Xəzər Universitetində Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilib
30.03.23

Xəzər Universitetində “Humanitar elmlər yeni paradiqmalar kontekstində” mövzusunda  Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilib.

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə görkəmli təhsil qurucusu, riyaziyyatçı-alim, şair-publisist, tərcüməçi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor  Hamlet İsaxanlının anadan olmasının 75 illiyinə həsr olunan “Humanitar elmlər  yeni paradiqmalar kontekstində”  Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilmişdir. Konfransda universitetin rəhbərliyi,  ölkəmizdən və dünyanın birsıra ölkələrindən (Rusiya, Qazaxıstan, Türkiyə, Niderland, İngiltərə, Polşa)  tədqiqatçılar, həmçinin əməkdaşlar, tələbələr iştirak etmişlər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər  Zeynalova açılış nitqi ilə qonaqları salamlamışdır.

Tədbir Xəzər Universitetinin Kamera orkestrinin çıxışı ilə davam etmişdir.  Orkestrin çıxışından sonra universitetin rektoru dosent İradə Xəlilova iştirakçılara öz təşəkkürünü bildirmiş, konfransın işinə uğurlar arzulamışdır.  Daha sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, AMEA Dilçilik İnstitutunun direktoru prof.  Nadir Məmmədli, şair, nasir, tərcüməçi İmir Məmmədli çıxış etmişlər. Bundan başqa, Beynəlxalq Rektorlar Assosiasiyasının Prezidenti,  Gürcüstanda Qafqaz Universitetinin rektoru  prof. Kaxa Şenqelia,  Ərdahan Universitetinin sabi rektoru, Qırğızıstan-Türkiyə Manas Universiteti Qəyyumluq Şurasının üzvü, Qafqaz Universitetlər Birliyinin sədri prof. Ramazan Qorxmaz, şair, yazıçı-tərçüməçi, Avrasiya Yazarlar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü İmdad Avşar və Özbəkistan İpək yolu Universitetinin prorektoru prof. Bahadur Turayev tədbirə onlayn formada qoşularaq prof. Hamlet İsaxanlını 75 illiyi münasibətlə təbrik etmişlər. Sonda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof. Hamlet İsaxanlı iştirakçılara təşəkkür edərək konfransın işinə uğurlar arzulamışdır. 

Konfransda prof. Hamlet İsaxanlının bədii yaradıcılığı ilə yanaşı dil, ədəbiyyat, tarix, mədəniyyət, təhsil tarixi və fəlsəfəsi istiqamətləri üzrə də çıxışlar dinlənilmişdir. Konfransın ikinci hissəsi elmi panellərlə - dosent Nəzakət Məmmədli, Xəzər Universitetinin Tarix və arxeologiya departmetinin müəllimi t.ü.f.d Söhrab Mustafayev, Universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimləri fil.ü.f.d Zəminə Ziyayeva, dosent XatirəYusifova, fil.ü.f.d Ülvi Babasoy və Yeqzar Cəfərlinin moderatorluğu ilə davam etmişdir.

Yenililklər
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.