Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
19.10.23

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş “Akademik Kamal Talıbzadə: ədəbi tənqid məktəbinin yaradıcısı mövzusunda elmi sessiya keçirilib.
Elmi sessiyanı girş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq akademiyanın, eləcə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun formalaşmasında ədəbiyyatşünas alim Kamal Talıbzadənin əvəzsiz xidmətləri olduğunu bildirib. 
O, akademik Kamal Talıbzadənin Azərbaycan elminə və ictimai fikir tarixinə əhəmiyyətli töhfələr vermiş, qiymətli əsərləri ilə elmimizi zənginləşdirmiş, yeni nəsillərin inkişafında böyük xidmətlər göstərmiş böyük ictimai xadim olduğunu qeyd edərək, görkəmli alimin Azərbaycan elminin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, Azərbaycan ədəbiyyatşünaslıq tarixində ədəbi tənqid məktəbinin banisi olan akademik Kamal Talıbzadə XX əsr Azərbaycan ədəbi tənqidinin mükəmməl salnaməsini, dolğun elmi mənzərəsini yaratmış, həmçinin tənqid tariximizin köklərini dərindən araşdırmışdır.  
AMEA rəhbərinin sözlərinə görə, Kamal Talıbzadə yaşadığı dövrün ədəbi-tənqid proseslərini hər zaman diqqətlə izləmiş və müasirləri olan yazıçılar haqqında qiymətli elmi əsərlər yazmışdır. Akademik İsa Həbibbəyli tənqidçi alimin gənclərin inkişafına böyük dəstək göstərdiyini, onların fəaliyyəti ilə maraqlandığını, aspirantların yetişdirilməsində yaxından iştirak etdiyini vurğulayıb. 
Akademik Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat təndiqi və ədəbiyyat nəzəriyyəsi istiqamətlərindəki xidmətlərini yüksək qiymətləndirən İsa Həbibbəyli alimin 1966-cı ildə işıq üzü görmüş “XX əsr Azərbaycan tənqidi” kitabını indiyədək bu sahədə yazılmış ən qiymətli, fundamental tənqid tarixi əsəri kimi dəyərləndirib. O, akademik Kamal Talıbzadənin XX əsrin əvvəlləri Azərbaycanda romantik şeirin sənətkarlıq xüsusiyyətləri ilə bağlı ərsəyə gətirdiyi dissertasiya işinin Abbas Səhhətin timsalında ədəbiyyat sənətinin görkəmli nümayəndəsini bütün yönləri ilə birlikdə təqdim etməklə yanaşı, onun lirikasını, özünəməxsusluğunu, sənətkarlıq xüsusiyyətlərini ilk dəfə meydana qoyan tədqiqat işi olduğunu vurğulayıb. AMEA prezidenti akademik Kamal Talıbzadə haqqında ilk monoqrafiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda  çapdan çıxdığını qeyd edib.  
Çıxışının sonunda akademik İsa Həbibbəyli böyük müəllimi akademik Kamal Talibzadəni hər zaman hörmətlə xatırladığını, onun irsinə xüsusi diqqət və qayğıyla yanaşdığını, yubileylərinin mütəmadi olaraq qeyd olunduğunu vurğulayıb. AMEA rəhbəri görkəmli alimin 100 illiyinə həsr olunmuş elmi sessiyada Kamal Talıbzadənin davamçıları tərəfindən onun yaradıcılığının müxtəlif məqamlarına nəzər salınacağını söyləyib, ədəbiyyatşünas alimin qızı – sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin atasının yolunu uğurla davam etdirdiyini diqqətə çatdırıb.
Elmi sessiyada filologiya elmləri doktoru Vaqif Yusifli “Kamal Talıbzadə - tənqid tariximizin memarı” adlı məruzə ilə çıxış edib və özünün bir tənqidçi kimi yetişməsində Kamal Talıbzadənin dəstəyindən söz açıb.
Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Şəxsiyyətin görünən və görünməyən miqyası” məruzəsində vurğulayıb ki, “Kamal Talıbzadəni Firudin bəy Köçərlidən gələn akademik düşüncənin yeni mərhələdəki təmsilçisi kimi qəbul etmək olar. Kamal Talıbzadə əsərlərinin akademizmi, universallığı, milli düşüncəni ifadə etməsi onu akademik ünvanına qədər gətirdi”.
Tədbirdə filologiya elmləri doktoru, dosent Elnarə Akimova “Kamal Talıbzadənin yaradıcılığında poeziya məsələləri”, filologiya elmləri doktoru, dosent Sara Osmanlı “Müqayisəli ədəbiyyatşünaslığın inkişafında Kamal Talıbzadənin xidmətləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı “Kamal Talıbzadə və müsasir ədəbi tənqid” mövzusunda məruzələrlə çıxış ediblər.
Sessiyada Həmçinin İraq-Azərbaycan Dostluq Mərkəzinin sədri doktor Mutaz Mohi Abdulhəmid iştirak edərək ölkəmizin son illərdə qazandığı qələbələri xüsusi vurğulayıb. O, AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə xatirə hədiyyəsi təqdim edib. Eyni zamanda İnstitutun əməkdaşı, professor İmamverdi Həmidova Sertifikat təqdim edib.
Tədbirdə çıxış edən akademik Kamal Talıbzadənin qızı sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, atasının xatirəsinə göstərilən dərin ehtirama görə minnətdarlığını ifadə edib.

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.