Seyyid Əsrinin "Fidan çiçəkləri" adlı ilk kitabı çap olunub
02.07.25
Klassik ədəbiyyat sevərlərə şad xəbər!
Tədqiqatçı şair Seyyid Əsrinin "Fidan çiçəkləri" adlı ilk kitabı nəşr edilib.
Kitabda şairin yaradıcılığının ilkin dövrlərindən bu yana yazdığı klassik üslublu şerlər, ərəb və fars dilli irfani ədəbiyyat nümunələrindən etdiyi bədii tərcümələr və son məhəbbət qəzəlləri yer almışdır. Bundan başqa kitabda çətin anlaşılan sözlərin lüğəti, bəzi beytlərin izahı və müəllifin tərcümeyi-halı da verilmişdir.
Kitabın ön sözünün müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Hacı Mustafa Mailoğludur.
Qeyd edək ki Seyyid Əsri AMİN İctimai Birliyinin sədri, BDU Elmi Kitabxanasının baş biblioqrafıdır.
AMİN İctimai Birliyinin 4-cü kitabı olan "Fidan çiçəkləri" "Mücrü" nəşriyyatında çap edilib.
|