Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
22.11.23

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında şair və ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyi (AYB) Gənclər Şurasının sədri Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü keçirilib. Görüşü Muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq F.Hüseynin həyat və yaradıcılıq yolu haqqında qısa məlumat verib. Onun əsərlərinin öz dünyagörüşü, həqiqi yaşantıları və bədii ilhamının vəhdətindən yaranmasından, tarixə, klassik irsimizə, müasir dünyada cərəyan edən ədəbi, ictimai-siyasi hadisələrə, zaman, məkan anlayışına analitik yanaşmaqla yanaşı, ənənəyə sədaqətindən, şeirlərilə özünəməxsus üslub yaratmaq məharətindən bəhs edib.

525.az xəbər verir ki, tədbirin qonağı - şair, tərcüməçi və esseist, AYB-nin katibi Səlim Babullaoğlu çağdaş Azərbaycan sərbəst şeirinin gənc nümayəndəsi Fərid Hüseyni gənc yazarlar içərisində ən məhsuldar yazıçı adlandırıb və onun bədii, publisistik, tədqiqat əsərlərini çox yüksək qiymətləndirdiyini bildirib.

F.Hüseynin klassik ədəbiyyatla bağlı araşdırmalarının həm özündən əvvəlki, həm dəgələcək nəsillər üçün dəyərli töhfə olduğunu, onun “Səmərqənd divanı” silsiləsini 32 illik müstəqillik dönəminin ən qiymətli nümunələrindən biri kimi dəyərləndirib.

Mərkəzi Aran Regional İdarəsinin Kürdəmir rayonu üzrə nümayəndəsi Vaqif Alıyev F.Hüseynin özünəməxsus üsluba və istedada malik olmasından, əsərlərində mövzu və süjet xəttinin həyatiliyindən, tərcümələrinin orijinallığından bəhs edib.

Gənc nasir və şair Səxavət Sahil F.Hüseynin şəxsiyyətinin bütövlüyündən, dostluğa sədaqətindən, yardımsevərliyindən söhbət açıb, onun klassik ədəbi irsə dərindən bələ dolmasından danışıb. 

Tədbirdə F.Hüseynin şeirləri əsasında hazırlanmış videoçarxlar nümayiş olunub və tədbir iştirakçıları gənc şairin şeirlərindən nümunələr səsləndiriblər.

Sonra F.Hüseyn çıxış edərək yaradıcılığı, həyatı, əsərlərinin sujet xətti və yazılma səbəbləri haqqında oxucularına geniş məlumat verib. Görüşün sonunda şair oxucuların ona ünvanladığı sualları cavablandırıb və maraqlı görüş üçün muzeyin əməkdaşlarına və oxucularına minnətdarlığını bildirib.

Görüşün sonunda Fərid Hüseyn yeni çıxmış kitablarını muzeyə və oxucularına hədiyyə edib.  /525.az/

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.