Süleyman Çələbinin “Mövlud” kitabınınm təqdimat mərasimi keçirilib
14.06.23

Bakıda keçirilən “II Türk Dünyası Ədəbiyyat və Kitab” Festivalı çərçivəsində Türkiyəyə həsr olunmuş gündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş böyük türk mütəfəkkir və təsəvvüf şairi Süleyman Çelebinin “Mevlid” kitabının təqdimatı keçirilib. Kitab ötə nilin Türkiyə Respublikasında “Süleyman Çelebi İli” elan olunması münasibət ilə Fond tərəfindən türkcə və almanca çap etdirilərək, Almaniya, Avstriya, İsveçrə və digər Avropa ölkələrində yayımlanıb. Fondun bu layihəsi Avropa auditoriyasını Türk ədəbiyyatının önəmli simalardan biri olan Süleyman Çələbinin irsi ilə, eləcədə Türkiyənin qədim və zəngin dəyərləri ilə daha yaxından tanış etmək məqsədini daşıyır.
İkidilli nəşrin türkcədən almancaya tərcüməsini K.Herrman Kiehl və Orxan Aras hazırlayıblar.
Kitabın təqdimatında çıxış edən Fondun layihə meneceri Nuri Aksu, bu il 100 illiyi təntənə ilə qeyd olunan Türkiyə Respublikasının şanlı tarixə, qədim dövlətçilik ənənələrinə, mədəniyyətə malik olduğunu qeyd edərək bildirib:  “Türk xalqının yetişdirdiyi böyük elm və incəsənət xadimləri, ədəbi şəxsiyyətlər Türk Dünyası ilə yanaşı bütövlükdə bəşər sivilizasiyasına mühüm töhfələr vermişdir. XV  əsrin görkəmli Osmanlı şairlərindən olan Süleyman Çelebinin qələmə aldığı “Mevlid” əsəri Türk-İslam mədəniyyətinin yaşadılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu əsər eyni zamanda tür kdilinin qorunub saxlanılmasında, zəngin üslubu ilə yeni nəsillərə çatdırılmasında önəmli rola sahibdir”.
Tədbirdə çıxışedən Fondun əməkdaşı Vəfa Mürşüdlü müasir dövrdə ümumtürk mədəni irsinin qorunmasının və beynəlxalq miqyasda yayılmasının əhəmiyyətindən söz açaraq, təşkilatın bu yöndəki fəaliyyətlərini vurğulayıb: “Türk xalqları sahib olduqları zəngin maddi-mənəvi sərvətləri ilə minilliklərdən bəri dünyanın ən nüfuzlu xalqları sırasında olmuşlar. Nizami, Füzuli, Abay, Yunus Emre, Əlişir Nəvai, Süleyman Çelebi kimi Türk Dünyasının dahi şair və mütəfəkkirləri öz fikir, düşüncə və hikmət xəzinələri ilə ümumdünya ədəbi-mədəni irsində silinməz izlər buraxmışlar.  Fond böyük türk şair və yazarlarının əsərlərini fərqli dillərdə nəşr edərək, onların yaradıcılığını müxtəlif ölkələrdə təbliğ edərək, ortaq türk dəyərlərinin geniş auditoriyalara tanıdılmasına töhfə verməkdədir”.
Tədbirin bədii hissəsində Süleyman Çelebinin “Mevlid” əsərindən parçalar səsləndirilib.
Sonda tədbir iştirakçıları Fondun türk dövlətlərinin,  eləcədə Türkiyənin mədəniyyətini müxtəlif yönlərdən əks etdirən kitablarının sərgisi ilə tanış olublar.

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.