Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tədqiqatçı-alim, şair, professor Faruk Faik Köprülü ilə görüş keçirilib.

Tədbirdə Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Azərbaycan-Kərkük ədəbi əlaqələrinin tarixindən danışıb, Türkmən eli mədəniyyətinin qurucularından, araşdırmaçılarından olan professor Faruk Faik Köprülünün bu əlaqələrin inkişaf etdirilməsində böyük rolu olduğunu bildirib. İraq-Türkman elmi-ədəbi mühitinin, tarixinin, dilinin, etnoqrafiyasının və folklorunun daha geniş şəkildə öyrənilməsi və sistemləşdirilməsi məqsədilə görülən işlərdən danışan dosent Mehman Həsənli AMEA-da İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını və tərkibinin müəyyənləşdirildiyini diqqətə çatdırıb. O, müasir dövrdə İraq-Azərbaycan, Kərkük-Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişaf etməkdə olduğunu söyləyib, professor Faruk Faik Köprülü ilə keçirilən görüşün mövcud əməkdaşlıq münasibətlərinin davamı və yeni mərhələsi kimi böyük əhəmiyyətə malik olduğunu bildirib.

Daha sonra dosent Mehman Həsənli Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən hazırlanmış və yenicə çapdan çıxmış dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan monoqrafiyanı, eləcə də Ədəbiyyat İnstitutunun üç dildə nəşr olunmuş kitabını professor Faruk Faik Köprülüyə hədiyyə edib.

Tədbirdə Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyev, Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuad,  həmin institutun şöbə müdiri, professor İmamverdi Həmidov, elmi işçi Orxan İsayev və digərləri çıxış edərək professor Faruk Faik Köprülünün ədəbi-elmi araşdırmaları haqqında məlumat  verib, onun Azərbaycan-İraq-Türkman ədəbiyyatının tədqiqi və təbliği sahəsindəki xidmətlərini yüksək dəyərləndiriblər.

Natiqlər qeyd ediblər ki, gənc yaşlarından ədəbiyyatla məşğul olan Faruk Faik Köprülü ərəb və türk dillərində  50-dən çox kitabın müəllifidir. Bu kitablardan 6-sı Azərbaycana həsr edilib. O, həmçinin Bağdaddakı Türkmən radiosunda ədəbiyyat və folklor proqramlarını hazırlayaraq təqdim edir. 40 ildir ki, “Türkmən eli” proqramının aparıcısıdır. Elmi və mədəni fəaliyyəti ilə İraq Türkmən mədəniyyətinə böyük töhfələr verib.

Çıxışlarda bugünkü görüşün çağdaş Türkman ədəbiyyatı ilə bağlı gələcək işlərə təkan verəcəyi qeyd olunub, həmçinin Faruk Faik Köprülünün Azərbaycana aid şeirləri səsləndirilib.

Sonda professor Faruk Faik Köprülü tədbirin təşkilinə və onun fəaliyyətinə verilən yüksək qiymətə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. O, İraq türkmanlarının və Azərbaycan türklərinin eyni soydan gəldiyini, ortaq mədəniyyətə, dilə və folklora sahib olduqlarını qeyd edib. Faruk Faik Köprülü Azərbaycan və İraq türkmanları arasında ədəbi əlaqələrdən, türkmanların Türk dünyasında yerindən, Azərbaycan və İraq ədəbiyyatçıları arasında ortaq fəaliyyətdən danışıb, tədbir iştirakçılarına səmimi görüş üçün təşəkkür edib.

Yenililklər
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.