Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
20.10.23

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Heydər Əliyev İli çərçivəsində Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü və 2023 - “Heydər Əliyev İli”  çərçivəsində 18-19 Oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Əskişəhər Azərbaycanlılar Dərnəyi, Dünya Azərbaycanlıları Formu, Elger Elm və Tədris Mərkəzi, İğdır Azərbaycan Evi, Şamaxı Rayon Heydər Əliyev Mərkəzinin dəstək və təşkilatçılığı ilə Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib.

Hibrid formada keçirilən beynəlxalq konfransın açılışında hər iki ölkənin dövlət himni oxunduqdan sonra Simpozium təşkilat komitəsi adından Qars Kafkas Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Dos. İlkin Qulusoy qonaq və iştirakçıları salamladı, konfransın əhəmiyyətindən bəhs etdi və konfransın təşkil olunmasında dəstəyini əsirgəməyən qurumlara təşəkkürlərini bildirdi. Daha sonra Kafkas Universiteti rektoru prof. Hüsnü Kapu, Fən-Ədəbiyyat fakültəsinin dekanı prof. Gəncər Elkılıç qonaqları salamlayıb, Türkiyə respublikasının 100-cü ildönümündə və Heydər Əliyev ili çərçivəsində belə bir konfransın keçirilməsinin önəmi haqqında danışdıqdan sonra 18 oktyabr Azərbaycanın müstəqilliyini yenidən qazanması günü münasibətilə qonaqları təbrik etdilər.

Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev söz alaraq və konfransın keçirilməsində dəstəyini əsirgəməyən qurumlara, eləcədə Kafkas Universiteti rəhbərliyinə minnətdarlığını bildirdi, Heydər Əliyevin Türk dünyasına xidmətindən bəhs etdi, siyasi fəaliyyətlərini diqqətlərə çatdırdı.

Daha sonra Azərbaycan Respublikasının Ankara Səfirliyindəki Təhsil müstəşarı Dos. Nəcibə Nəsibova çıxış etdi, səfirin təşəkkür məktubunu oxudu və belə bir möhtəşəm konfransa ev sahibliyi etdikləri üçün Kafkas Universiteti rəhbərliyinə təşəkkür etdi.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şöbə müdürü Müjdat Həsənovun təşəkkür xarakterli çıxışından sonra, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası adından Əskişəhər Azərbaycanlılar dərnəyi başqanı Cavid Aydın, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektorları çıxış etdilər.

Plenar iclasda prof. Toğrul İsmayıl, Prof. Yusif Bayraktar və Dos. Elman Cəfərli Türkiyə-Azərbaycan münasibətlərindən və ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən məqalələrini təqdim etdilər.

Çıxışlar bitdikdən sonra iştirakçılara və qonaqlara plaketlər təqdim edildi.

Birinci gün üz-üzə və ikinci gün online şəkildə keçirilən konfransa ümumilikdə 12 ölkədən olmaqla 100-ə yaxın elm adamının məqaləsi elmi heyət tərəfindən dəyərləndirilərək qəbul edilmişdir.


sssssssssss543.jpg

a345443.jpgb4322432.jpg

 

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.