Özbəkistanda Şuşa Günlərinin rəsmi açılış mərasimi keçirilib
13.04.23

Şuşa şəhərinin türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar olaraq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistanda "Şuşa günləri"nin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Mədəni Meros Agentliyinin rəhbəri Bahadur Abdukarimov, Daşkəndə akkreditə olunmuş türk dövlətlərinin səfirləri, dövlət və hökumət nümayəndələri, çoxsaylı mötəbər qonaqlar, media nümayəndələri iştirak ediblər.

"Şuşa günləri" tədbirləri çərçivəsində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı qardaş ölkədə beynəlxalq konfranslar, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərin moda nümayişi, bədii şeir kompozisiyaları və konsertlərin təşkili nəzərdə tutulmuşdur.

Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin önündə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına, həmçinin “Şəhidlər və Zəfər” abidə kompleksi önünə çələng və gül-çiçəklər qoyublar. Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində qonaqlara “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim edilib.

Mədəniyyət Mərkəzinin böyük konfrans zalında davam edən tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən “Şuşa günləri” silsilə tədbirlərinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəni-ictimai həyatı üçün də mühüm hadisə adlandırıb. O, Şuşanın Azərbaycan mədəniyyəti, musiqisi, poeziyasında müstəsna rolu haqqında danışaraq, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan mədəniyyətinin paytaxtının azad olunduğunu, Prezident İlham Əliyev tərəfindən şəhərin Azərbaycan mədəniyyətinin paytaxtı elan edildiyini və TURKSOY təşkilatı tərəfindən 2023-cü il üçün türk mədəniyyətinin paytaxtı elan olunması haqqında qərar verildiyini söyləyib. Diplomat bununla da Şuşanın yalnız Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət paytaxtına çevrildiyini vurğulayıb.

Sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Şuşanın Azərbaycan dövləti və xalqı üçün xüsusi yerə malik olduğunu vurğulayaraq, onun uzun müddət erməni işğalı altında qalmasını, şəhərin dağıdıldığını və tarixi abidələrin məhv edildiyini bildirib. O, Şuşanın erməni işğalından azad olunmasını çox mühüm tarixi hadisə adlandıraraq, hazırda şəhərdə aparılan quruculuq işlərini və keçirilən mühüm beynəlxalq tədbirlərin hər bir azərbaycanlıda qürur hissi yaratdığını bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu il yüzilliyi qeyd olunan türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa günləri”nin açılış mərasiminin keçirilməsini böyük hadisə kimi dəyərləndirib. O, Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rəhbərlik etdiyi Fond tərəfindən dünyanın müxtəlif ölkələrində “Şuşa günləri”nin keçirilməsinin nəzərdə tutulduğunu, ilk tədbirin Bursada və bu ilin birinci tədbirin Özbəkistanda keçirildiyini vurğulayıb. O, Şuşanın Azərbaycan mədəniyyəti, ədəbiyyatına verdiyi töhfələrdən danışaraq, şəhərin musiqimizin, muğamımızın, poeziyamızın beşiyi olduğunu vurğulayaraq, onun zəngin mədəni irsinin bütün dünyaya çatdırılmasının vacibliyini qeyd edib. Fondun prezidenti Qarabağ xanlığının mərkəzi və qala şəhəri olan Şuşanın çoxsaylı Azərbaycan ədibləri, bəstəkarları və mütəfəkkirlərinin vətəni olduğunu və özünün çoxsaylı, unikal abidələri ilə məşhur olduğunu qeyd edib. “Şuşa günləri”nin keçirilməsini ortaq soykök, dəyərlərə, ənənələrə malik xalqlarımızın mədəniyyətinin qovuşması və Şuşanın onlar arasında bir əməkdaşlıq məkanına çevrilməsi, türk dünyasında yeni bir dövrün başlanması kimi dəyərləndirib.

Konfransda çıxış edən Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov ölkələrimiz arasında son illərdə daha da inkişaf edən siyasi əlaqələr haqqında danışaraq, iki ölkə arasında yüksək səviyyəli mədəni əlaqələri xüsusi qeyd edib.

Nazir Özbəkistanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi ilə keçirilən “Şuşa günləri” tədbirlərini yüksək qiymətləndirib, bu hadisənin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəniyyəti üçün də vacib və əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Ozodbek Nazarbekov Şuşanı Azərbaycanın ürəyi adlandırıb, şəhər haqqında maraqlandığını və şəhərin zəngin mədəni irsinin onu heyrətə gətirdiyini vurğulayıb. O, Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını bütün qardaş türk dövlətləri üçün fəxr mənbəyi və qürurlu hadisə olduğunu söyləyib.

Türk dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Sureyya Er və Özbəkistanın Mədəni Meros Agentliyinin direktoru Baxodir Abdukarımov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın vacibliyini vurğulayaraq, bu layihənin Türk dünyası ölkələri arasında həmrəyliyin və əməkdaşlığın inkişafına xidmət edəcəyini söyləyiblər. Onlar yüksək memarlıq və şəhərsalma sənətinə malik, tarixi Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi onun bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevirdiyini qeyd edərək, Şuşanın Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşmasının mühüm tarixi və mədəni hadisə olduğunu vurğulayıblar.

Daha sonra tədbir iştirakçıları Xurşidbanu Natəvan haqqında sənədli filmi izləyiblər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi ilə hazırlanmış sənədli filmdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şairə Xurşidbanu Natəvanın həyatı və yaradıcılığına dair, həm sənədli, həm də bədii səhnələr yer alıb. Filmin ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru Zəhra Quliyevadır. Baş rolda Azərbaycanın Xalq artisti Mehriban Zəki çəkilib.

Tədbirin bədii hissəsində Özbəkistanın Xalq artisti, “Yalla” ansamblının bədii rəhbəri Fərrux Zakirov, azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun ifasında Azərbaycan və özbək mahnıları, muğamlar səsləndirilib, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı və dünyaca məşhur “Özbəgim yoshlari” musiqili rəqs qrupunun rəngarəng çıxışları baş tutub.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Özbəkistanda “Şuşa günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.