Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
19.05.25

Azərbaycanın paytaxtı Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan uğurla başa çatdı!

MBFW Azerbaijan-ın ilk mövsümü Azərbaycanın paytaxtı Bakıda baş tutaraq, dəb, incəsənət və müasir texnologiyaları bir araya gətirən parlaq və zəngin tədbir oldu. Tədbirin təşkilatçıları Azərbaycan Moda Dizaynerləri Assosiasiyası və Led.az Events olub. Tədbirə strateji tərəfdaş – Mercedes-Benz və Mercedes-Benz markasının Azərbaycandakı rəsmi distribyutoru - «Avtokapital-Azərbaycan» MMC şirkəti dəstək göstərib.

Nümayişlər Abşeron Avtomobil Mərkəzində keçirildi – bu müasir salon #MAR20x standartına cavab verir və Mercedes-Benz brendinin yeni konseptual yanaşmasını təcəssüm etdirir. Bu unikal format iştirakçılara və qonaqlara dəb kolleksiyaları və incəsənət instalyasiyaları ilə tanış olmaqla yanaşı, Mercedes-Benz brendinin innovativ ruhunu tədbirin mərkəzində hiss etməyə imkan verdi.

Tədbir 15–17 may tarixlərində keçirildi və beynəlxalq dizaynerlərin moda nümayişlərini, incəsənət instalyasiyalarını, təqdimatları və yaradıcılıq sənayesinin aktual tendensiyalarını əks etdirən nümayişləri əhatə etdi. Hər günə müəyyən bir bədii mövzu həsr olunmuşdu: renessans, pop-art və ekspressionizm. S Design agentliyinin dekoru və süni intellekt tərəfindən yaradılmış vizual proyeksiyalar bu istiqamətlərə immersiv atmosfer bəxş etdi.

Həftənin ilk günü Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, istedadlı tenor Ateş Qarayevin çıxışı ilə açıldı və tədbirin ümumi ovqatını müəyyənləşdirdi.

İkinci gün Eurovision-2024 müsabiqəsində Azərbaycanı təmsil edən müğənni və bəstəkar Fahreenin çıxışı ilə yadda qaldı, bu isə tədbirə bayram abu-havası və rəngarənglik qatdı.

Proqram çərçivəsində müxtəlif ölkələrdən olan dizaynerlərin kolleksiyaları nümayiş etdirildi: Ziya Koçaturk (Türkiyə), T.Efremova & Irra (Belarus), Emilio Bonadio (İtaliya), Blikvanger & Idividi (Gürcüstan), Vague (Gürcüstan, İsrail), Rox Nassenova (Qazaxıstan), Black Queen (Belarus), Papilio by Alena Goretskaya (Belarus).

Tədbirin xüsusi hissəsi Azerbaijan Fashion&Art sərgisi oldu – burada yerli brendlərin kolleksiyaları təqdim edildi: Muse Me, The Tothu, Parcha Studio, Gaga Factory, Dova 24, Sultan Couture, Natavan Aliyeva, Sameera və Kaftan. Eyni zamanda, müasir Azərbaycan rəssamı Elnara Nəsirlinin incəsənət instalyasiyası da təqdim olundu.

Tədbir çərçivəsində həmçinin Nino Sepo və Narmeen Jewelry zinət əşyaları brendlərinin şourumları, eləcə də dizaynerlər Vira Plotnikova və Co.Lab tərəfindən hazırlanmış kolleksiya işlərinin sərgiləri təşkil edildi. Türk zinət evi Panghianın rahat şourumda təqdimatı və Adidas for Mercedes-Benz kolleksiyasının nümayişi tədbirin beynəlxalq statusunu və Mercedes-Benz brendinin mədəni dialoqun və innovativ təcrübələrin bir hissəsi olaraq mövqeyini vurğuladı.

Hər günün sonunda DJ AKG tərəfindən təqdim olunan DJ set-ləri bayram əhval-ruhiyyəsi və dinamika əlavə etdi.

Tədbirin tərəfdaşları sırasında aparıcı şirkət və təşkilatlar yer aldı: Alman-Azərbaycan Ticarət Palatası, MyBrands, MAC, L'Oréal Professionnel, KSpace, Braun, Absheron Hotel Group, Turizm.az, Museum Furniture & Accessories, Johnnie Walker, A11 Logistics, Big Model Agency, Notes Gastronomy & Bar, Shur və Yacht Club Residence.

MBFW Azerbaijan, yaradıcı ideyaların nümayişi, yerli və beynəlxalq istedadların dəstəklənməsi üçün bir platformaya çevrildi və göstərdi ki, Azərbaycan müasir mədəni dialoq və innovative eksperimentlərin mərkəzinə çevrilə bilər. Eyni zamanda, «Avtokapital-Azərbaycan» MMC şirkəti tərəfindən təmsil olunan Mercedes-Benz brendi ilə əməkdaşlığın əhəmiyyətini bir daha vurğuladı.

Yenililklər
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.