Tim O’Brien - Tələyə düşmək

30.03.23

Hekayə 

9 yaşlı qızım Katli məndən soruşdu:
- İndiyə qədər kimisə öldürmüşəmmi? Əsgər olduğumu bilirdi. Müharibə ilə tanış idi. “Sən müharibə hekayələrini yazmağa davam edirsən” – o deyirdi, “deyəsən, kimisə öldürmüsən.” Çətin an idi, amma mən doğru bildiyimi etdim, yəni "əlbəttə, yox" deyərək onu qucağıma aldım. Yəqin ki, bir gün yenə soruşacaq. Ümid edirəm ki, bu sualı böyüyəndə verəcək. Mən ona nə baş verdiyini və ya xatırladıqlarımı danışmaq istəyərəm, sonra ona demək istəyərəm ki, kiçik bir qız olsa da, tamamilə haqlı idi. Buna görə də müharibə hekayələri yazmağa davam edirəm.
O, iyirmi yaşlarında bəstəboy, qamətli bir gənc idi. Mən ondan qorxdum – nədənsə qorxdum – və o, cığırda mənim yanımdan keçdi, mən onun ayağının altına bir qumbara atdım və onu öldürdüm.
Hekayəni bəhs etməyə əvvəldən başlayım.
Gecə yarısından az sonra “My Khe” (Vyetnamda çimərlik) pusqu yerinə köçdük. Bütün taqım cığır boyu sıx çalıların içinə yayılmışdı və 5 saat ərzində heç nə baş vermədi. Biz iki nəfərlik komandalarda işləyirdik – biri mühafizəçi, digəri isə yatırdı, hər iki saatdan bir dəyişdirilirdi – və xatırlayıram ki, Kiova məni son saat üçün oyadanda hava hələ də qaranlıq idi. Gecə dumanlı və isti idi. İlk bir neçə dəqiqə özümü itmiş hiss etdim, istiqamətlərdən əmin deyildim, dəbilqəmi və silahımı axtarırdım. Əlimi uzadıb üç qumbara tapdım və onları qarşıma düzdüm; sancaqlar tez atmaq üçün artıq düzəldilmişdi. Və sonra bəlkə yarım saat orada diz çöküb gözlədim. Çox asta-asta şəfəq dumanı yarmağa baş-ladı və çalıdakı yerimdən cığırın on-on beş metrini gördüm. Ağcaqanadlar dəhşətli idi. Onları vurmağa çalışdım, Kiovanı oyandırıb bir az onları qovmasını istəməyimi düşündüm, sonra bunun pis fikir olduğunu düşündüm, sonra başımı qaldırıb gəncin dumandan çıxdığını gördüm. Onun əynində qara paltar, rezin sandalet və boz sursat kəməri vardı. Çiyinləri azca əyilmiş, başı nə-yəsə qulaq asırmış kimi yan tərəfə əyilmişdi. O, rahat görünürdü. O, silahını bir əlində tutub, tələsmədən cığırın ortasına doğru irəliləyirdi. Yadımda qalan heç bir səs yox idi. Müəyyən mənada o, səhər dumanının, ya da mənim öz təxəyyülümün bir hissəsi kimi görünürdü, amma mədəmdə baş verənlərin reallığı da var idi. Mən artıq qumbaranın sancağını çəkmişdim, çöməlmişdim. Tamamilə qeyri-ixtiyari oldu. Mən gəncə nifrət etmədim; mən onu düşmən kimi görmədim, nə əxlaq, nə siyasət, nə də hərbi vəzifə haqqında düşünürdüm. Çöməldim və başımı aşağı saldım. Ödümdən gələn limonad dadlı, meyvəli-turş bir şeyi udmağa çalışdım. Mən dəhşətə gəldim. Öldürmək haqqında heç bir fikir yox idi. Qumbara məcbur edirdi ki, onu özümdən uzaqlaşdırım. Arxaya söykəndim, ağlımın boşaldığını və yenidən dolduğunu hiss etdim. Özümə “at” deməzdən əvvəl qumbaranı artıq atmışdım. Çalı qalın idi, mən nişan almadan onu yüksək tutmalı idim və yadımdadır ki, qumbara bir anlıq üstümdə dondu, sanki kamera çıqqıldadı və aşağı əyilib nəfəsimi tutduğumu, kiçik duman parçalarının yerdən qalxdığını gördüyümü xatırlayıram. Qumbara bir dəfə sıçrayaraq cığırın üstündən yuvarlandı. Eşitmədim, amma yəqin ki, bir səs gəldi, çünki gənc silahını yerə atıb qaçmağa başladı, cəmi iki-üç sürətli addım atdı, sonra tərəddüd etdi, sağa fırlandı, qumbaraya baxdı və başını örtməyə çalışsa da, bacarmadı. O vaxt ağlıma gəldi ki, o, ölmək üzrədir. Mən ona xəbərdarlıq etmək istədim. Qumbara tıqqıltı səsi çıxardı – səs zəifdeyildi, güclü də deyildi – gözlədiyim kimi deyildi. Orada toz və bir qədər bozumtul ağ tüstü yarandı. Gənc sanki görünməz məftillərlə yuxarıya doğru çəkildi. O, arxası üstə yıxıldı. Onun rezin sandalları havaya uçdu. Külək yox idi. Cığırın ortasında uzanmışdı, sağ ayağı altında əyilmiş, bir gözü qapalı, digər gözündə isə ulduz formalı nəhəng bir çuxur var idi.
Bu olum, ya ölüm məsələsi deyildi. Əsl təhlükə bu deyildi. Demək olar ki, gənc unudulacaqdı. Və bu həmişə belə olacaq.
Sonralar yadımdadır, Kiova mənə deməyə çalışdı ki, bu adam onsuz da öləcəkdi. O, mənə dedi ki, bu, yaxşı öldürmədir, mən əsgərəm və bu, müharibədir, mən özümü formalaşdırmalı, baxmağı dayandırmalı və hər şey tərsinə dönsəydi, “ölən adam nə edərdi?” deyə özümdən soruşmalıyam.
Heç birinin əhəmiyyəti yox idi. Sözlər çox mürəkkəb görünürdü. Mənim edə biləcəyim yeganə şey gəncin cəsədinə göz dikmək idi.
İndi də o hadisəyə aydınlıq gətirə bilmirəm Bəzən özümü bağışlayır, bəzənsə bağışlamıram. Həyatın adi saatlarında bunun üzərində dayanmamağa çalışıram, amma bəzən qəzet oxuyanda və ya otaqda tək oturanda başımı qaldırıb səhər dumanından çıxan gənci görəcəm. Onun mənə tərəf gəlməsinə baxacam, çiyinləri bir az önə, başı yan tərəfə əyilmiş əsgər məndən bir neçə metr aralıda keçəcək və birdən hansısa gizli fikrə gülümsəyəcək və sonra cığırla geri döndüyü yerə dumanın içinə qədər davam edəcək.

Tərcümə etdi: Nəzrin  Mirzəzadə, Azərbaycan Dillər Universiteti 2-ci kurs tələbəsi

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.