yaradıcılığı, ifası, aşıqlıq sənəti deyil, həm də şəxsiyyəti, mənəvi dəyərləri, insanlığı, ömür-gün yolunun bilinməyən tərəfləri də sözə, cümləyə çevrilir.

Topluda dərc olunan məqalə və xatirə yazılarından ilki akademik Rəfael Hüseynovun müəllifi olduğu “Xalqa aşiq Aşıq Şakir”. Aşıq sənətinin bütün üstün məziyyətlərini varlığında qovuşduran Aşıq Şakir Hacıyevin bir üstünlüyünün də onun muğama dərindən bələdliyində görən akademik Rəfael Hüseynov öz xatirə-məqaləsində yazır ki, “Şirvanda yüzlərlə, saz-söz ustası yetişib. Şöhrətliləri də az olmayıb. Amma Aşıq Şakir elə bir zirvəyə çevrilib ki, onu Azərbaycanın dörd bucağında “görüblər”, etiraf ediblər və seviblər”.  

Professor Məhərrəm Qasımlının müəllifi olduğu “Aşiq Şakir Zirvəsi” məqaləsində Şirvan ifaçılıq məktəbinin əsas xüsusiyyəti kimi bu məktəbin aşıq ifaçılığı ilə xanəndəlik ifaçılığı arasında bir özünəməxsus sintezin olduğunu göstərir və “bir ayağı xanəndəlik, bir ayağı da aşıq ifaçılığında olan bir ifaçılıq məktəbidir”. Və professor fikrin davamı olaarq qeyd edir ki, “tanıdığım onlarla sənətkarlar arasında şübhəsiz ki, Şirvan ifaçılığının mən deyərdim ki, sultanı, şahənşahı aşıq Şakir əsas yer tutur. Şakirin çox şirin səsi, özünəməxsus koloriti vardı və ən nəhayət, səsində çox zəngin melopoetik şaqraq zəngulələr mövcud idi. Sanki  bu adamın boğazı bir gülüstan idi”. Və əlavə olaraq Şakirin sazla davranışın, ifaçılıq məharətinin, məclisə ənənəvi xitabının bir sistem halında ərz etdiyini qeyd edir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhliman Rəhimov “Sazın – sözün Şakir möcüzəsi” adlı məqaləsində “Yaradan ondan heç nəyi əsirgəməmişdi: şumal boy – buxun, gözəl qamət, şux yeriş, iri qara gözlər, pələng biləklər, ədəb - ərkan.... Sazı sinəsinə sıxıb “Koroğlu”dan oxuyanda Koroğlunu, “Əsli və Kərəm” dən oxuyanda Kərəmi xatırladır. Şakir böyük istedad sahibi idi: onda dinləyicini, tamaşaçını ovsunlamaq qabiliyyəti var idi” yazaraq aşığın xarici görkəmi ilə və zahiri görkəminin mənəvi bağlantısına diqqət çəkir.

Kitabda filologiya elmləri doktoru , professor Seyfəddin Qəniyevin  “Sənətin Şakir möcüzəsi”, professor Vaqif Yusifli “Yerin görünür Aşıq Şakir”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Muradxanlının “Şakir Hacıyevin şeirlərinin dil xüsusiyyətinə bir nəzər”, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Tofiq Abdullayevin “Ürəklərdə yeri var Aşıq Şakirin” adlı məqalələrdə Aşıq Şakir dastanların məharətli ifaçısı, Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva Aşıq Şakirin yaradıcılığını araşdıraraq edərək onun şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında şeirlər yazdığını, həm də ecazkar səsi ilə özünəməxsus tərzdə nağıllar, dastanlar ifa etdiyini və “Aşıq Mirzə Bilalın layiqli davamçısı olan Aşıq Şakirin” də saysız-hesabsız yetirmələri olduğunu qeyd edir. Onun zəngin ədəbi irsini təhlil edən alim yazır: “Aşıq Şakir şeirlərində alliterasiyadan məharətlə istifadə etmişdir. Demək olar ki, əksər şeirlərində oxşar səslərin bir-birini tamamladığını, ahəngdarlıq, axıcılıq yaratdığını, səslərin bulaq kimi şırıldadığını görürük”

Türklərin “Ozan-Aşıq ənənələrinin təmsilçiləri olan aşıqları yaşadıqları, saz-söz sahibi olduqları bölgənin, mühitin, dövrün dilini, mədəni-mənəvi dünyasını, adət-ənənəsini gələcək nəsillərə ötürənlər” adlandıran dosent Qətibə Vaqifqızı Aşıq Şakiri ümumtürk aşıqlıq sənəti kontekstində dəyərləndirərək “Şirvan Aşıq mühitinin ifaçılıq və yaradıcılıq baxımından formalaşmasında xidmətləri olan, saz havaları ilə muğamlarımızı yüksək peşəkarlıqla sintez edərək, onları məharətlə ifa edən, ritm, hava, söz və rəqs harmoniyasını sənətində bütünləşdirərək vücuda gətirən ozan” olaraq təqdim etmişdir.

​Filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı aşıq sənətinin bilicisi adlandırdığı Aşıq Şakiri ifaçılıq qüdrətinə görə bir məktəbə çevrildiyini, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərdiyini, saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzinə sahib olduğunu qələmə alır. Məqalədə “Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı” deyən Y.Bahadurqızı "Kəndimiz”, "Maral”, "Telli sazım”, "Nə bağ bildi, nə də bağban”, "Şirvan şikəstəsi”, "Döymə Kərəm”, "Bakı”, "Bala nərgiz” kimi sənət incilərinin müəllifi olan Aşıq Şakiri sazsevərlərin ömür boyu unutmayacaqlarını” yazır.  

Aşıq Şakirin nəvəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova Şakir Hacıyevin ömür yolu, yaradıcılıq kredosu haqqında aparılan araşdlrmaları, elmi, ədəbi-publisistik xarakterli tədqiqatları təhlil edərək ümumiləşdirərək “Türkiyədə tanınmayan Azərbaycan aşığı Şakir Hacıyev haqqında araşdırma” adlı məqaləsində aşığın sənət dünyasını, söz xəzinəsini, ömür yolu və yaradıcılığını geniş şəkildə təqdim etmişdir.

Qeyd etmək lazımdır ki, kitaba Aşıq Şakirin mərhum oğlu Ağaməhəmməd Hacıyevin xatirələri də daxil edilmişdir. Onun “Atalı günlərin əziz, unudulmaz xatirələri”, “Bir ata kimi əvəzsiz idi” adlı xatirə yazılarında bir övladın ata haqqında ən gözəl, ən səmimi duyğuları əks olunmuşdur. Bundan başqa Aşıq Şakirlə bağlı xatirələrini qələmə alan dosent Elçin İsmayılovun “O, ürəklərdə yaşayır” və mərhum Aşıq Əhmədin “Əcəl səni məndən ayırdı” başlıqlı  xatirələri də kitabda  yer almışdır.

Azərbaycan aşıq sənətində özünəməxsusluğu ilə seçilən Aşıq Şakir Hacıyevin həyat və sənət yolu dövründə və özündən sonra da sənətşünasların, folklorşünasların, filoloqların və aşıq sənətini sevən, bu sənətə vurğun olan hər kəsin diqqət mərkəzində olmuş və olacaqdır. Şirvan aşıq mühitindən, Azərbaycan aşıq sənətindən bəhs edilən bütün əsərlərdə, yazılan və hələ yazılacaq olan elmi-ədəbi araşdırmalarda Aşıq Şakirin ifa tərzi, yaradıcılığı təhlil ediləcək, xatirələrdə, ədəbi-bədii sənət nümunələrində adı çəkiləcəkdir.

Yenililklər
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.