Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
27.10.23

Hollandiyanın Haaqa şəhərində Türk Dünyasının böyük şəxsiyyəti, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və qazax hökmdarı Sultan Beybarsın 800 illik yubileyi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan, Qazaxıstan və Türkiyə Respublikalarının Niderland Krallığındakı Səfirlikləri ilə iş birliyi çərçivəsində təntənəli qeyd olunub.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dünyasında bu il ərzində qeyd olunan mötəbər hadisələr çərçivəsində Fond tərəfindən həyata keçirilən müxtəlif layihələrdən söz açıb.

Günay Əfəndiyeva müstəqil, öz ərazi bütövlüyünü təmin etmiş müasir Azərbaycanın banisi, bütün dünyada müdrik və uzaqgörən siyasətçi kimi tanınan Ulu öndər Heydər Əliyevin zəngin irsindən bəhs edərək, dahi şəxsiyyətin ölkənin tarixindəki rolu və Türk dövlətləri ilə yanaşı, dünya ölkələri ilə siyasi-iqtisadi, mədəni-ədəbi münasibətlərin qurulmasındakı xidmətlərini xüsusi vurğulayıb.

Türkiyə Respublikasının yaranmasının 100 illiyi haqqında danışan Fondun prezidenti, keçən zaman ərzində ölkənin beynəlxalq arenada tutduğu yer və əldə olunan nailiyyətləri qeyd edib. Günay Əfəndiyeva öz çıxışında, həmçinin, Qazaxıstanı böyük hökmdar Sultan Baybarsın 800 illik yubileyi, eləcə də Milli Bayram - Respublika Günü münasibəti ilə təbrik edib. Ölkənin qısa müddət ərzində həyata keçirdiyi uğurlu siyasi, iqtisadi və sosial islahatların artıq müsbət nəticə verdiyini bildirib.

Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfiri Rəhman Mustafayev Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki mühüm töhfələri, Azərbaycanın daxili və xarici siyasətinin gücləndirilməsi istiqamətində atdığı addımlar barədə tədbir iştirakçılarına məlumat verib. Səfir, həmçinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qədim Türk mədəni irsinin qorunması və yüksək səviyyədə təbliğ edilməsini tədqirəlayiq hadisə adlandırıb. Rəhman Mustafayev Türk Birliyinin getdikcə artan nüfuzu, türk həmrəyliyinin daha da gücləndirilməsinin tarixi əhəmiyyət daşıdığını deyib.

Qazaxıstan Respublikasının Niderland Krallığındakı səfiri Askar Jumaqaliyev son illər ərzində Türk xalqlarının və dövlətlərinin biri birinə daha da yaxınlaşmasının müşahidə edildiyini bildirərək, bu yöndə Fondun gördüyü işlərin xüsusi yer tutduğunu söyləyib.

Türkiyə Respublikasının Niderland Krallığındakı səfiri Səlçuk Ünal ölkəsinin yaranmasının 100-cü il dönümünü təntənəli tədbirlərlə qeyd edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna və onun rəhbərliyinə təşəkkürünü bildirib. Səfir Türk dəyərlərinin gələcək nəsillərə aşılamasının vacibliyini vurğulayıb və bu istiqamətdə Fonda uğurlar arzulayıb.

Tədbirdə Fondun himayəsində yaradılmış və yeddi Türk dövlətini - Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Türkiyəni, Özbəkistanı, Türkmənistanı və Macarıstanı təmsil edən peşəkar qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konserti təşkil edilib. Qrupun rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Turan Manafzadədir

Tədbirdə Niderland Krallığının dövlət rəsmiləri, millət vəkilləri, ölkədə akkreditə olunan diplomatik korpusun təmsilçiləri və diaspora nümayəndələri iştirak ediblər.

Yenililklər
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.