Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
16.01.24

Bu gün Azərbaycan Yazıçılar Birliyi, Yelisey Sarayının sifarişi ilə Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə, “Azərbaycan Bağı”na qarşı nümayiş etdirilən aşağılayıcı münasibəti, rəftarı pisləyən KİV və media nümayəndələrinin iştirakı ilə əsaslı bəyanat yaydı. Telekanallara verdiyim bir açıqlamanı burdan da, yazılı şəkildə bölüşməyi doğru hesab edirəm.


Bilirsiz ki, fransız yazıçısı Aleksandr Düma Bakı polismeysteri Piqulevskinin evində Xasay bəy Usmiyevlə görüşmüş, bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, kimi tanınan, bu gün əsərləri Azərbaycanda dövlət varidatı elan olunmuş Xan qızı Natəvanla və digər ailə üvləri ilə tanışlığı barədə sonradan “Qafqaz səfəri” əsərində yazmışdı.

Dümanın “Qafqaz səfəri”ndəki o görüşdən bəhs edən üç məqam ilk oxuduğumdan bəri diqqətimi çəkmişdi, təkrar oxu zamanı isə bəzi məqamlar bu günümüzlə səsləşən daha aydın rəmzlər kimi görünmüşdü.


Xasay bəy, Natəvan xanım, onların uşaqlarından bəhs edən Düma yazır ki, nənəsinin qucağında beş-altı yaşlı oğlan uşağı (söhbət həmin görüşdə iştirak edən Xasay bəyin anasından, Xasay bəyin və Natəvanın oğlu kiçik Mehdiqulu xandan gedir) hər iki tərəfi ülgüc kimi iti xəncərin dəstəyindən tutmuşdu; həqiqi bir xəncəri fransız qadını heç vəchlə uşağının əlinə verməzdi, ancaq bu bir azərbaycanlı qadının öz uşağına verdiyi oyuncaq idi.


İkinci məqam, görüşdən bir saat sonra Xasay bəyin mükəmməl bir fransızca ilə Dümaya məktubuyla bağlıdır, Xasay bəy yazırdı ki, sizin çox gözəl silahlarınız vardır, odur ki, kolleksiyanıza nəsə əlavə etmirəm, sizdən xanımımın əl işi olan pul kisəsini (həm də mahir nəqqaş və tikişçi idi Xan qızı) və iki arxalığı qəbul etmənizi xahiş edirəm.


Üçüncü məqam, hədiyyələrin qarşılığında Dümanın Xasay bəyə və Natəvana fiqurları fil sümüyündən hazırlanmış şahmat hədiyyə etməsiydi.

Qəribə rəmzlərdir: yazıçı olsa belə bir avropalını (əslində əsərlərində uşaqdan böyüyə əksər personajlarının əlində qılınc-xəncər, şpaqa əskik olmayan bir yazıçını) bizim əlimizdəki silah narahat edirdi; bunu hiss edən Xasay bəy “sizin çox gözəl silahlarınız var” deyə yazıçıya və avropalıya arxalıq və pul kisəsi (əslində xeyir-bərəkət, əmin-amanlıq) hədiyyə edir, eyni zamanda deyir ki, sizin silahla təəccübləndirnək olmaz; qarşılığında da yazıçı və avropalı, ağıllı olsa belə bizə şahmat kimi oyun təklif edirdi- fiqurları, çox güman, Afrikanın çöllərində, Fransanın koloniyalarında öldürülmüş heyvanın sümüklərindən hazırlanmışdı.


Qəribədir, elə bil ən yaxın tarixmizdi. Son 30-35 ildə baş verənlərin öncədən hazırlanmış konspektidi. Yəni, yenə biz Avropaya xeyir-bərəkət əta edir, yenə onlar bizi oyuna salır və əlimizdə yalnız öz haqqımızı müdafiə etmək üçün gərəkli silahın olmamasını istəyirlər. /Bakupost.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.