Daşkənddə Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərinin təqdimatı baş tutub
17.04.23

Özbəkistanda keçirilən "Şuşa günləri" çərçivəsində Daşkənddə Tarixi Turon Kitabxanasında Xurşidbanu Natəvanın özbək dilində tərcümə olunmuş əsərlərinin təqdimatı baş tutub. 
Tədbir iştirakçıları əvvəlcə Turon Kitabxanasında yaradılmış Şuşa guşəsi ilə tanış olublar. Guşəyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycana və Qarabağa aid nəşrlər hədiyyə edilib. Eyni zamanda qonaqlar kitabxananın repressiya qurbanlarına həsr edilmiş muzeyi ilə tanış olublar. 
Turon Kitabxanasının böyük akt zalında davam edən tədbirdə kitabxananın direktoru Dildora Abduazizova “Şuşa günləri” tədbirlərinə ev sahibliyi etmələrindən böyük fəxarət hissi keçirdiklərini qeyd edib. Dildora Abuazizova Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətləri, xalqlar arasında sıx qardaşlıq əlaqələri haqqında danışıb. 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkədə ilk dəfə olaraq keçirilən “Şuşa günləri” tədbirləri haqqında məlumat verib və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Şuşaya dair layihələrin keçiriləcəyini vurğulayıb. 
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dövlətləri arasında günü-gündən inkişaf edən əlaqələri, türk xalqları arasında mövcud həmrəylik və qardaşlıq münasibətlərini qeyd edib.. O, Azərbaycan- Özbəkistan ədəbi əlaqələrindən bəhs edərək, belə tədbirlərin keçirilməsinin vacib əhəmiyyət daşıdığını bildirib.  Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun həyata keçirdiyi çoxsaylı layihələr haqqında söz açıb. O, ötən il Fond tərəfindən Türkiyənin Bursa şəhərində başladılan  və bu il Özbəkistanda davam edən “Şuşa günləri” layihəsinin önəmini vurğulayıb.
Mərasimdə çıxış edən Özbəkistan Ali Məclisinin deputatı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Gülbahar Saidqaniyeva iki ölkə arasında ölkə başçılarının uğurlu siyasəti ilə inkişaf edən əlaqələrdən danışaraq, mədəni əlaqələrin tərəqqisindən məmnunluğunu ifadə edib. O, Şuşanın Azərbaycan mədəni-ədəbi mühitindəki rolundan bəhs edərək, azərbaycanlı şairə Natəvanın özbək şairəsi Nadirabegimin yaradıcılığı və həyatı arasında oxşarlığı qeyd edib. 
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tamam Cəfərova Azərbaycan-Özbəkistan dostluğunun tarixindən, dövlət başçılarının sərgilədiyi qardaşlıq münasibətlərindən  danışaraq, iki ölkə parlamentləri arasında yüksək səviyyəli əlaqələr barədə məlumat verib. O, işğaldan azad edilən Azərbaycan torpaqları və Şuşada həyata keçirilən bərpa və yenidənqurma layihələrinin qürurverici olduğunu qeyd edib. 
Tədbirdə Özbəkistan Respublikasının Yazıçılar İttifaqının sədr müavini, Xalq şairi Qayrat Məcid, tərcüməçi-şair Şaxlo Qasımova, yazıçı-publisist, Xurşidbanu Natəvan haqqında sənədli filmin ssenari müəllifi Ülviyə Heydərova Xurşidbanu Natəvanın həyat və yaradıcılığından, onun irsinin tanıdılmasının vacibliyindən və özbək dilinə tərcümə olunmuş əsərlərindən ibarət “Xurşidga yetar boshim” adlı kitabı haqqında dair öz təəssüratlarını bölüşüblər.
Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Özbəkistanda “Şuşa günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib.
Tədbirin bədii hissəsində Daşkənd şəhər Abdulla Qadiri adına İncəsənət və yaradıcılıq Məktəbinin şagirdlərinin ifasında Azərbaycan musiqisi, Əlişir Nəvai adına Daşkənd Özbək dili və Ədəbiyyatı Universiteti tələbələri tərəfindən Xurşidbanu Natəvanın şeirləri səsləndirilib.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.