Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
26.10.23

Polşanın Varşava Universitetində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, eləcə də Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının və Türkiyə Respublikasının Polşa Respublikasında Səfirliklərinin birgə təşkilatçılığı ilə “Polşa və Türk Dünyası” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

Konfransı açıq elan edən Varşava Universitetinin Şərqşünaslıq Fakültəsinin dekanı Pyoter Taraça və Türk Elmləri Departamentinin başçısı A.Bareja-Starzynska Polşa və Türk Dünyası arasında tarixi bağlarlardan, tədbirin əhəmiyyətindən və Universitetin Türk mədəniyyətinin araşdırılması sahəsində fəaliyyətindən danışıblar.

Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Qazaxıstan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Alim Kirabayev və Türkiyə Respublikasının Polşa Respublikasında müvəqqəti işlər vəkili Çağdaş Bilgin təmsil etdikləri ölkələr və Polşa arasında əməkdaşlıq əlaqələrindən, Türk xalqları arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərindən, Türk xalqlarının biri birinə gələcəkdə daha da yaxınlaşmasının önəmindən bəhs ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Leyla Həsənova öz çıxışında son illər ərzində Türk dövlətləri və xalqları arasında inteqrasiya proseslərinin sürətləndirilməsi, birgə tarixin, mədəniyyətin və ortaq köklərin Türk Birliyinin əsasını təşkil etməsi, eləcə də Türk dəyərlərinin Polşada müzakirəsinin ənənəvi hala çevrilməsini qeyd edib.  L.Həsənova Fondun çox əsirlik Türk mədəniyyətinin və irsinin Türk Dünyası və onun hüdudlarından kənarda qorunaraq təşviq edilməsi, müxtəlif Avropa ölkələrində, xüsusilə Polşa, Rumıniya və Litvada yaşayan türk kökənli xalqların zəngin irsinin qorunması və daha geniş auditoriyalara tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyət və beynəlxalq layihələrdən söz açıb.

Konfrans müxtəlif sessiyalar çərçivəsində keçirilən müzakirələrlə davam edib. Tədbirin sonunda Türk Dünyasının 2023-cü il üzrə Mədəniyyət Paytaxtı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinə həsr olunmuş sənədli film nümayiş olunub.

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.