Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Bölməsində görkəmli şair Söhrab Tahirin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Tədbirdə tanınmış yazıçılar, şairlər, alimlər, media nümayəndələri və ədəbiyyatsevərlər iştirak edirdilər. Mərasimi giriş sözü ilə şair- tərcüməçi Səlim Babullaoğlu açıb vurğuladı ki, “Söhrab Tahirin əsərləri və həyatı ilə bağlı xatirələr sırasında onun müasirləri ilə münasibətləri də xüsusi maraq doğurur. Azərbaycanın görkəmli yazıçıları ilə görüşləri, ədəbi mühitdəki fəaliyyəti və şəxsi ünsiyyətdə göstərdiyi səmimiyyət onu tanıyanların yaddaşında dərin iz buraxmışdır”.
Və ilk sözü Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Bölməsinin sədri Sabir Rüstəmxanlıya verdi. S.Rüstəmxanlı Söhrab Tahirlə bağlı fikir və xatirələrini bölüşdü. S. Tahirlə yaxın dost olan, onun kitablarının redaktoru olub ön söz yazan Sabir Rüstəmxanlı onun poeziyasına xas xüsusiyyətlərdən, eləcə də Söhrab Tahirin şəxsiyyəti və ədəbi irsi barədə fikirlərini iştirakçılara çatdırdı. Qeyd etdi ki, ”Söhrab Tahirin şeir və nəsr əsərlərində Cənubi Azərbaycan türklərinin həyatı, milli hüquqları və mübarizəsi geniş əks olunmuşdur. Özündən sonra bizə zəngin bir irs qoymuş Söhrab Tahirin 57 poema 18 romanın müəllifridir. Bunları necə yazıb çatdıra bilib, deyə düşünürsən. Onunla bağlı xatirələr həm də yalnız bir sənətkarın həyatını deyil, bütöv bir dövrün ədəbi-mədəni mühitini əks etdirir. Heç kimin zərrə qədər xətrinə dəyməzdi, insansevər, zarafatcıldı, çox enerjili idi. Həyat eşqi güclü idi. İranda türk dilinin sıxışdırılması və ana dilində təhsilin məhdudlaşdırılması ilə bağlı müşahidələri Söhrab Tahirin dil məsələsinə həssas münasibətini formalaşdırmışdı. Ana dili sarıdan o qədər yanıqlı idi ki, onun yaradıcılığında milli mövcudluğun əsas göstəricilsi kimi təqdim edirdi...Onun mühüm xüsusiyyətlərindən biri də türk tarixinə və milli kimlik məsələlərinə müraciət etməsi idi. Mən onun son və çox qiymətli iri həcmli əsəri Ata” poema-eposu üzərində geniş dayanmaq istəyirəm. Bu əsərdə müəllif təkcə şair kimi deyil, həm də milli yaddaşın qoruyucusu kimi çıxış edir. “Ata” əsərini Şərq ənənəsinə, xüsusilə də “Şahnamə” ilə polemik münasibətdə dəyərləndirmək mümkündür. Söhrab Tahir hadisələrə fərqli rakursdan yanaşaraq türk dünyasının tarixi və mədəni irsini ön plana çəkir. Söhrab Tahirin əsərləri özəlliklə xalq ədəbiyyatından, folklordan və milli tarixi yaddaşdan qidalanırdı”.
Tanınmış tənqidçi alim Rüstəm Kamal çıxışında dedi ki, “S.Tahir yalnız şair deyil, həm də xalqın tarixini, ağrılarını, ümidlərini ədəbiyyatda yaşadan böyük söz ustası idi. Onun həyat yolu ilə yaradıcılığı arasında mövcud olan üzvi əlaqə poetik dünyagörüşünün formalaşmasında həlledici rol oynamışdır. Cənubi Azərbaycanda keçən uşaqlıq illəri, milli azadlıq hərəkatının iştirakçısı olması, məcburi mühacirət həyatı və doğma yurddan ayrılıq təcrübəsi şairin bədii təfəkkürünün əsas istiqamətlərini müəyyənləşdirmişdir”. Araşdırmaçı alim Pərvanə Məmmədli bunu vurğuladı ki, “Söhrab Tahir milli yaddaşı və bölünmüş vətən mövzusunu işləməsi baxımından dünya ədəbiyyatının bir sıra böyük simaları ilə müqayisə oluna bilər. O da çexiyalı Milan Kundera kimi ölkəsinin tarixini ayrı-ayrı insanların taleyi üzərindən göstərirdi. Ölkəsindəki hadisələri çilili Pablo Neruda kimi bütövlükdə poetik mifə çevirə bilirdi. Ayrılıq və sürgün mövzusunda Söhrab Tahiri İosif Brodski ilə müqayisə etmək mümkündür. Brodskinin şeirlərində sürgün şəxsi faciə idisə, Söhrab Tahirdə ayrılıq tək adamın deyil, bütöv xalqın faciəsinə çevrilirdi.
Tarixi şəxsiyyətlərin təqdimatında isə Victor Hugo kimi tarixi hadisələr mənəvi hadisə kimi təqdim edir, Pişəvəri və Səttarxanı milli ruhun daşıyıcıları kimi göstərirdi.”
Tərcüməçi Yədulla Kənani çıxışında diqqəti onun nəsr əsərlərinə yönəıldib dedi ki, Söhrab Tahir daha çox şair kimi tanınsa da, onun nəsr yaradıcılığı da Azərbaycan ədəbiyyatında mühüm yer tutur. Müxtəlif janrlarda qələmə aldığı əsərlər arasında romanları xüsusi yer tutur.
O, povest və romanlarında Cənubi Azərbaycanın taleyini, vətən həsrətini, insanın mənəvi dünyasını və ictimai problemləri bədii şəkildə əks etdirmişdir. Əsərlərində həyat həqiqətləri ilə romantik duyğuların vəhdəti diqqəti cəlb edir. Vətən həsrəti və doğma torpağa bağlılıq onun yaradıcılığının aparıcı xəttini təşkil edirdi”.
Tədbirdə həmçinin Tariyel Ümid, Seyran Səxavət, Həmid Herisçi, Zəki Bayram, Yurdçu, İlqar Türkoğlu çıxış edərək Söhrab Tahirin yaradıcılığına xas cəhətlərdən söz açdılar, onun Azərbaycan ədəbiyyatındakı yeri və rolu barədə fikirlərini bölüşdülər, həmçinin şairlə bağlı xatirələrini iştirakçılarla paylaşdılar.
Tədbirin sonunda Söhrab Tahirin şeirlərindən nümunələr səsləndirildi. Qiraətçi Mahmənzər xanım tərəfindən şairin məşhur “Ürək” şeiri təqdim olundu və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Tədbirdə belə bir yekun fikir səsləndirildi ki, Söhrab Tahirin əsərləri XX əsr Azərbaycan xalqının ictimai-siyasi taleyinin, mənəvi dünyasının və milli idealının poetik ifadəsi olmaqla yanaşı, müasir dövrdə də elmi və ədəbi tədqiqatlar üçün aktual mənbə olaraq qalmaqdadır və yeni tədqiqatçılarını gözləyir.
Tədbir “Mədəniyyət” telekanalının direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyevin moderatorluğu ilə keçirilib. Modrator müəllif və kitab haqqında əhatəli məlumat verdikdən sonra, Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik süküutla yad edilib. Himnimizin səsləndirilməsindən sonra tədbir açıq elan edilib.
Sonra söz kitabın rəyçisi, Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıya verilib. O vurğulayıb ki, bu kitab 2018-ci ildən institutda mütəmadi olaraq çap olunan “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görüb. Seriyanın 67-ci kitabı olan bu monoqrafiyada Cəlal Bərgüşadın həm şəxsiyyət, həm də yaradıcı insan kimi hərtərəfli obrazı yaradıldığını diqqətə çatdırıb. Ardınca Cəlal Bərgüşadın həyat yoldaşı Sayad Cavadzadə çıxış edərək, kitabın yazılmasında və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini ifadə edib.
Sonra yazıçının həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.
XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli yazıçının 1926-cı ildə doğulduğunu və əsl doğum tarixinin təhrif edilərək 1942-ci ildə müharibəyə aparıldığını bildirib. İkinci Dünya Müharibəsindəki iştirakının sonralar yazıçının əsərlərində real faktların yer almasına səbəb olduğunu qeyd edib. Əsərlərinin əsas xüsusiyyətinin inandırıcılıq olduğunu vurğulayarq “Boz atın belində” və “Sıyrılmış qılınc” romanlarının məziyyətlərindən danışıb.
Tədbirdə Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli yazıçının bir televiziya işçisi kimi özünə məxsusluqlarından, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Könül Nəsibova isə onun əsərlərinin fondda qorunmasından danışıb. Bildirib ki, 850-dən çox fonda malik arxivdə yazıçıya aid materiallar 606 mömrəli fondda yerləşir.
Sonra Qubadlı rayon İcra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev çıxış edərək Cəlal Bərgüşadın vətənpərvərliyini əks etdirən xatirələri dilə gətirib.
Təqdimat mərasimində qiraətçilər Şüşəxanım Vəliyeva və Murad Hümbətovun ifasında şeirlər səsləndirilib. Yazarlardan Nəzakət Məmmədli, Aysel Fikrətqızı,  Sona İsmayılova, Xalidə Nuray və digərləri həm yazıçı, həm də ona həsr olunmuş tədqiqat əsəri haqqında fikirlərini bölüşblər. Eyni zamanda alimlərdən filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, tarix üzrə fəlsəfə doktoru Arzu Nehrəmli, filologiya üzrə fəlsəfə doktorları Şəfəq Nasir, Layə Mustafayeva, Məlahət Babayeva çıxışlarında Cəlal Bərgüşad əsərlərinin elmi tədqiqata cəlb olunmasındakı bu yeni mərhələni yüksək qiymətləndiriblər.
Tədbirdə yazıçının qohumlarından Tofiq Mehtiyev və  Əşrəf müəllim, Qubadlı rayon Əmək veteranları cəmiyyətinin sədri Razim Əliyev, Ekoloji Maarifçilik və Monotorinq İctimai Birliyinin sədri Qəmzə Yusifova, Əməkdar jurnalist Zərnişan Turan çıxışlarında monoqrafiyanın əhəmiyyətindən və belə araşdırmaların davamlı olmağından bəhs ediblər.
“Milli nəğmələr”in (poeziya toplusu) elmi redaktoru professor Solmaz Rüstəmova-Tohidi, transfoneliterasiya redaktoru Səhra Rzalıdır. Zaur Hüseynovun lahiyə rəhbərliyi ilə işıq üzü görən toplu ilk dəfə 1919-cu ildə Mirzəzadə tərəfindən tərtib edilərək nəşr edilib.
Kitabı nəşrə hazırlayan, ərəb qrafikasından çevirən, lüğət, qeydlər və “Cümhuriyyət ərməğanı” adlı ətraflı ön sözün müəllifi filologiya elmləri doktoru Asif Rüstəmlidir.
Özü də qul olan ağadan deyil,Sən gəl kainatın Şahından çəkinAşkar ağlayanın ahı yarıdır,Pünhan ağlayanın ahından çəkin.
İnsana qəsd edən bil ki, insandırHəyat başdan-başa bir imtahandır.Düşmən gülləsinə dözmək asandır,Dostun nizəsindən, oxundan çəkin.
Ay Ayşə, haqq danış, həqiqət söyləZirvəyə çatmazsan qeyri heçnəylə.İkinci uzaqdan ehtiyat eylə,Birinci həmişə yaxından çəkin.
***Şeytanın da, mələyin də,Allah bilir ürəyində,Kim nə sökür, kim nə tikir,Kim nə bilir, kim nə çəkir.
Baxma dik tutur başını,Kədərdi çatan qaşını,Bilən yoxdu göz yaşını,Harda silir, harda tökür,Kim nə bilir, kim nə çəkir!
Gülüşünə baxma üzün,Gözdən soruş sözün düzün,Daş üzdə qalmır dənizin,Ay Ayşə, dibinə çökür,Kim nə bilir, kim nə çəkir!
***Çörəyini qazan halal,Güvəndiyin o cah-cəlal,Gəldi gedər bir anlıqdır,Bizə qalan insanlıqdır.
Yaradan yaradıb bizi,Tanıyaq əyrini, düzü,Vallah haramın gündüzü,Gecəsindən qaranlıqdır,Bizə qalan insanlıqdır.
Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşdırılıb.
Yaradıcılıq gecəsində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Səməd Vurğunun yaradıcılıq işığı bu gün də xalqımızın müxtəlif nəsillərinin nümayəndələrini Vətəni, torpağı və ana dilini sevməyə səsləyir.
Xalq yazıçısı qeyd edib ki, məktəb illərindən Səməd Vurğunun “Azərbaycan” şeirini əzbər bilirik və poeziyamızda bu qədər geniş yayılan başqa bir şeir tapmaq çətindir.
“Səməd Vurğun qəlblərdə yaşayır və bundan sonra da yaşayacaq. Çətin və mürəkkəb bir dövrdə fəaliyyət göstərən şair öz yaradıcılığı ilə xalqın yaddaşında silinməz iz qoyub. Onun “Vaqif” pyesi Azərbaycan xalqını məhv etməyin mümkünsüz olduğunu bir daha xatırladır. İllər keçsə də, şairin sözü və ideyaları hər zaman yaşayacaq və eşidiləcək”, – deyə Xalq yazıçısı vurğulayıb.
Sevgi və tənhalıq mövzusunda yazdığı “Тamarit Divanı” (“Dıvan del Tamarıt”) şeirlər toplusunu Lorka “misraları əl-Həmranın divarlarına həkk olunmuş” ərəb-əndəlüs şairlərinin xatirəsinə ithaf edib.
Orta əsrlərin islam ədəbiyyatında poetik antologiyanın ənənəvi adı olan Divan bu kitabda sırf şərti xarakter daşıyır, çünki Lorka qəzəl və qəsidə janrı üçün mütləq sayılan klassik norma və qaydalara tam sərbəst yanaşır.
12 qəzəldən və 9 qəsidədən ibarət kitab 1934-cü ildə Qranada universitetinin nəşriyyatında, görkəmli ərəbşünas alim Emilio Qomesin ön sözüylə çap olunmalıydı. Lakin iş xeyli yubandığından həmin nəşr alınmadı, Lorka kitabı yalnız 1935-ci ildə tamamlaya bildi və “Tamarit Divanı” ilk dəfə şairin faciəli ölümündən dörd il sonra, 1940-cı ildə Nyu-Yorkda “Revista İspanika Moderna” dərgisində işıq üzü gördü.
I. SUDA YARALANMIŞ ÇOCUĞA QƏSİDƏ
Kaş quyu dibinə enə biləydim,
kaş Qranadanın
hündür divarına çıxa biləydim,
qaranlıq suların şiş uclarıyla
deşilmiş ürəyə baxa biləydim.
İnləyirdi, zarıyırdı
canıyla əlləşən yaralı uşaq –
bir çələng də vardı başında onun
qandan, qırovdan.
Qaldırırdı qılıncını
küləkdə quyular, çeşmələr, ovlar.
Ah, bu qara sevda,
bu iti xəncər!
Yox, soruşma məndən bu necə oldu –
bu nə qara gecə,
nə ağ ölümdü?!
Dan yeri sökülən bu çöl nə çöldü –
bu səhra nə səhra,
bu qum nə qumdu?!
Boğazında qalan
yatmış şəhərlə
tək-tənha uzanıb zarıyır tifil;
yuxuda gördüyü fəvvarələrlə
acgöz yosunlardan qorunur tifil.
Sanki bir-birinə sarılıb qalan
bir cüt yaşıl yağışdı
can verən uşaqla
can alan əcəl –
uşaq yerə uzanıb,
əcəl də əyilib onun üstünə.
Quyunun dibinə
enə bilsəydim,
hasarın başına çıxa bilsəydim,
yosunla doldurub ürəyimi mən
qaranlıq suların yaraladığı
tifilin qəlbinə baxa bilsəydim.
II. AĞI HAQQINDA QƏSİDƏ
Xeyri yoxdu
pəncərəni bağlamağın –
boz divarın arxasından
eşidilən yalnız ağı.
Başqa heç nə eşidilməz –
nə cənnətdə mələklərin gülüşməsi,
nə həyətdə köpəklərin hürüşməsi;
tək bir ovcuma yerləşər
bəlkə, min-min kaman səsi.
Amma ağı –
qosqoca bir mələkdir,
harda gəldi sülənən
qartımış bir köpəkdir;
ən birinci kamanıdır dünyanın,
göz yaşında boğulan bir küləkdir.
Və ətrafda
heç nə yoxdur –
başqa heç nə, yalnız ağı.
III. BUDAQLARA QƏSİDƏ
Tamaritin göz oxşayan bağları
və bir sürü köpəyi var, iti var –
güdürlər ki, bu yaşıl budaqları
pis havalar nə vaxt qırar, sındırar.
Tamaritin alma budaqlarından
salxım-salxım göz yaşları asılıb;
yer-göy yanır bülbülün ahlarından,
qırqovul da külü yığıb basdırır.
Budaqlardı təkcə bizə oxşayan –
nə dərd cəkər, nə ağlayıb saç yolar;
elə rahat yatırlar ki, yağışda
bəs deyərsən hərəsi bir bağçadır.
Bir cüt vadi suya batıb dizəcən
gözləyirdi payız quraqlığını;
ağır-ağır sürünürdü toranlıq,
sürüyürdü arxasınca budağı.
Tamaritdə
uşaqlar var bir topa,
kəsdiriblər ağacların altını –
gözləyirlər ümidlə ki, yel qopar,
qırıb-çatar sütül budaqlarımı.
IV. ÇILPAQ UZANMIŞ QADINA QƏSİDƏ
Bu ağ, bu çılpaq bədən
at nalları dəyməyən,
bircə ot da bitməyən hamar torpaqdı, torpaq.
Bu ağ, bu çılpaq bədən
gümüşlə sərhədlənən,
zamanın qapandığı yer üzündən bir soraq.
Ah, bu bədənə baxmaq
sütül gövdədən yana
göz yaşları axıdan leysanı anlamaqdır;
Bir ulduz işığına
həsrət qalan dənizin
qırışıq üzündəki xiffətə ağlamaqdır.
Yataq otaqlarında
nəğmə kimi qəfildən kükrəyən qanın səsi
və qılıncın şimşəktək parlayan sərt tiyəsi
parçalayar bir anda sükutun yaxasını;
Sənsə bilməzsən onda,
anlamazsan heç zaman –
qurbağa ürəyinin harda saxlandığını,
harda gizləndiyini bənövşə yuxusunun.
Ayaqların –
dartılıb gərilən köklər kimi,
dodaqların sərhədsiz dan yerinə bənzəyir.
Yatağında –
o islaq, o yaş güllərin altda
çığırışan ölülər növbəsini gözləyir.
V. AÇIQ HAVADAKI YUXUYA QƏSİDƏ
Jasmin çiçəyi.
Bir də öldürülmüş bir buğa.
Səhər. Uzun daş səki. Salon. Arfa. Xəritə.
Bir buğa zənn eləyir o jasmini qızcığaz,
buğanı da – toranda qan ağlayan böyürtü.
Göy üzü bənzəsəydi balaca bir oğlana,
qapqara görünərdi jasminlər həmin gecə
və buğa da tapardı çoxdan arzuladığı
o mavi arenanı bir sütun dibindəcə.
Amma neyləyəsən ki, göy üzü bir nəhəng fil,
o jasmin də eləcə qanı çəkilmiş sudur.
Qızcığazsa gecənin yuxusunda elə bil
daş səkiyə atılmış bir çiçək dəstəsidir.
Jasmin çiçəyi.
Bir də öldürülmüş bir buğa.
Fil qarmağı və yatmış adamlar var arada.
Jasminin ürəyində fillər, bir də buludlar
və qızın skeleti öldürülmüş buğada.
VI. HEÇ VAXT OLMAYACAQ ƏL HAQQINDA QƏSİDƏ
Kaş bir əlim olsun, yaralı bir əl –
başqa istəyim yox, umacağım yox.
Kaş bir əlim olsun, yaralı bir əl –
nə yataq gərəkdir mənə, nə yuxu.
Qonaydı sinəmə göyərçin kimi,
ya da lap sapsarı zanbaq olaydı;
can verdiyim gecə gözətçim kimi
Ayı otağıma buraxmayaydı.
Mənim istədiyim yalnız o əldir –
yanımı kəsdirib dursun hər zaman.
Mənim istədiyim yalnız o əldir –
tutsun ölümümün bir qanadından.
O əldən savayı
qalan hər nə varsa keçib gedəndi.
O əldən savayı
qalan hər şey yalan, hər şey hədərdi.
Hər şey solub gedir günün birində –
adsız işıq olsun, ya parlaq ulduz.
Xəzan yarpaqları uçub gedəndə
ardınca ağlayan küləkdi yalnız.
VII. QIZILGÜLƏ QƏSİDƏ
Yerdən üzülüncə
qızılgül vaz keçdi sübh şəfəqindən;
günəşdən, işıqdan heç nə ummadı –
özgə bir şey aradı.
Nə bürkü istədi,
nə də həsrətini çəkdi kölgənin;
nə yuxunu seçdi, nə də gerçəyi –
özgə bir şey aradı.
Ay işığındaca
donmuşdu, qalmışdı eləcə səssiz.
Yox, gül aramadı göydə qızılgül –
özgə bir şey aradı.
VIII. ALTUN QIZA QƏSİDƏ
Göy sular axşamüstü
qızararkən büsbütün
çayda bir qız çimirdi,
bədəni buz kimiydi.
Budaqlar və yosunlar
ağ qıza dağ çəkirdi;
Bülbül də qorxusundan
gizlicə ah çəkirdi.
Yetişdi Aylı gecə,
gümüşə döndü ürək;
yalın dağlar boyunca
əsdi qaranlıq külək.
Qızsa suyun içində
eləcə ağarırdı –
odundan, atəşindən
çayı alov sarırdı.
İşıqlanan üfüqdən
keçdi getdi inəklər.
Altun qız ağ kəfəndə,
başında buz çələnglər.
Od içində çimən qız
gözündən yaş tökürdü;
qanadları alışmış
bülbül də hönkürürdü.
Ağappaq vağ quşuna
dönmüşdü altun bədən,
qızıl suyun üzündə
qızarırdı get-gedə.
IX. QƏRİBƏ QUMRULAR HAQQINDA QƏSİDƏ
Bir cüt kədərli qumruydu –
dəfnə budağında oturmuşdular.
Biri Günəş, biri Aydı –
mənə qəmli-qəmli yas tutmuşdular.
Aydan soruşdum: “Ay bacı,
de görüm, məzarım mənim hardadı?”
“Köksümdədir”, – söylədi Ay,
Günəş də tez açdı qanadlarını.
Qurşağacan batıb yerə
beləcə gedərkən gördüm uzaqda –
İki qar qartalı uçdu göylərə,
bir də bir çılpaq qız gəzir qıraqda.
Qartalların biri o birisiydi,
çılpaq qızsa heç biri.
Üz tutdum qoşa qartala:
“Bacılar, məzarım mənim hardadı?”
“Köksümdədir”, – biri dedi;
o biri tez yığdı qanadlarını.
Və mən qartal kölgəsində
iki qumru gördüm – oturmuşdular.
Və mən dəfnə budağında
iki qumru gördüm – yas tutmuşdular.
Biri Günəş, biri Aydı –
biri o biriydi, heç biri yoxdu.
Yox idilər ayrı-ayrı –
hər ikisi birdi, heç biri yoxdu.
Fərqi yox,
gerçəkdi, yoxsa yuxuydu,
ölüydü, diriydi – heç biri yoxdu.
Tədbirdə Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli, AMEA RH Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, İnstitutun gənc alimləri və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktor müavini Mehman Həsənli Ədəbiyyat İnstitutunda rəqəmsallaşma və süni intellekt sahəsində görülən işlərdən danışıb. Bildirib ki, müasirliyin tələbi olan rəqəmsallaşma da humanitar elmlərdə tətbiq edilməlidir. Süni intellek bizimlə addımlayaraq dostumuza çevrilməlidir – deyə ondan düzgün istifadənin faydalarını vurğulayıb.
Sonra AMEA Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin əməkdaşı Aygün Əliyeva mövzu ilə bağlı təlim keçib, iştirakçıların suallarını cavablandırıb. //
Konfrans özbək cədidçilik hərəkatının görkəmli nümayəndələrindən olan Əbdürrauf Fitrətin anadan olmasının 140 illiyinə həsr olunub. “Professor Əbdürrauf Fitrətin ədəbi-elmi və ictimai-siyasi fəaliyyəti dünya cədidşünaslığı kontekstində” mövzusunda təşkil edilən konfransın plenar və bölmə iclaslarında 50-dən çox elmi məruzə dinlənilib.
Qeyd edək ki, Mehman Həsənli uzun illərdir XX əsrin əvvəlləri özbək cədidçiliyi və Əbdürrauf Fitrətin yaradıcılığı ilə bağlı elmi araşdırmalar aparır. Alimin bu istiqamətdə çoxsaylı elmi məqalələri müxtəlif akademik nəşrlərdə dərc olunub, beynəlxalq konfranslarda məruzələr edib.
Ötən il müəllifin “Əbdürrauf Fitrət və özbək cədidçiliyi” adlı elmi monoqrafiyası nəşr olunub. Beynəlxalq konfrans çərçivəsində sözügedən monoqrafiya təqdim edilib.
Filmdə 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan Gülüstan müqaviləsindən bəhs edilir. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsi zamanı baş verən hadisələr də bədii və sənədli təsvirlərlə filmdə əks etdirilib.
Filmin ssenari müəllifi və prodüseri Səxavət Sahil, quruluşçu rejissoru Ramina Qarayevadır.
Qubadlı torpağında dünyaya gəlmişdi Xanış. Sadə kənd uşağı idi. O da hər uşaq kimi oynamaq, gülmək, qayğısız böyümək istəyirdi. Amma həyat onun üçün başqa tale yazmışdı. Onlar 7 bacı-qardaş idilər. Evlərinin dirəyi olan ataları müharibəyə getdi… və bir daha geri qayıtmadı. Nə məzarı bilinən oldu, nə yolu görünən… “İtkin” dedilər. Amma bir ailə üçün “itkin” sözü ümidlə ölüm arasında qalan ən ağır sözdür.Ana isə bu dərdin ağırlığını daşıya bilmədi.“Bu 7 uşağı mən necə böyüdəcəyəm?” deyə-deyə ürəyi dayandı.Bir evin çırağı söndü o gün.O gecə yalnız bir ana ölmədi…O gecə bir uşağın uşaqlığı da öldü.Səhər açılanda artıq o evdə 7 uşaq yox idi.Bir Xanış vardı… bir də onun himayəsinə qalan 6 körpə…Həmin gündən sonra Xanış daha qardaş olmadı, oğul olmadı, uşaq olmadı…O gündən “dədə” oldu.
Müharibənin ağır illəri idi. Yoxsulluq vardı. Çətinlik vardı. Kənd həyatı vardı. Çörək tapmağın belə mübarizə olduğu zamanlar idi. Amma balaca Xanış heç vaxt “bacarmaram” demədi. Çünki onun arxasında gizlənəcək kimsəsi yox idi. Arxasında dayanan yox idi… əksinə, altı balaca uşaq onun arxasında dayanmışdı.
Qoca nənələri vardı yanında. Xanış səhər tezdən bacı-qardaşlarını nənəsinin başına yığar, özü isə kəndin bütün ağır işlərinə qaçardı. Kolxoz işləri, odun daşımaq, heyvanlara baxmaq... Hansı iş olurdusa görərdi. Yetər ki, axşam evə əliboş dönməsin. Yetər ki, o balaca uşaqlar ac yatmasın.Bəzən özü ac qalardı, amma bacı-qardaşlarına hiss etdirməzdi.Bəzən yorğunluqdan ayaq üstə güclə dayanardı, amma yenə gülümsəyərdi.Çünki o yaşında anlamışdı - anlamışdı ki o ağlasa, o ev dağılacaq…Kənd camaatı heyrətlə baxardı ona.Çünki bir uşağın çiyinlərinə bu qədər yük düşərdi, amma o uşaq sınmazdı.Balaca bədəni vardı, amma içində böyük bir dağ iradəsi yaşayırdı.Onun bu cəsarəti, bu məsuliyyəti təkcə kəndin yox, dövrün böyük dövlətinin də diqqətini çəkmişdi. Hətta Sovet Sosialist Respublikaları İttifaqı belə onu əsgərlikdən azad etmişdi. Çünki Xanış artıq bir evin atası sayılırdı. Himayəsində 6 uşaq vardı.Amma Xanış bununla dayanmadı.O sadəcə bacı-qardaşlarını böyütmədi…Onlara ata oldu, ana oldu, yol oldu, dayaq oldu.Qardaşlarını oxutdu. Ali təhsil almalarına səbəb oldu. Bacılarını gəlin köçürdü, yuva sahibi etdi. Hər birinin həyatında öz əli, öz zəhməti, öz alın təri vardı. Onların uğurunda Xanışın yuxusuz gecələri yatırdı.Ən qəribəsi isə budur ki, o heç vaxt etdiklərini qəhrəmanlıq saymadı.Çünki o bunları borc bilirdi.Ailə borcu. Vicdan borcu. İnsanlıq borcu…
İllər keçdi…  O balaca, çiyinlərinə dünyadan ağır yük qoyulan uşaq qocaldı. Əlləri qabar bağladı,   saçları ağardı, baxışları dərinləşdi… Amma kənddə heç kim ona sadəcə “Xanış” demədi.     Hamı onu “Xanış dədə” çağırdı.   Çünki o, yaşa görə yox… çəkdiyi yükə görə böyümüşdü.   O, atasız qalan bir evin atası oldu.   Anasız qalan bir ocağın anası oldu.   Altı uşağın taleyini çiyinlərinə aldı və bir dəfə də “yoruldum” demədi.
Bu gün geriyə baxanda insan anlayır ki, bəzi adamlar sadəcə insan olmur…   Onlar bir ömrün dayağı, bir nəslin qüruru, bir kəndin vicdanı olurlar.   Xanış dədə də elə kişilərdən idi.   O, var-dövlət qoyub getmədi.   Adına saraylar tikilmədi.   Şəkilləri qəzetlərin manşetinə çıxmadı.   Amma o, bundan daha böyüyünü bacardı…İnsan yetişdirdi. Ocaq söndürmədi. Bir ailəni dağılmağa qoymadı.