Kənan Hacı - Ədəbi tənqidin ətaləti
03.05.23

Bir neçə il bundan öncə Xalq yazıçısı Elçin “Söz azadlığı tənqidimizə nə verib?” adlı geniş məqalə ilə çıxış etdi. Məqalə Azərbaycan ədəbi tənqidinin bugünkü vəziyyətinə nəzər salır, ədəbi prosesin problemlərinə toxunur. Yadımdadır, üç-dörd il bundan öncə Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda Elçin müəllim “Müasir tənqid və ədəbi proses” mövzusunda geniş məruzə ilə çıxış etdi. Yazıçı və ədəbiyyatşünasların iştirak etdiyi həmin tədbirdə məruzədə göstərilən problemlər ətrafında əhatəli müzakirələr oldu. 

Elçin müəllimin həmin yazısı ədəbi tənqidlə bağlı SOS siqnalı idi. Amma ötən bu neçə il ərzində vəziyyət yaxşılığa doğru zərrə qədər dəyişməyib. Elçin müəllimin yazısına nəzər salaq: “Söz azadlığı” bir tərəfdən böyük ədəbiyyatın yaranmasını tam şəkildə istedadın öhdəsinə buraxırsa, o biri tərəfdən də tənqidimizin həmin istedadı (şairi, nasiri, dramaturqu) axtarmasını və tapıb ədəbi prosesə gətirməsini tələb edir, ancaq biz bunu görürükmü? Təəssüf ki, yox və bu baxımdan tənqidimizdə açıq-aydın bir ətalət, inertlik nəzərə çarpır. 

Bu inertlik nəinki cavan istedadları axtarmağa, əgər yoxdursa, belə bir vəziyyətin səbəbini göstərməyə, nəzəri izahı ilə çıxış etməyə imkan vermir, hətta artıq öz bədii sözünü demiş, ədəbiyyatda özünü təsdiq etmiş ayrı-ayrı yazıçıları da layiqincə qiymətləndirməyi bacarmır”. 
Zahirən belə təəssürat yarana bilər ki, müasir dövrün ədəbiyyatı yaranmır. Halbuki, son iyirmi ilin ədəbi təsərrüfatına nəzər saldıqda kifayət qədər samballı, yüksək bədii dəyərə malik roman və povestlərin, hekayələrin, şeirlərin yarandığını görərik. Son dövrlər ədəbiyyatımızda yetərincə istedadlı imzalar yetişib. Adlar çəkəsi olsaq, uzun bir siyahı alınar. Məsələn, yazıçı Azər Qismətin “Çuğullar” və “İlbizlər” romanları mövzu və üslub baxımdan, bədii-estetik parametrlərilə ədəbiyyatımızda bir yenilikdir. Müəllifin “təhkiyeyi-kəlam”ındakı orijinallıq, psixoloji dərinlik, obrazların daxili aləminə nüfuz etmək bacarığı heyrətamizdir. Xanəmir Telmanoğlunun “Maqlar” romanı ciddi ədəbi hadisəyə çevriləsi əsərdir. Yeri gəlmişkən, Xanəmir ədəbiyyata yeni stilistika gətirmiş qələm sahiblərindəndir. Yaxud, Həmid Herisçinin “Solaxay” romanı metafizik qatı olan romandır və təhlil üçün geniş imkanlar açan bir əsərdir. Orxan Fikrətoğlunun “Ölü mətn”, Murad Köhnəqalanın “Bulud pinəçisi”, Qurban Yaquboğlunun “Mən yoxam” romanları modern nəsrimizin ən yaxşı örnəklərindəndir. İlqar Fəhminin “Gürgan şərabı”, Səxavət Sahilin “İsanın qadını”, Sadıq Qarayevin “Sahilsiz təzadlar” romanları, eləcə də yuxarıda adını sadaladığım əsərlər ədəbi tənqidin diqqətindən kənarda qaldı.Tarixi romanlar müəllifi Nəriman Əbdülrəhmanlının yaradıcılığı qəribə və laübalı bir səssizliklə qarşılanır. Halbuki, Nəriman Əbdülrəhmanlı müstəqillik dövrü ədəbiyyatımızın yetirdiyi ən parlaq yazıçılardandır. Eləcə də Əlabbas, Aslan Quliyev... Bəs onda ədəbi tənqidin funksiyası nədən ibarətdir? Hanı bu əsərlərə tənqidçi münasibəti? Niyə bu və digər istedad məhsulu olan romanlar təhlilə cəlb olunmur, ədəbi prosesin faktına çevrilmir? Yaxud bu əsərlərin güclü və zəif tərəfləri göstərilmir? Konseptual təhlil demək olar ki, yoxdur. Tənqid bu romanlarla bağlı nəzəri-estetik miqyası özündə əks etdiribmi? Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. 

Bu günlərdə Xalq yazıçı Anar tənqidçi Vaqif Yusifli haqqında yazdığı yazıda belə bir fikir səsləndirmişdi ki, bu peşənin adı nə tənqidçi, nə tərifçi olmamalıdır, təhlilçi daha doğru və düzgün təyinatdır. Bu gün ədəbi proses təhlil kasadlığından korluq çəkir. Sovet dönəmində uğur qazanmış yazıçılarımız bu uğura görə həm də ədəbi tənqidçilərimizə borcludurlar. Mehdi Hüseyn tənqidi, Məmməd Cəfər tənqidi, Məmməd Arif tənqidi, Yaşar Qarayev tənqidi deyilən anlayışlar yaranmışdı. Və bu tənqidçilərin ədəbi prosesə, eyni zamanda yazıçıların sənətkarlıq baxımından yetişməsinə, formalaşmasına çox ciddi, müsbət mənada təsiri hiss olunurdu. Həmin yazılar günlərlə ədəbi kuluarlarda müzakirə olunurdu. Bu gün həmin qızğın müzakirələr, ədəbi diskussiyalar yox dərəcəsindədir. Kitab təqdimatlarında əksər hallarda kitabı oxumayan ya da səthi oxuyan adamlar danışır, əsərlər müzakirə olunmur. Azərbaycan Yaradıcılıq Fondunda ədəbi tənqidçilərin iştirakı ilə bir neçə əsərin müzakirəsi keçirilsə də təəssüf ki, bu da davamlı olmadı. “Ulduz” jurnalı da qısa müddət kitab müzakirələri keçirdi, bu layihə də yarımçıq qaldı. 

Ədəbi tənqidçilərimizdən Cavanşir Yusiflinin, Elnarə Akimovanın gənc ədəbi nəslin nümayəndələri haqqında silsilə tənqidi yazıları müəyyən qədər boşluğu doldurur. Azər Turanın gənc şairlərdən Şəhriyar del Gerani və Ümid Nəccari haqqında ürək genişliyi ilə yazdığı yazılar da onların imzasını daha geniş sferaya təqdim etdi. Düşünürəm ki, o yazılar gənclərin də yaradıcılığına müsbət enerji verdi. Mən Xalq yazıçısı Kamal Abdullanın Qan Turalı və Mirmehdi Ağaoğlunun romanları haqqında yazılarını xatırlayıram. Xalq şairi Sabir Rüstəmxanlının gənc imzalar haqqında təqdimat xarakterli (mənfi və müsbət tərəflərini göstərən) yazıları heç şübhəsiz ki, onların da yaradıcılığına müsbət mənada təsir göstərəcək. Onlarda güvən hissini, özünəinamı artıracaq. 

Amma nədənsə ədəbi tənqid bu və digər istedadlı imzaları ədəbi prosesə təqdim etmir və ya etmək istəmir. 

Elçin “ətalət və inertlik” deyəndə məhz bunu nəzərdə tutur. 

Yenililklər
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.