Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub.

Sərgidə Osmanlı İmperiyasının nadir incilərindən olan Yıldız Sarayının arxivindən seçilmiş, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın maddi-mənəvi irs nümunələrini əks etdirən fotoşəkillər nümayiş olunub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sərgini açıq elan edərək, təşkilat tərəfindən bu layihənin ilk dəfə cari ilin yanvar ayında Türkiyə Respublikasının 100 illiyi çərçivəsində İstanbul şəhərində həyata keçirildiyini bildirib. O, Milli Saraylar Dolmabahçe İncəsənət Qalereyasında təşkil olunmuş sərgidə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi təbrik məktubunun oxunduğunu vurğulayıb.

Günay Əfəndiyeva sərginin Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü ərəfəsində Astanada keçirilməsinin rəmzi məna daşıdığını bildirərək, layihənin Türk ölkələrinin keçmişindən bugününə uzanan körpü rolunu oynadığını bildirib. Fondun prezidenti Türk Dövlət Başçılarının Zirvə toplantısının onilliyini müasir dövrdə sarsılmaz qardaşlığın bariz nümunəsi kimi qiymətləndirib.

Günay Əfəndiyeva layihənin Türk Dünyasının ümumi irsini, memarlığını, milli geyimlərini, adət-ənənələrini və bir çox digər elementlərini ehtiva etməsindən bəhs edib. O bildirib ki, sərgi eyni zamanda bu il Türk Dünyasında qeyd olunan möhtəşəm yubileylərə, o cümlədən Azərbaycanın ümummilli lideri ulu öndər Heydər Əliyevin 100 illiyinə, Sultan Beybarsın 800 illiyinə, Xoca Əhməd Yasəvinin 830 illiyinə, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunur. Fondun prezidenti tədbirin həmçinin, Qarabağı Türk Dünyasına qaytaran Azərbaycanın, bir əsri şərəflə tamamlayan Türkiyə Cümhuriyyətinin bütün Türk Dünyasına yaşatdıqları qüruru simvolizə etdiyini vurğulayıb.

Sərginin açılışında Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Baş nazirinin müavini-Xarici işlər naziri Murat Nurtleu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Qazaxıstan Respublikası Prezidentinin Beynəlxalq məsələlər üzrə köməkçi Yerjan Kazıxan, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, Türk Dövlətləri Təşkilatının sədri Kubanıçbek Omuraliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycan nümayəndəsi Həsən Həsənov və digər rəsmi şəxslər iştirak edib.

Sonda tədbir iştirakçıları Türk xalqlarının köklü tarixini və mədəniyyətini özündə ehtiva edən foto şəkillərdən ibarət sərgiyə baxıblar.

Yenililklər
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.